Milli Onkologiya Mərkəzi / National Center of Oncology

Milli Onkologiya Mərkəzi / National Center of Oncology Milli Onkologiya Mərkəzi ölkə əhalisinə ixtisaslaşmış onkoloji yardım göstərən aparıcı tibb mərkəzdir

In 2015, NOC established National Cancer Registry based on CanReg5 software provided by IARC. Through its epidemiological research NOC contributes to the expansion of knowledge about cancer incidence, prevalence and distribution of risk factors among Azerbaijan's population, thus contributing to the design-making and development of effective and targeted cancer prevention and control programs. The

active participation of NOC in the research related to molecular and genetic aspects of the oncological diseases as well as on diagnosis and treatment, helps to advance the cancer care in Azerbaijan.

Milli Onkologiya Mərkəzinin kollektivi dərin hüznlə bildirir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəs...
06/05/2026

Milli Onkologiya Mərkəzinin kollektivi dərin hüznlə bildirir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Asif Akif oğlu Nəsirli məruz qaldığı silahlı basqın nəticəsində aldığı yaralardan 2026-cı il mayın 5-də vəfat etmişdir.

Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsində çalışırdı. Fəaliyyətinin istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən bədxassəli şişlərin şüa terapiyası olmuşdur.

Asif Nəsirli Milli Onkologiya Mərkəzində işlədiyi müddət ərzində öz peşə borcunu ləyaqətlə yerinə yetirmiş, xüsusilə uşaq onkologiyası sahəsində yüzlərlə xəstənin sağlamlığı uğrunda yorulmadan mübarizə aparmışdır. O, yüksək peşəkarlığı, insanpərvərliyi, xəstələrə – xüsusilə azyaşlı pasiyentlərə – həssas və qayğıkeş münasibəti ilə həmkarları və pasiyentləri arasında dərin hörmət qazanmışdır.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev mərhumun həyat yoldaşına, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir.

Asif Nəsirlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

http://mom.gov.az/?smode=xeberler&item=Bashsagligi&lang=az

Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində ən son beynəlxalq yanaşmalar, klinik yeniliklər və praktiki u...
23/02/2026

Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində ən son beynəlxalq yanaşmalar, klinik yeniliklər və praktiki ustad dərsləri – hamısı bir platformada!

Tədbir Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) və Seçenov Universiteti Bakı filialının birgə təşkilatçılığı ilə keçirilir.

13 Mart 2026 – Ustad Dərsləri (Masterclass)
📍 Seçenov Universitetinin Bakı filialı, Tədris-Simulyasiya Mərkəzi
*Əyani iştirak (yerlər məhduddur – maksimum 50 nəfər)
* Virtual iştirak imkanı

14 Mart 2026 – Elmi Konfrans
📍 Holiday Inn, Bakı
✔ Yerli və beynəlxalq ekspertlərin çıxışları
✔ Multidissiplinar klinik müzakirələr
✔ Praktik yanaşmalar və real klinik təcrübə

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur və 18 kredit vahidi verilmişdir.

Qeydiyyat üçün son tarix: 6 Mart 2026

🌐 Ətraflı məlumat:
https://thyroid2026.asnm.az/

Qeydiyyat:
https://thyroid2026.asnm.az/page2.html

Ustad dərsləri, Cümə, 13.03.2026 tarixində, Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya MərkəzindəKonfrans, Şənbə, 14.03.2026 tarixində Holiday Inn otelində keçiriləcəkdir.

17 yanvar 2026-cı il tarixində İstanbul şəhərində Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşk...
19/01/2026

17 yanvar 2026-cı il tarixində İstanbul şəhərində Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı “Servikal xərçəng üçün skrininq testləri, HPV peyvəndləmə, CİN 1, 2, 3 və kolposkopiya” mövzusunda dəyirmi masa formatında elmi müzakirə keçirilib. Tədbir Azərbaycandan da birbaşa canlı yayım vasitəsilə izlənilib.
Daha ətraflı: http://mom.gov.az/?smode=xeberler&item=Servikal_xerceng_movzusunda_beynelxalq_deyirmi_masa_teshkil_olunub&lang=az

Oktyabrın 16-da “Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə K...
16/10/2025

Oktyabrın 16-da “Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə Körpüsü-2025” beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ bir hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.
Daha ətraflı: http://mom.gov.az/?smode=xeberler&item=Azerbaycan_ve_Cin_hekimleri_tarixi_emeliyyat_keciribler&lang=az

16 oktyabr 2025-ci il tarixində “Robotik Cərrahiyyə Körpüsü 2025. Texnologiya sərhəd tanımır: Sağlamlıq naminə birləşiri...
15/10/2025

16 oktyabr 2025-ci il tarixində “Robotik Cərrahiyyə Körpüsü 2025. Texnologiya sərhəd tanımır: Sağlamlıq naminə birləşirik” mövzusunda konfrans keçiriləcək.
İştirak ödənişsizdir.
Tədbir Milli Onkologiya Mərkəzinin Böyük konfrans zalında baş tutacaq. Qeydiyyat saat 08:30- dan başlayacaq.

Qeydiyyat üçün link: https://forms.gle/rXFJkd8Yfi4iA1ASA

Address

H. Zərdabi Küçəsi, 79B
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994125370811

Alerts

Be the first to know and let us send you an email when Milli Onkologiya Mərkəzi / National Center of Oncology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Milli Onkologiya Mərkəzi / National Center of Oncology:

Share

Category