Pediatr Dr.Sənəm Qurbanova

Pediatr Dr.Sənəm Qurbanova Pediatr

20/09/2024

Bu həftədən etibarən növbəti yeni rubrikaya başlayırıq. “Sağlıq olsun” rubrikasında səhhətimizlə bağlı doğru bilinən yanlışlardan, faydalı görünən bir sıra şeylərin gözəgörünməz zərərlərindən, ya da ki, faydalı olanı da normadan artıq istifadə etdikdə yarana biləcək təhlükələrdən danışacağıq. Bir sözlə, səhhətimizlə bağlı bəzən heç ağlımıza gəlməyən, bəzən isə beynimizi qurcalayan mövzulara toxunacağıq.

Amalımız isə birdir. Sizin sağlamlığınızın keşiyində dayanmaq, sağlam gələcək naminə maarifləndirmək!

Təki SAĞLIQ OLSUN! Qalan hər şey zamanla düzələr.

İlk mövzumuz uşaqlarda hərarət mövzusudur.

Uşaqlarda hərarət 38.5 dərəcədən yuxarı olarsa (müstəsna hallarda, 3 aya qədər uşaqlarda temperatur 38 dərəcə olarsa), temperaturu salmaq vacibdir. Lakin 38.5 dərəcədən (3 ayadək uşaqlarda 38 dərəcədən) aşağı temperaturu salmağa çalışmaq lazım deyil. Çünki belə halda hərarət orqanizmə mənfi təsir göstərmir.

Bilmək lazımdır ki, uşaqlarda hərarətin salınması üçün uşağı adət etdiyi temperaturda olan su ilə çimizdirmək lazımdır, yüksək hərarətli uşağı ilıq və ya soyuq su ilə çimizdirmək olmaz. Əgər bu da mümkün deyilsə, isti su ilə isladılmış dəsmalla bədənini silmək məsləhət görülür.

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyevanın sözlərinə görə, orqanizmin susuzlaşmasının qarşısının alınması üçün hərarətli uşağa çoxlu maye verilməsi zəruridir. Uşağın bədəninə sirkə, spirt çəkmək qətiyyən olmaz. Əgər bu metodlar hərarəti aşağı salmırsa, parasetamol, ibuprofen tərkibli dərmanlardan və şamlardan, həkim məsləhəti ilə antibiotikdən istifadə etmək olar.

20/09/2024

Göbələk xəstəliyi keçici xəstəliklərdəndir və mikoz adlandırılır. Adətən yoluxmuş insanlardan digərlərinə, həmçinin xəstə heyvanlardan da insana göbələk xəstəliyi keçməsi müşahidə edilir.

Respublika Dəri Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Elana Rəsulovanın sözlərinə görə, göbələk xəstəliklərinin bir neçə növü var.

“Hamar dərinin mikozunda kəskin sərhədli zədələnmə ocaqları müşahidə edilir. Bunlar müxtəlif formalarda ola bilir. Zədələnən ocaqlar hiperemik olur və bu zaman özünü suluqlarla büruzə verir. Başın tüklü nahiyəsindəki göbələk xəstəliyi zamanı zədələnmə ocağında saç tökülməsi, qabıqlanma, xəstəliyin bəzi formalarında isə irinli, suluqlu səpkilər müşahidə olunur”.

1 nömrəli Dəri-Zöhrəvi Dispanserin həkim-dermatoloqu Nuridə Musayeva qeyd edir ki, dəri səthinin müxtəlif nahiyələrində - saç, dırnaq, gövdə, qasıq nahiyəsi, kişilərdə saqqal nahiyəsində göbələk xəstəliklərinə rast gəlinir:

“Endokrinoloji problemlər (şəkərli diabet və s.), yay aylarında hovuza, dənizə girmək, gigiyenik qaydalara düzgün əməl edilməməsi, ortaq gigiyenik məhsulların istifadəsi, uzun müddət dar ayaqqabıda qalmaq göbələk xəstəliyini yaradan əsas risk faktorlardan hesab edilir.

Mikoz özünü ilkin olaraq qaşıntı ilə büruzə verir. Dəri səthində qaşınma, iç-içə keçmiş halqalar şəklində qızartı (əsasən, qasıq hissədə), kəpəklənmə kimi əlamətlərlə müşahidə edilir. Xəstəlik saçda olarsa, qaşıntı, qızartı, kəpəklənmə, bəzən saç tökülməsi, hətta keçəllik də yarada bilər. Gövdə nahiyəsində olan mikozlar isə yayılmağa meylli olur və qızartı, qaşıntı, halqa şəkilli eritemli elementlərlə müşahidə olunur. Xüsusilə kişilərdə saqqal və qasıq nahiyəsində də mikoza tez-tez rast gəlinir və eyni klinik əlamətlərlə təzahür edir”.

Respublika Dəri Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Elana Rəsulova əlavə edir ki, dırnaqda yaranan göbələk xəstəlikləri unikomikoz adlanır və dırnağın strukturunda, rəngində dəyişiklik, dırnağın qalınlaşması ilə müşahidə edilir:

“Müayinəsi ilk növbədə həkimin baxışı ilə aparılmalıdır. Ardınca laborator diaqnostika ilə müəyyənləşdirilir. Bu zaman göbələyin növü təyin edilir. Müalicə isə fərdi qaydada və göbələyin növünə uyğun olaraq aparılmalıdır. Müalicəsində, əsasən, göbələk əleyhinə müxtəlif preparatlardan, spreylərdən, oral yolla qəbul edilən dərman preparatlarından istifadə edilir”.

1 nömrəli Dəri-Zöhrəvi Dispanserin həkim-dermatoloqu Nuridə Musayeva vurğulayır ki, əl və ayaqlarda yaranan göbələk xəstəlikləri zamanı dırnaqlarda qırılma, ağ-sarımtıl rəng dəyişmələri, dırnaq uzanmasının ləngiməsi müşahidə edilir:

“Xəstəlikdən qorunmaq üçün duş aldıqdan sonra bütün bədən səthi tam qurudulmalı, nəm qalmamalıdır. Çünki mikozun inkişafı üçün başlıca faktor dəri səthinin nəm olmasıdır. Bu da dəridə dermatofitoyaya səbəb olur. Həmçinin dar və hava keçməyən paltarlar geyinmək, karbohidratların həddən artıq qəbulu, ayaqların uzun müddət dar və hava keçirməyən ayaqqabılarda qalması göbələk xəstəliklərinin yayılmasında mühüm rol oynayır”.

Həkim-mütəxəssislər qeyd edirlər ki, göbələk xəstəliklərindən qorunmaq və xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk növbədə çirkli ərazilərdən uzaq durmaq, şəxsi gigiyena və sanitariya qaydalarına riayət etmək, dərisində səpki müşahidə olunan şəxslərdən uzaq durmaq, immun sistemini gücləndirmək, bədənin tam quru qalmasına nail olmaq lazımdır. Eyni zamanda küçə heyvanları ilə təmasda olmaqdan çəkinmək, xəstəlik müşahidə edilən heyvanlardan uzaq durmaq lazımdır. Qeyd edilən simptomlar müşahidə edildiyi zaman mütləq şəkildə həkim-mütəxəssislərə müraciət etmək lazımdır.

20/09/2024
20/09/2024

Bakı Baş Səhiyyə Mərkəzi, influenza, kəskin respirator xəstəliklər, keskin repirator xestelikler, BBSM, BBSI, təbib, tebib, poliklinika, ilkin tibbi xidmet, ...

20/09/2024

Bakı Baş Səhiyyə Mərkəzi, influenza, kəskin respirator xəstəliklər, keskin repirator xestelikler, BBSM, BBSI, təbib, tebib, poliklinika, ilkin tibbi xidmet, ...

20/09/2024

Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya prosesi ilə bağlı TV kanallar tərəfindən hazırlanan maarifləndirmə xarakterli reportajlara TƏBİB-in Yutub kanalı üzərindən də baxa bilərsiniz.

ATV:
https://www.youtube.com/watch?v=OhjPrB9yk1g

Xəzər TV:
https://www.youtube.com/watch?v=V2tSAUFJnGM

AZƏRTAC:
https://www.youtube.com/watch?v=EM1aeEq3yzY

ARB24:
https://www.youtube.com/watch?v=7a0iy0MTJ-8

QEYD: Yutub kanalımıza abunə olmaqla səhiyyə sahəsindəki yeniliklərlə tanış ola bilərsiniz.

İnsanlarımızın sağlamlığını düşünən, bu işdə bizə dəstək olan hər bir media subyektinə təşəkkür edirik!

20/09/2024

20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.

20/09/2024

Uşaqlarda davranış pozuntuları müşahidə etdikdə nə etməli?

✅Uşaqlarda davranış pozuntuları ən çox 3-6 yaş aralığında və yetkinlik dövründə özünü göstərir.

✅Davranış pozuntuları daha çox hiperaktiv uşaqlarda müşahidə edilsə də, hər hiperaktiv uşağa da bu diaqnozun qoyulması düzgün deyil.

✅Davranış pozuntusunun korreksiyası böyük yaşa nisbətən kiçik yaşda daha asandır.

Davranış pozuntusu dedikdə, 6 aydan çox davam edən, təkrarlanan, davamlı sosial normalara uyğun olmayan davranış nümunələri nəzərdə tutulur.

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli Uşaq Poliklinikasının həkim-nevroloqu Gülşən Mustafayevanın sözlərinə görə, bu hər 10 uşaqdan 7-sində rast gəlinən haldır:

“Uşaqlarda davranış pozuntuları ən çox 3- 6 yaş aralığında və yetkinlik dövründə özünü göstərir. Bu oğlanlarda daha çox müşahidə olunur. Daha çox hiperaktiv uşaqlarda özünü göstərir".

Həkim-nevroloq uşaqlarda davranış pozuntusunun səbəbləri sırasında diqqət çəkmək, özünü təsdiqləmə, valideynlərdən intiqam almaq istəyinin, özünü xatırlatma, hormonal disbalans, yanlış qavrama, irsiyyət və s. müxtəlif metabolik xəstəliklərin olduğunu bildirdi:

“Simptomları kimi böyüklərə tabe olmamaq, aqressivlik, antisosiallıq, yalan danışma yaxud hadisənin şişirdilməsi, uyğunsuz ifadələrin işlədilməsi, kaprizlər, aşırı hərəkətlilik, təcavüzkar davranışlar, heyvanlara, əşyalara zərər vermək, dırnaq yemə və barmaq əmmə, əsassız qorxular və s. göstərmək olar. Bəzi uşaqlarda bunlardan biri, bəzilərində isə bir neçəsi eyni vaxtda rast gəlinə bilər”.

G. Mustafayeva onu da bildirdi ki, davranış pozuntusunun korreksiyası böyük yaşa nisbətən kiçik yaşda daha asandır:

“Təbii ki, gün ərzində bir çox valideynlərdən müxtəlif müraciətlər olur. “Uşağım sözümə baxmır, aqressivdir, yalan danışır, vurur, söyür” və s. kimi şikayətlər olur. Valideynlər ən çox uşaqlarının sakitləşməsi üçün dərmanların yazılmasını tələb edirlər. Biz isə həkim-nevroloqlar olaraq bu vəziyyətdə uşağı zəruri müayinələrdən keçirdirik, onunla söhbət aparırıq, əgər nevroloji statusunda dəyişiklik yoxdursa, valideyni başa salırıq ki, sizin uşaqda əsəbilik deyil, davranış pozuntusu müşahidə olunur. Bu halda uşağa heç bir dərman təyin etmir, onu psixoloq müayinələrinə yönəldirik”.

Uşaqlarınızda bu əlamətlərdən bir və ya bir neçəsini müşahidə etdikdə, ilkin səhiyyə xidməti müəssisələrindəki həkim mütəxəssislərə müraciət edin!

20/09/2024

Address

Bakı

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr Dr.Sənəm Qurbanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pediatr Dr.Sənəm Qurbanova:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category