
22/05/2023
İlk öncə qeyd edək ki, aşağıda yazdıqlarımız sadəcə göz quruluğu zamanı yox, normal gündəlik həyatımızda da tətbiq edilə bilər və faydalıdır:
-Quruluğa səbəb ola biləcək küləkli havalarda və ya üzgüçülük zamanı qoruyucu eynəklərdən istifadə edilməlidir.
-Gündəlik ən azı 2 litr su içilməlidir.
-Omeqa 3 ilə zəngin balıq yağı istifadə edilməlidir.
-Gözlər nizamlı və kifayət qədər istirahət etdirilməlidir.
-Qışda evdə qeyri-təbii isitmə vasitələri havanı qurudur. Buna görə, gözlər daha çox quruyur. Bunun üçün evin havası xüsusi cihazlarla rütubətləndirilməli və ya qablarda su qoyulmalıdır.
-Ekran qarşısında olmaq gözlərin yorulması və qurumasına səbəb olur. Bu zaman gözlərə istirahət verilməlidir.
-Gözlər tez-tez ovuşdurulmamalıdır.
Bəs siz bu yazılanlardan neçəsinə əməl edirsiniz?