
26/07/2024
📣 HÖRMƏTLİ VƏ DƏYƏRLİ KOLLEQALAR!
Sizləri böyük məmnunluq hissi ilə 2024-cü il 20-21 dekabr tarixlərində keçirilməsi planlaşdırılan “Pediatriyanın aktual problemləri” adlı Bakı simpoziumumuzda iştirak etməyə dəvət edirik.
100-dən artıq iştirakçının qatılacağı bu simpoziumda, Türkiyənin ən nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinləniləcək, pediatriya sahəsində ən aktual problemlərin həlli yolları birlikdə araşdırılacaq, təcrübə mübadiləsi aparılacaq, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən ən son yeniliklər konfrans iştirakçılarının nəzərinə çatdırılacaqdır.
Konfransımızın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, gələcəyimiz olan uşaqların sağlamlığı üçün tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Toplantımızda eləcə də Almaniya həkimlərinin təcrübəsi ilə də tanış olacaqsınız.
▫Simpozium 20-21 dekabr tarixlərində gerçəkləşəcək. Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın!
📞 Əlaqə: 050 243 86 71
📬 İnstagram: https://www.instagram.com/uimconsulting/
📬 Facebook: https://www.facebook.com/uptodateDTT?mibextid=LQQJ4d
📬 https://www.uimconsulting.com/az/site/conference/83
📞 Sponsorluq dəstəyi üçün:
UIM Events & Congresses
051 290 53 43