Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi

Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi, Marriage Therapist, Baku.

Bəzən belə də olur😉
23/01/2023

Bəzən belə də olur😉

https://bakimektebleri.edu.az/36/az/news/read/184731
23/01/2023

https://bakimektebleri.edu.az/36/az/news/read/184731

Məktəbimizdə "Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi" layihəsi çərçivəsində "Ana və bala" adlı qrup terapiyası tədbiri keçirilmişdir. Qrup terapiyasına ev təhsilli uşaqlarımız və onların anaları dəvət olunmuşdur. Burada bir sıra psixoloji...

Uşağa məhəbbət valideynlərin diqqət, nəvaziş və qayğısının ifadəsidir. Valideyn sevgisi bəlkə də ən səmimi və ali sevgid...
23/01/2023

Uşağa məhəbbət valideynlərin diqqət, nəvaziş və qayğısının ifadəsidir. Valideyn sevgisi bəlkə də ən səmimi və ali sevgidir, çünki o, valideynlərin şüurlu və hüdudsuz fədakarlığına əsaslanır.

Layihəmiz çərçivəsində keçirilən görüşlərimiz davam edir. Digər təlimçimiz, Brilliant xanım, fərdi olaraq ev təhsilli uş...
22/01/2023

Layihəmiz çərçivəsində keçirilən görüşlərimiz davam edir. Digər təlimçimiz, Brilliant xanım, fərdi olaraq ev təhsilli uşaqlarımızın evlərinə gedir və hər bir uşağın yaşına və inkişafına uyğun olaraq psixoloji dəstək göstərir.

Layihəmiz çərçivəsində təşkil olunan görüşlərimiz davam edir. Təlimçimiz Aygün xanım ev təhsilli uşaqlarımizla fərdi ola...
22/01/2023

Layihəmiz çərçivəsində təşkil olunan görüşlərimiz davam edir. Təlimçimiz Aygün xanım ev təhsilli uşaqlarımizla fərdi olaraq görüshərək lazımi psixoloji metodikalardan və çalışmalardan istifadə edərək hər bir iştirakçıya individual yanaşma tətbiq edir və mövcud olan psixoloji çətinlikləri aradan qaldırmaq üçün psixoloji dəstək göstərir.

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə, ...
29/11/2022

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi” layihəsinə start verilib. Layihənin ictimaiyyətə təqdim olunması üçün müvafiq təqdimat tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Gülnarə Cəfərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TDM-in Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, Tibbi Psixoloji Komissiyanin sədri Elşad Səfixanov, 200 saylı Məktəb-Lisey Kompleksinin psixoloqu Aygün Cəfərova da öz növbəsində çıxışlarını etmış və layihənin vacibliyini vurğulamışdırlar. Bu layihə təkcə ev təhsilli şagirdlərin deyil, bununla bərabər onların valideynlərinin və ailə üzvlərinin də cəlb olunmasına təkan olacaqdır.
Qeyd edək ki, layihə məktəbin psixoloqu Ofelya Qasımovanın rəhbərliyi ilə ərsəyə gətirilib və icra edilir. Layihənin başlıca məqsədi sosial deprevasiyaya məruz qalan uşaqların ictimai mühitdən ayrılmadan, onların da cəmiyyətin bir üzvü olduğunu unutdurmadan psixoloji inkişafını dəstəkləmək və bu yolda olan mənəvi maneələri, psixoloji baryerləri aradan qaldırmaqdır.

Layihənin icrasi zamanı istifadə ediləcək nəzəri, praktik metodiki diaqnostik materialların ekspert və təlimçi ilə birgə...
23/11/2022

Layihənin icrasi zamanı istifadə ediləcək nəzəri, praktik metodiki diaqnostik materialların ekspert və təlimçi ilə birgə müzakirəsi məqsədilə görüşlər keçirilir.

30/10/2022

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan layihəmiz
"Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi".
Burada əsas məqsəd sosial deprevasiyaya məruz qalan uşaqların cəmiyyətdən ayrılmadan, onların da cəmiyyətin bir üzvü olduğunu unutdurmadan, psixoloji inkişafını dəstəkləmək və bu yolda olan mənəvi maneələri və psixoloji baryerləri aradan qaldırmaq.

Address

Baku
012

Website

Alerts

Be the first to know and let us send you an email when Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi:

Share



You may also like