
03/07/2025
Respublika Diaqnostika Mərkəzində neyrocərrah Pərvin Mirzəliyev və onun komandası tərəfindən fasiləsiz 32 saat davam edən və yüksək riskli “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatı uğurla başa çatdırılıb.
Peşəkar həkimlərə və geniş tibbi infastrukturaya malik, pasiyent yönümlü, müasir tibb müəssisəsidir.
(335)
Baku-Baladshary
Be the first to know and let us send you an email when Respublika Diaqnostika Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Respublika Diaqnostika Mərkəzi:
RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir! RDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də, Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər. RDM 2016-cı ildə JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilib. 2019-cu ildə Respublika Diaqnostika Mərkəzi yenidən JCI akkreditasiyasından keçərək Azərbaycanda ikinci dəfə “Akkreditasiya olunmuş xəstəxana” statusunu qazanmış ilk xəstəxana olub! Biz Sizin seçiminizə hörmət edirik və bizim tibb mərkəzimizi seçdiyiniz üçün razı qalmağınız naminə əlimizdən gələni əsirgəməməyə səy göstəririk!