
07/04/2022
Qastroskopiya- Həzm sisteminin üst hissəsinin ( Qida borusu, Mədə, Onikibarmaq bağırsaq) qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir (ucunda kiçik bir kamera olan boru ilə görüntülənmə )
Bulantı, qusma, qarın ağrısı , udqunmada çətinlik çəkmək, udqunarkən ağrı hissi, mədə-bağırsaqda qanaxma şübhəsi, anemiya, iltihab, infeksiyon prosesler, ishal və həzm sistemi xərçəngləri və s simptomların səbəblərini araşdırmaq üçün istifadə edilir.
Qastroskopiya zamanı şübhəli bölgələrdən biopsi alınaraq ( örnək parça) xəstəliyin dəqiq diaqnozunu qoymaq mümkündür. Endoskopiya öncəsində mədə boş olmalıdır. Buna görə də işləmdən 6-8 saat öncə yemək yeməyi, su içməyi kəsmək lazımdır.
İşləm sırasında qanama riski olmasın deyə qansulandırıcı dərmanları kəsilməlidir.
Xəstənin müayinə üçün əks göstərişləri yoxdursa , təcrübəli endoskopist-həkim tərəfindən düzgün aparılan qastroskopiya təhlükəsiz və orqanizm üçün zərəsiz müayinə üsuludur. Hal-hazırda müasir endoskoplardan istifadə zamanı ağırlaşmaların rast gəlinmə ehtimalı çox aşağıdır .
📱 / Wp: (050) 532-06-92
📍Yusif bəy İbrahim küç. 3
(Səadət sarayı ilə Axundov adına bağın arasında)
📩dr.cabbarzade@gmail.com