Med.az

Med.az Здоровье ваших детей в руках лучших врачей!

26/02/2023


13/02/2023

Enterobius vermicularis- enterobioz törədicisi, insanda ən geniş yayılmış parazit növüdür.

Qeyri-spesifik xoralı kolit – yoğun bağırsağın selikli qişasının xroniki xoralı zədələnməsi olub, əsasən rektosiqmoidal ...
02/02/2023

Qeyri-spesifik xoralı kolit – yoğun bağırsağın selikli qişasının xroniki xoralı zədələnməsi olub, əsasən rektosiqmoidal nahiyyədən başlayıb proksimala doğru inkişaf edir. Etiopatogenezi genetik və ətraf mühit faktorların, infeksiyon və immunoloji reaksiyaların qarşılıqlı təsirindən yarandığı güman edilir.

Uşaqlarda QSXK-in diaqnozunun qoyulma yaşı ortalama 10-12 yaş arasında olub, böyüklərə nisbətən daha ağır bağırsaq tutulması və xəstəliyin daha sürətli irəliləməsi xarakterikdir.

Simptomları: qanlı ishal, tenezm, qarında ağrı, çəki itkisi, inkişafdan qalma.

Diaqnostikasında “Gold standart” - Endoskopiya və xoralardan alınan biopsiya materialının incələnməsidir. Müalicəsi- xəstələri klinik remissiya halına salmaq və remissiyanı davam etdirmək.
Uşaqda ishal, nəcisdə qan varsa mütləq kolonoskopiya müayinəsindən keçməlidir.

🟠Çölyak xəstəliyi (qlüten enteropatiyası)-  buğda zülalı olan qlütenin qliadin fraksiyasına sensibilizasiya nəticəsində ...
24/01/2023

🟠Çölyak xəstəliyi (qlüten enteropatiyası)- buğda zülalı olan qlütenin qliadin fraksiyasına sensibilizasiya nəticəsində inkişaf edən irsi xəstəlikdir; oxşar zülallar çovdar və arpada olur. İrsi meylin olması halında, qlütenin tərkibində peptid antigenlərinin təqdim edilməsinə cavab olaraq autoimmun proses aktivləşir. İltihabi proses zamanı nazik bağırsağın villüsları ayrofiyaya uğrayır.

Simptomları:
• İshal
• Köp
• Qarında ağrı
• Ürəkbulanma, qusma

🟠Целиакия (глютеновая энтеропатия) – наследственное заболевание, развивающееся вследствие сенсибилизации к глиадиновой фракции глютена – белка пшеницы; сходные белки входят в состав ржи и ячменя. При наличии наследственной предрасположенности в ответ на представление пептидных антигенов в составе глютена происходит активация аутоиммунных процессов. В ходе воспалительного процесса развивается характерная атрофия ворсин тонкой кишки.

Симптомы :
• Диарея
• Вздутие
• Боль в животе
• Тошнота, рвота

Absurd inanclara inanmayın!🔹️ Zəli terapiyası - mənasızdır. 🔹️ Ozonoterapiya - mənasızdır. 🔹️ Hidrokolon - mənasızdır. 🔹...
23/01/2023

Absurd inanclara inanmayın!

🔹️ Zəli terapiyası - mənasızdır.

🔹️ Ozonoterapiya - mənasızdır.

🔹️ Hidrokolon - mənasızdır.

🔹 Qurbağa terapiyası - absurddur!

️🔹️ Bankalama - mənasızdır.

🔹 Hicama (hajamat) - mənasız və hətta zərərlidir.

️🔹 Urinoterapiya (Sidiklə müalicə) - absurddur!

🔹️ Çöpçü - absurddur və infeksiya mənbəyidir!

️🔹️ Qan yuduzdurma - belə bir adda prosedur yoxdur! Plazmafarez var ki, o da protokol üzrə yalnız 9-10 xəstəlikdə istifadə olunur.

🔹️ Hər xırda şeyə görə "sistem qoşdurmaq" - yanlışdır! İnfuzion məhlulların hər birinin xüsusi təyinatı var və göstəriş olmadan, "soyuq dəyib", "qanımı yuyum" kimi "diaqnoz"lara görə kefinizə görə istifadə etməməlisiniz.

🔹Bitkilərlə müalicə - mənasızdır. Bitkilər müəyyən qədər simptomatik effekt verə bilər, ama tərkib və doza məlum olmadığı üçün, heç bir müalicəvi yanaşmadan söhbət gedə bilməz.

🔹️ Hamilədə tonus - belə bir diaqnoz yoxdur.

🔹️ Epileptik tutma (sudurğa*) keçirən adamın dilini tutmaq - yanlış inancdır və qəti şəkildə olmaz! Şəxsin çənəsini, dişlərini və əzələlərini zədələyə bilərsiz!

🔹️ İnfarkt keçirmiş xəstəni tərpətməmək - yanlış inancdır!

və daha nələr nələr...

Belə mənasız, absurd şeylərə yönləndirən ara həkimlərindən və tibblə əlaqəsi olmayan şarlatanlardan uzaq durun...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
20/01/2023

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

🔴Həzm traktı orqanları :✓ Ağız boşluğu✓ Udlaq✓ Qida borusu✓ Mədə✓ Nazik bağırsaq         • Onikibarmaq bağırsaq (Duodenu...
19/01/2023

🔴Həzm traktı orqanları :
✓ Ağız boşluğu
✓ Udlaq
✓ Qida borusu
✓ Mədə
✓ Nazik bağırsaq
• Onikibarmaq bağırsaq (Duodenum)
• Acı bağırsaq (Jejunum)
• Qalça bağırsaq (İleum)
✓ Yoğun bağırsaq
• Kor bağırsaq (Çekum)
• Çənbər bağırsaq (Kolon)
(qalxan, köndələn, enən, S-vari hissələr)
• Düz bağırsaq (Rektum)

🔴 Органы пищеварительного тракта :
✓ Ротовая полость
✓ Глотка
✓ Пищевод
✓ Желудок
✓ Тонкий кишечник
• Двенадцатиперстная к. (Duodenum)
• Тощая кишка (Jejunum)
• Подвздошная кишка (İleum)
✓ Толстый кишечник
• Слепая кишка (Сaeсum)
• Ободочная кишка (Colon)
(восходящая, поперечная, нисходящая, сигмовидная отделы)
• Прямая кишка (Re**um)

🌪️Meteorizm (köpmə) - bağırsaqlarsa həddən artıq qazların yığılmasıdır. Sağlam böyük insanda mədə və bağırsağında təqrib...
14/01/2023

🌪️Meteorizm (köpmə) - bağırsaqlarsa həddən artıq qazların yığılmasıdır. Sağlam böyük insanda mədə və bağırsağında təqribi 1 litr qaz var, hansı ki bağırsaq mikroflorasının bakteriaları tərəfindən yaranır.

Köpün yaratdığı narahatçılıq gəyirmə, hıçqırıq, ürəkbulanma, ağızda acı dad, iştahasızlıq, ağırlıq hissi, qarında şişkinlik və ağrı ilə müşahidə olunur. Bu narahatçılıq qaz çıxdıqdan(flatulensiya) sonra yox olur.
Sağlam insanda qazların yaranmasını artıran qidalar:
• karbohidratlarla zəngin qida🍞🥐🥞🍔
• paxlalılar, kələm, alma🍎
• qazlı içkilər
• kvas, pivə🍺
• süd məhsulları🍶

Köp yaradan patoloji hallar:
• bağırsaq disbakteriozu
• həzm sistemi xəstəlikləri (pankreatit, enterit, kolit, qaraciyər sirrozu)
• kəskin bağırsaq infeksiyaları
• bağırsaq parazitləri (helmintoz)
• bağırsaq keçməzliyi
• nevroz
Köpün yaranma səbəblərindən biri də insanın yemək zamanı hava udmasıdır (aerofagiya)

🌪️Метеори́зм (вздутие) — избыточное скопление газов в кишечнике.
У здорового взрослого человека в желудке и кишечнике содержится около 1 литра газов, образующихся преимущественно в результате жизнедеятельности микроорганизмов микрофлоры кишечника.

Неприятное состояние при метеоризме сопровождается отрыжкой, икотой, чувством тяжести, чувством распирания в животе, тошнотой, неприятным привкусом во рту , потерей аппетита и приступами схваткообразных болей, исчезающих после отхождения газов после акта флатуленции.

В норме содержание газов значительно возрастает при употреблении:
• большого количества углеводов🍞🥐🥞🍔
• бобовых, капусты, яблок🍎 •сильногазированные напитков
• квас, пиво, чайный гриб🍺
• молочных продуктов 🍶

Метеоризм возникает при патологических состояниях:
• дисбактериоз кишечника;
•заболевания ЖКТ(панкреатит, энтерит, колит, цирроз печени);
• острые кишечные инфекции (ОКИ);
• кишечные паразиты (гельминтозы);
• кишечная непроходимость;
• невроз;

Возможно развитие и в результате повышенного заглатывания воздуха при еде (аэрофагия).

Aptekdə olmayan dərmanların siyahısı:1. İdman dərmandır2. Sağlam qidalanmaq dərmandır3. Yuxu dərmandır4. Dua dərmandır5....
13/01/2023

Aptekdə olmayan dərmanların siyahısı:

1. İdman dərmandır
2. Sağlam qidalanmaq dərmandır
3. Yuxu dərmandır
4. Dua dərmandır
5. Sevgi, gülüş, xoş münasibət dərmandır
6. Başqalarına pozitiv enerji ötürmək dərmandır
7. Neqativ düşüncələrdən uzaq durmaq dərmandır
8. Əzizlərinizlə danışmaq, bölüşmək dərmandır
9. Meditasiya dərmandır
10. Dünyamızı gəzmək, tanımaq dərmandır
11. Özünüzü və başqalarını bağışlamaq dərmandır
12. Oxumaq və rəqs etmək dərmandır

Sağlam olun!

🔴Polip - ümumi termin olub, mənşəyinə görə fərqlənən  patoloji törəmələri göstərmək üçün istifadə edilir. Poliplər selik...
09/01/2023

🔴Polip - ümumi termin olub, mənşəyinə görə fərqlənən patoloji törəmələri göstərmək üçün istifadə edilir. Poliplər selikli qişadan orqan boşluğuna doğru artan kontrolsuz və anormal bölünən hüceyrələrdən ibarətdir.

Lokalizasiyana görə polipin növləri:

• Burun polipləri
• Həzm traktı polipləri (qida borusu, mədə, nazik va yoğun bağırsaqlar)
• Uşaqlıq polipləri
• Sidik kisəsi polipləri
• Öd kisəsi polipləri

✔️Poliplərin müalicəsi bir qayda olaraq cərrahi müdaxilə tələb edir. Əksər hallarda endoskopik üsüllarla kəsilib çıxarılır. Kəsilmiş materiallar histoloji müayinəyə göndərilir.

🔴Поли́п - собирательный термин, используемый для обозначения различных по происхождению патологических образований, аномальное разрастание тканей над слизистой оболочкой.

Виды полипов по локализации:

• Полип носа
• Полип желудочно-кишечного тракта (пищевода, желудка, тонкой и толстой кишок)
• Полип матки (тела, шейки)
• Полип мочевого пузыря
• Полип желчного пузыря

✔️Лечение полипов, как правило, предполагает оперативное вмешательство, в ряде случаев с эндоскопическими методами. Иссеченные ткани направляют на гистологию.

🔴Hematemez - qanlı qusma, yuxarı Həzm traktının(qida borusu, mədə və onikibarmaq bağırsaq) və burun-udlağın kəskin qanax...
07/01/2023

🔴Hematemez - qanlı qusma, yuxarı Həzm traktının(qida borusu, mədə və onikibarmaq bağırsaq) və burun-udlağın kəskin qanaxmasının əlamətidir

Səbəbləri:
• Mədə, onikibarmaq b. və qida borusu xorası
• Portal hipertenziya zamanı qida borusu və mədənin damarlarının varikoz genişləməsi
• Mallori-veys sindromu
• Həzm traktının damarlarının anadangəlmə anomaliyaları.

Səbəbindən və qanaxmanın növündən asılı olmayaraq qanlı qusması olan xəstəni dərhal xəstəxanaya çatdırılmaşi və Qastroskopiya proseduru mütləqdir. Sonraki müalicə taktikasına qastroenteroloq-endoskopist qərar verəcək.

••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔴Гематемезис – это кровавая рвота, признак острого кровотечения из верхних отделов пищеварительной системы (пищевод, желудок, двенадцатиперстная кишка) или из носоглотки.

Причины возникновения Гематемезиса:
• Язва желудка, двенадцатиперстной кишки или пищевода.
• Варикозное расширение вен пищевода и желдука при портальной гипертензии
• Синдром Мэллори-Вейса (разрывы пищевода);
• Врожденные аномалии сосудов желудочно-кишечного тракта.

Независимо от причины и вида кровотечения больного с кровавой рвотой необходимо немедленно доставить в клинику и провести процедуру Гастроскопии. Дальнейшее лечение назначит Гастроэнтеролог- эндоскопист.

👶Artıq yavaş-yavaş oturmağa başlayan, yemək yeyəndə çəngəlinizə əl uzadan körpəniz varsa, bu post məhz sizin üçündür. Ya...
06/01/2023

👶Artıq yavaş-yavaş oturmağa başlayan, yemək yeyəndə çəngəlinizə əl uzadan körpəniz varsa, bu post məhz sizin üçündür.
Yad cisim aspirasiyası istənilməyən nəticələrə, hətta ölümə gətirib çıxaran əsas məişət qəzalarındandır. Bu zaman yad cisim (kiçik əşyalar, oyuncaqlar, quru meyvələr, meyvə çəyirdəyi və s.) tənəffüs yollarını tutur və öskürək, boğulma, nəfəs darlığı yaradır. Bu halların 75%-i 3 yaş və daha aşağı uşaqların başına gəlir.

🆘Əgər yad cisim qırtlaqda ilişərsə, Heimlich manevri dərhal yerinə yetirilmədikdə, asfiksiya (kəskin tənəffüs çatışmazlığı) baş verir. Əksər hallarda yad cisim qırtlaqdan nəfəs borusu və ya bronxa keçir. Boğulmadan sonra adətən, bir neçə saata qədər (bəzən günlər və ya həftələr) davam edən səssiz dövr olur, bundan sonra uşaqda öskürək, stridor (cisim nəfəs borusundadırsa), xırıltı və tənəffüs çətinliyi baş verir.

⚕️Bronxoskopun tətbiqinə qədər bu hadisələr bir çox hallarda ölümlə nəticələnirdi. Lakin hazırda bronxoskopun köməyi ilə sürətli diaqnostika və müdaxilə işimizi asanlaşdırır.
Yad cisim aspirasiyasından şübhələndiyiniz halda sürətli diaqnostika və müdaxilə üçün bronxoskopiya cihazının olduğu tam təşəküllü xəstəxanalara müraciət etmək tövsiyyə olunur.

Address

Bakı

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Med.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Med.az:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram