
17/07/2025
Respublika Klinik Xəstəxanasında 69 yaşlı pasiyentə sağ dizin total endoprotezləşdirilməsi əməliyyatı uğurla icra olundu
69 yaşlı pasiyent Xavər Camalova hər iki diz oynağında ciddi varus deformasiyası, yerimədə çətinlik və ağrı, həmçinin bədənin digər oynaqlarında da deformasiya və ağrı şikayətləri ilə müraciət edib, revmatoloq Dr. Şəfa Mustafayeva ilə birgə dəyərləndirilib, laborator və radioloji müayinələr nəticəsində generalizə olunub. Osteoartrit diaqnozu qoyulub, cərrahi müdaxilə planlanaraq sağ diz oynağının total endoprotezləşdirilməsi əməliyyatı operator Dr. Ziya Şəmmədli, assistent Dr. Eldar Mehrəliyev, anesteziyoloq Dr. Fatma Əhmədova, tibb bacısı Səadət İbrahimova və texniklər Təbriz İbrahimov və Elnur Həsənovun iştirakı ilə uğurla icra olunub.
Əməliyyat İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb və pasiyent əməliyyatdan sonra məmnun şəkildə evə yola salınıb.