TWINky Smiles

TWINky Smiles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TWINky Smiles, Medical and health, "ELMED" Tibb Mərkəzi, Baku.

Pasient bizə aşağı çənədə yerləşən körpünü yenisi ilə əvəz etmək istəyi ilə müraciət etmişdir.Körpüyə dayaq olan dişləri...
05/06/2023

Pasient bizə aşağı çənədə yerləşən körpünü yenisi ilə əvəz etmək istəyi ilə müraciət etmişdir.
Körpüyə dayaq olan dişlərin ümumi durumunu dəyərləndirməklə başladıq.

Bu paylaşımda 4.2 və 4.3 cü dişlər nümayiş olunacaq.

İlkin kliniki müayinədə dişlərdə birinci dərəcəli laxlama, perkussiya zamanı yüngül ağrılar müəyyən edildi.
Soyuq testinin nəticəsinin mənfi olması dişlərin devital olduğunu bildirdi.

Rentgenoloji müayinədən məlum oldu ki, dişlərdə daha öncə endodontik müalicə aparılmışdır. Bundan əlavə, hər iki dişdə apikal periodontit müəyən edildi.

Hər iki dişin yenidən endodontik müalicə olunması qərara alındı.
Dişlərdən köhnə obturasiya materialı kənarlaşdırıldı, kanallar mexaniki və medikamentoz işlənildi və lateral kondensasiya üsulu ilə obturasiya olundu.

Alətlər :
10/02- 20/02 K - file(Kendo)
15/03 - 35/04 - Soco ScPro

Şəkil-1 - Müalicədən öncəki rentgen şəkli.
Şəkil-2 - Müalicədən sonrakı rentgen şəkli.

Qeyd:
İlk rentgen şəklində görünən 4.4 və 4.5-ci dişlərdə 3-cü dərəcəli laxlama, dişi əhatə edən sümük toxumasının böyük itkisi, apikal periodontit varlığı və öncə aparılmış Rezorsin-Formalin üsulu ilə müalicə səbəbindən dişlərin çəkilməsinə qərar verdik.

Pasient bizə hər iki çənədə sıradan çıxmış körpüvari restavrasiyalarının yenisi ilə əvəz edilməsi üçün müraciət etmişdir...
16/03/2023

Pasient bizə hər iki çənədə sıradan çıxmış körpüvari restavrasiyalarının yenisi ilə əvəz edilməsi üçün müraciət etmişdir.
İlk etapda ağızda olan dişlərin kanalları yenidən işlənildi, dişlər ortopedik müalicəyə hazır vəziyyətə gətirildi.
İkinci etapda dişlərin üzərinə körpüvari çıxmayan protezlər hazırlandı və fiksasiya olundu. Dişlərin estetik görkəmi, funksional fəaliyyəti və ağız bucaqlarının təbii vəziyyəti bərpa edildi.

P.S
Pasient səfər səbəbi ilə aşağı çənədə arxa dişlər nahiyəsində olan qüsurun çıxan protez ilə müalicəsini bir neçə ay sonraya saxladı.

Pasient bizə yuxarı çənədə arxa dişlər oblastında yerləşmiş metal - keramik körpü nahiyəsində ağrılar ilə müraciət etmiş...
06/02/2023

Pasient bizə yuxarı çənədə arxa dişlər oblastında yerləşmiş metal - keramik körpü nahiyəsində ağrılar ilə müraciət etmişdir. (1.5 - 1.6 dişlər )
Anamznezdən məlum oldu ki, körpü oraya bir neçə ay bundan öncə yerləşdirilib.

Kliniki və rentgenoloji müayinə göstərdi ki, ağrıya səbəb olan diş ikinci kiçik azı dişidir(1.5).

Rentgenoloji müayinə həmin dişdə böyük həcmli perforasiya və apikal periodontit olduğunu göstərirdi.

Perforasiyanın sümük səviyyəsindən çox dərində yerləşməsi və böyük həcmi, dişdə apikal periodontitin olması, tacının çox dağılmış olması faktlarını nəzərə alaraq, dişi çəkməyə qərar verdik.

Metal - keramik körpü söküldü, diş uğurla ekstraksiya olundu.

Pasient bizə aşağı 1-ci azı dişində diskomfort hissi ilə müraciət etmişdir. Pasientin müraciət səbəbi dişə bir neçə ay ə...
17/01/2023

Pasient bizə aşağı 1-ci azı dişində diskomfort hissi ilə müraciət etmişdir. Pasientin müraciət səbəbi dişə bir neçə ay əvvəl qoyulmuş plombu dəyişmək istəyi idi. Ondan əlavə, sərin su içərkən və qida qəbulu zamanı dişdə müəyən ağrıların olduğunu bildirirdi.
Dişi öncə kliniki müayinə etdik.
Soyuq testi pozitiv idi. Soyuğun təsirindən pasient ağrı hiss edirdi və bu ağrı 10-15 dəqiqə davam edirdi.
Perkussiya da ağrılı idi.
Diş daha öncə endodontik müalicə olunmuşdur. Dişin rəngindən belə nəticəyə gəldik ki, diş Rezorsin Formalin əsaslı pasta ilə obturasiya olunmuşdur.
Rentgenoloji müayinədən sonra dişin endodontik müalicəsinin qənaətbəxş olmadığı nəticəsinə gəldik. ( Şəkil 1)

Pulpanın vəziyyəti - xroniki pulpit;
Periapikal toxumaların vəziyyəti - apikal periodontit kimi dəyərləndirildi.

Dişin təkrari endodontik müalicəsi qərara alındı.

Diş bir gəlişdə müalicə olundu. İlk gəlişdə dişin hər üç kanalı müəyyən edildi. Kanallardan köhnə obturasiya materialı çıxarıldı, kanallar mexaniki və medikamentoz işləndi.

Alətlər :

AF FANTA Retreatment;
10/02 - 15/02 - K-fayllar (Kendo)
15/03 - 35/04 - Soco Sc

Kanalların son ölçüsü - 35/04.

Şəkil 1 - Dişin müalicədən öncəki rentgen şəkli.
Şəkil 2 - Dişin müalicədən sonrakı rentgen şəkli.

Pasient bizə aşağı 2-ci azı dişində olan ağrılar ilə müraciət etmişdir. Anamnez, kliniki və rentgenoloji müayinələrdən s...
14/01/2023

Pasient bizə aşağı 2-ci azı dişində olan ağrılar ilə müraciət etmişdir. Anamnez, kliniki və rentgenoloji müayinələrdən sonra, dişə simptomatik pulpit diaqnozu qoyuldu.
Dişin endodontik müalicəsi qərara alındı.
Pasientin yaşı ilə əlaqədar olaraq, dişin kökləri hələ tam formalaşmamışdır. Kanallar geniş, apikal nahiyə isə qeyri-bərabər formalaşmış idi.

Karioz toxumalar aradan qaldırıldı, kanalların girəcəkləri əldə edildi, kanallar mexaniki və medikamentoz işləndi.

Alətlər :
08/02-15/02 - K - files (Kendo)
15/03 - 35/04 - Soco Sc

Pasient bizə aşağı azı dişində (4.6) ağrılar ilə müraciət etmişdir.Dişin mezial səthində massiv karioz proses müşahidə o...
26/12/2022

Pasient bizə aşağı azı dişində (4.6) ağrılar ilə müraciət etmişdir.
Dişin mezial səthində massiv karioz proses müşahidə olunurdu.
Anamnez,kliniki və Rentgenoloji müayinə nəticəsində dişə geridönməyən pulpit diaqnozu qoyuldu.
Dişin endodontik müalicəsi qərara alındı.

Dişin hər 4 kanalı tapılaraq mexaniki və medikamentoz işləndi. Kanallar Epoksid əsaslı siler və quttapeça ilə(lateral kompaksiya) hermetik obturasiya olundu.
Alətlər :
10/02 - 15/02 - K-files (Kendo)
15/03 - 30/04 - Soco Sc fayl sistemi
Kanalların son ölçüsü 30/04.

Suallar:1) Çıxan protezlərin fiksasiyasını yaxşılaşdıran kremlərin uzunmüddətli və ya daimi istifadəsi diş ətinə ziyandı...
07/11/2022

Suallar:
1) Çıxan protezlərin fiksasiyasını yaxşılaşdıran kremlərin uzunmüddətli və ya daimi istifadəsi diş ətinə ziyandır?

Xeyr. Bu tipli kremlər daimi istifadə üçün nəzərdə tutulmuşdur və normal halda daimi istifadəsi heç bir problemə səbəb olmur.
Lakin bəzi insanlarda bu kremlərə qarşı allergik reaksiya baş verə bilər. Əgər istifadə zamanı diş ətində :
-Şişkinlik (ödem)
-Qızartı
-Yanğı hissi
- Qaşınma hissi
- hətta ağrı
varsa, onda başqa istehsalçının məhsulundan istifadə edin və ya istifadəni dayandırın.

2) Bu kremlərdən istifadə zamanı istər-istəməz onu müəyən qədər uduruq. Bu ziyanlıdır?

Xeyr. Bu preparatlara qarşı heç bir allergik reaksiya olmadığı halda, onun gün ərzində müəyən qədər udulması heç bir problemə səbəb olmur.
Bununla belə, kremin istifadəsi zamanı instruksiyadan kənara çıxmaq və onu külli miqdarda udmaq məsləhət görülmür!

 Yenidən Müalicə.Pasient bizə qapaq altında olan aşağı birinci azı dişində ağrılar ilə müraciət etmişdir.Kliniki və Rent...
18/10/2022


Yenidən Müalicə.

Pasient bizə qapaq altında olan aşağı birinci azı dişində ağrılar ilə müraciət etmişdir.
Kliniki və Rentgenoloji müayinələrdən sonra, məlum oldu ki, diş daha öncə keyfiyyətsiz müalicə olunmuşdur.
Kanalları doldurmaq üçün nəzərdə tutulmuş material külli miqdarda diş köklərindən kənara çıxarılmışdır.
Dişə simptomatik apikal peroodontit diaqnozu qoyuldu.

İlkin variant olaraq dişin yenidən endodontik işlənməsi qərara alındı. Müalicədən sonra ağrıların keçmədiyi halda, apikal cərrahiyə variantının olduğu da pasiyentin nəzərinə çatdırıldı.

Diş tək gəlişdə müalicə olundu
Dişdə 4 kanal tapıldı, hər biri mexaniki və medikamentoz işlənildi, hermetik obturasiya olundu.
Müalicədən bir neçə gün sonra pasiyentdə heç bir ağrı simptomu müşahidə olunmurdu.

Şəkillər :
1) Dişin müalicədən öncəki rentgen şəkli
2) Dişin müalicədən öncə kanal girəcəklərinin görüntüsü
3) Dişin kök kanallarının mexaniki və medikamentoz işlənmədən sonrakı görüntüsü
4) Dişin müalicədən sonrakı rentgen şəkli

Alətlər:

AF FANTA Retreatment
10/02-15/02 - K-files (kendo)
15/03 - 35/04 - Soco Sc
Kanalların son ölçüsü 35/04

Yenidən müalicə.  12yaşlı pasiyent aşağı ikinci böyük azı dişində çeynəmə zamanı olan ağrılar şikayəti ilə müraciət etmi...
13/10/2022

Yenidən müalicə.

12yaşlı pasiyent aşağı ikinci böyük azı dişində çeynəmə zamanı olan ağrılar şikayəti ilə müraciət etmişdir.
Rentgenoloji müayinə nəticəsində məlum oldu ki, diş daha öncə müalicə olunmuşdur.
Dişin siniri çıxarılan an pasiyentin yaşı ilə əlaqədar olaraq dişin kökləri tam formalaşmamışdır. (Sinir çıxarıldıqda dişin köklərinin inkişafı dayanır.)

Dişin öncəki müalicəsi zamanı bu fakt nəzərə alınmamışdır və kanalların obturasiyası zamanı səhvlərə yol verilmişdir.
Ondan əlavə, kanallarından biri (mesiolingual kanal) Rezorsin-formalin tərkibli maddə ilə doldurulmuşdur

Dişin tacı çox dağılmış olsa da, pasiyentin yaşını nəzərə alaraq dişi saxlamaq qərarına gəldik.
Dişin təkrar endodontik müalicəsi qərara alındı.
Kanallar mexaniki və medikamentoz işlənildi, ekssudasiya kəsildi və hermetik obturasiya olundu.

Alətlər :
10/02-15/02 - K-files (Kendo)
15/03 - 35/04 - SocoSc Pro

Pasient yuxarı çənədə ağıl dişində olan ağrılar ilə müraciət etmişdir.Soyuq testi pozitiv nəticə verdi.Dişə simptomatik ...
08/09/2022

Pasient yuxarı çənədə ağıl dişində olan ağrılar ilə müraciət etmişdir.
Soyuq testi pozitiv nəticə verdi.
Dişə simptomatik pulpit diaqnozu qoyuldu.
Diş sırasında sonuncu diş olduğu və ortopedik müalicə üçün çox əhəmiyyətli olduğu üçün dişin endodontik müalicə olunması qərarı verildi.
Dişin 4kanalı əldə edildi, mexaniki və medikamentoz işlənildi.
Ağrı simptomları aradan qalxdı və diş növbəti ortopedik müalicəyə hazır vəziyyətə gətirildi.

Alətlər :
10-15 K-files
S2 Denco
Soco SC

Kanallardan 2-si 30/04, digər ikisi isə 35/04 ölçüdə tamamlandı.

😯
12/07/2022

😯

Yenidən müalicə ( )Pasient dişdə "çeynəmə zamanı ağrılar" şikayəti ilə müraciət etmişdir. Rentgenoloji müayinə zamanı mə...
12/07/2022

Yenidən müalicə ( )

Pasient dişdə "çeynəmə zamanı ağrılar" şikayəti ilə müraciət etmişdir. Rentgenoloji müayinə zamanı məlum oldu ki, diş daha öncə endodontik müalicə olunub. Dişlə apikal periodontit diaqnozu qoyuldu.
Dişin distal və palatal kök kanalları yarımçıq işlənmiş, mesial kökə isə ümumiyyətlə toxunulmamışdır.
Dişin yenidən müalicəsi qərara alındı.
- Kanalların girişləri müəyyən edildi
- Kanallardan köhnə obturasiya materialı çıxarıldı
- Kanallar mexaniki və medikamentoz işlənildi
- Kanallar hermetik obturasiya olundu
Diş gələcək ortopedik müalicə üçün optimal duruma gətirildi.

Alətlər :
10-15 K-files (Kendo)
FANTA AF Retreatment
S2 Denco
Soco Sc

Pasientimiz aşağı birinci azı dişində (4.6-cı diş) olan ağrılar ilə müraciət etmişdir.Kliniki və rentgenoloji müayinə nə...
12/07/2022

Pasientimiz aşağı birinci azı dişində (4.6-cı diş) olan ağrılar ilə müraciət etmişdir.
Kliniki və rentgenoloji müayinə nəticəsində dişdə apikal periodontit olduğu müəyyən edildi
Endodontik müalicə qərara alındı
Diş bir gəlişdə mexaniki və medikamentoz işlənildi, hermetik obturasiya olundu və tacı kompozit plomblama ilə bərpa edildi.

Alətlər :
10-15 K-files (Kendo)
S2 Denco
Soco SC
Kanalların son ölçüsü 35/04

Pasient ön qrup dişlərdə estetik qüsur şikayəti ilə müraciət etmişdir.Qüsurların kompozit plomblama ilə aradan qaldırılm...
05/07/2022

Pasient ön qrup dişlərdə estetik qüsur şikayəti ilə müraciət etmişdir.
Qüsurların kompozit plomblama ilə aradan qaldırılması qərara alındı.
1.2, 1.1, 2.2 - ci dişlər sadəcə kompozit ilə bərpa edildi.
2.1 - ci diş isə araqat(dycal) + kompozit plomb ilə müalicə olundu.
Dişlərin estetikası bərpa olundu.

Pasient bizə yan kəsici (1.2-ci diş) dişdə estetik qüsur şikayəti ilə müraciət etmişdir.Müayinə zamanı məlum oldu ki, di...
05/07/2022

Pasient bizə yan kəsici (1.2-ci diş) dişdə estetik qüsur şikayəti ilə müraciət etmişdir.

Müayinə zamanı məlum oldu ki, diş daha öncə endodontik müalicə olunub (siniri çıxarılıb).

Dişin rəngi endodontik müalicə zamanı buraxılan səhvlər səbəbindən (tac pulpasının tam kənarlaşdırılmaması, irriqasiyanın aparılmaması) boz çalar almışdı.
Bundan əlavə, köhnə restavrasiyaların diş ilə sərhədləri boyanmış və kəskin seçilən idi.
Problemin aradan qaldırılmasının bir neçə üsulu pasientə təklif edilsə də, pasient bildirdi ki, növbəti gün şəhəri tərk edəcək, bu isə o deməkdir ki, bütün işi yalnız bir gəlişdə bitirmək lazımdır.
Problemin kompozit plomblama ilə aradan qaldırılması qərara alındı.
Dişin rəngi çox dəyişdiyi üçün, plomblama ilə dişin boz rəngini tam da gizlətmək mümkün olmadı.
Dişin təbii forması bərpa edildi, köhnə restavrasiyalar dəyişdirildi.
Pasient zəruri ortopedik müalicə ilə bağlı maarifləndirildi.

Təkrari Müalicə (Retreatment)Pasient körpü altına alınmış dişində ağrı simptomları ilə müraciət etmişdir. Diş həm perkus...
05/07/2022

Təkrari Müalicə (Retreatment)
Pasient körpü altına alınmış dişində ağrı simptomları ilə müraciət etmişdir. Diş həm perkussiyada ağrılı idi, həm də soyuq testi pozitiv idi. Rentgenoloji müayinə zamanı dişdə apikal prosesin olduğu məlum oldu. Dişin yenidən müalicəsi qərara alındı.
Dişin üzərində aparılan əməliyyat zamanı öncəki müalicədə buraxılmış ikinci kanal da aşkar edildi.
Hər iki kanal mexaniki, medikamentoz işlənildi və hermetik obturasiya olundu.

Alətlər :
FANTA AF Retreatment
Soco Sc
Kanalların son ölçüsü 35/04

Bir paylaşım öncəki, kankrementoz pulpitli diş müalicədən sonraAlətlər :10-15 K-filesS2 - DencoSoco SCKanalların son ölç...
05/07/2022

Bir paylaşım öncəki, kankrementoz pulpitli diş müalicədən sonra

Alətlər :
10-15 K-files
S2 - Denco
Soco SC
Kanalların son ölçüsü 35/04

Tanış olun, bu Dentikldır!Yəni, daha aydın dildə desək, diş sinirinin daşları və yaxud daşlaşması.Diş sinirinin daşlaşma...
05/07/2022

Tanış olun, bu Dentikldır!
Yəni, daha aydın dildə desək, diş sinirinin daşları və yaxud daşlaşması.
Diş sinirinin daşlaşmasının dəqiq səbəbləri hələ ki məlum deyl, lakin bu hadisəyə səbəb kimi bir neçə faktor göstərilir :
- diş sinirində uzunmüddətli iltihab prosesi
- keyfiyyətsiz aparılmış stomatoloji müalicə
- diş sinirinin maddələr mübadiləsinin pozulması
- endokrin xəstəliklər və.s


Pasient ağız boşluğunda ümumi vəziyyəti dəyərləndirmək və ümumi müalicə almaq üçün müraciət etmişdir. Dişlərin rentgenoloji müayinəsi aparıldı və bir neçə endodontik problemi və tac qüsurları olan dişlər aşkar edildi.
Bu paylaşımda 47-ci dişdən bəhs edəcəyik(sağ - aşağı ikinci azı dişi).
Diş pasientdə heç bir ağrı reaksiyası vermirdi. Soyuq testi mənfi, perkussiya isə ağrısız idi.
Pasientin sözlərinə görə, diş təxminən yarım il əvvəl, 1-2ay müddətində ağrımış və daha sonra ağrılar keçmişdir. Dişdə böyük problemlərin, eləcə də daşlaşmış sinirin olduğu rentgenoloji müayinə zamanı məlum oldu.
Dişin kanalları mexaniki və medikamentoz işlənildi. Daşlaşmış sinir kənarlaşdırıldı. Tac boşluğunda yerləşən dentiklləri bütöv çıxarmaq alınsa da, kanalda yerləşən dentikllər kanalın işlənməsi zamanı kiçik hissələrlə xaric oldu.
Pasientin vaxt məhdudiyyəti olduğu üçün, diş hermetik bağlanaraq müalicənin tamamlanması növbəti gəlişə saxlanıldı.
Müalicə tamamlandıqdan sonrakı rentgen şəklini sizinlə növbəti paylaşımlarda bölüşəcəyik.

Address

"ELMED" Tibb Mərkəzi
Baku

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+994702680808

Website

Alerts

Be the first to know and let us send you an email when TWINky Smiles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to TWINky Smiles:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram