07/01/2024
Bəlğəmin rəngləri nələrdən xəbər verir!
📌 Yaşıl bəlğəm
- Yaşıl bəlğəm aktiv bakterial infeksiyanın əlamətidir. Sinusit, sətəlcəm, kistik fibroz, ağciyər absesi və s. xəstəliklər zamanı yaranmış olur.
📌 Ağ bəlğəm
- Ağ bəlgəm tənəffüs yollarında iltihabı prosesin işarəsidir. Sonrakı mərhələlərdə sarı və ya yaşılımtıl olur.
- Digər səbəbi ekoloji cəhətdən hava çirkliliyi fonunda orqanizmin intoksikasiyasıdır.
- Müəyyən dərmanların qəbulu zamanı da yarana bilər.
- Əgər ağ bəlğəm topalar şəklində ifraz olunursa və konsistensiyası qıvrılmış formaya bənzəyirsə, bu, göbələk mənşəli pnevmoniyanın əlaməti ola bilər.
📌 Boz və ya qaramtıl bəlğəm
- Bəlğəmin açıq boz rəngi yoluxucu xəstəliklərin başlanğıc mərhələsi üçün xarakterdir. KRVI, qrip zamanı müşahidə olunur.
- Tünd boz və ya qara bəlğəm şaxtaçılar və digər oxşar peşə sahiblərində müşahidə olunur.
- Coca-Cola, tünd çay, şokolad kimi məhsulların tərkibindəki rəngləndirici maddələr də bəlğəmə tünd rəng verə bilər.
- Uzun müddət siqaret çəkmək də boz və qara bəlğəm yarada bilər.
- Vərəmin kəskin mərhələsi, həmçinin tənəffüs sistemi xərçəngi zamanı boz rəngli bəlğəm müşahidə oluna bilər.
📌 Sarı bəlğəm
- Sarı bəlğəm tənəffüs yolları infeksiyasına immun sistemnin bir növ cavab reaksiyasıdır. KRVI, bronxit, sinusit və s. zamanı baş verir.
- Sarı bəlğəmin tərkibində irin çirkləri pnevmoniya əlamətidir. Parlaq kanareyka rəngi Aspergillus kifinin yaratdığı xəstəlik olan pulmonar aspergilloz üçün xarakterikdir.
📌 Paslanmış və ya qəhvəyi rəngli bəlğəm
- Bəlğəmin paslı rəngi, eləcə də qəhvəyi çalarları siqaret çəkənlərdə tez-tez olur. Bu, tütünün yanma məhsullarının yığılması nəticəsində baş verir.
- Bəlğəmın qırmızı tonu tənəffüs yollarında qan əlamətidir. Bununla belə, narahatlığa ehtiyac yoxdur. Bu, güclü öskürək zamanı kiçik qan damarlarının zədələnməsi zamanı baş verir və bəlğəm nə qədər tünd qara olarsa, damar zədələnməsindən daha çox vaxt keçməsini göstərir.
- Qəhvəyi və pas rəngli bəlğəm bronxların, ağciyərlərin iltihabı xəstəlikləri, qan damarlarının tıxanması, sətəlcəm, kistik fibroz, ağciyər absesi zamanı müşahidə olunur.
🗨Özünüzü və sağlamlığınızı qoruyun!