
29/07/2023
Statistikaya görə, qadınların təxminən 10 faizi bu üzücü dərəcədə ağrı verən xəstəliyə məruz qala bilər.
Endometrioz, reproduktiv yaşda olan qadınlarda görülən bir xəstəlikdir. Xəstəlik adını uşaqlığın içərisini əhatə edən və hər ay menstruasiya dövründə qalınlaşaraq tökülən "endometrium" toxumasından alır. Endometriozda əslində uşaqlığın daxili qatında olmalı olan endometrium toxuması uşaqlıqdan əlavə bədənin digər hissələrində də olur. Uşaqlığın xaricindəki endometriozlar ağrı, sonsuzluq və bəzi digər problemlərə səbəb ola bilir.
Endometrioza ən çox rast gəlinən yerlər qarın boşluğu xüsusilə də yumurtalıqlar, uşaqlıq boruları, uşaqlığı dəstəkləyən bağlar, va**na dediyimiz uşaqlıq və a**l ka**l arasındakı hissə, uşaqlığın xarici və qasıqdır. Menstruasiya dövründə uşaqlıqdakı kimi bu bölgələrdə də qalınlaşma və qanaxma olur. Buna baxmayaraq, uşaqlığı əhatə edən təbəqədən fərqli olaraq uşaqlıq xaricindəki endometriumun bədəni menstrual qan şəklində tərk etmə imkanı yoxdur. Buna görə də öz içərisində qanama şəklində olaraq bu ocaqlardan tökülən qanın ətraf toxumalara ziyan vurması, ətraf toxumalarda iltihabın inkişafı və birləşdirici toxumanın meydana gəlməsi ilə nəticələnir.
Əlamətləri:
Menstruasiya dövründə ağrı
Cinsi əlaqə zamanı qasıq ağrısı
Hamilə qalmamaq
Menstruasiyadan əvvəl ləkə şəklində qanaxma
Qəbizlik - ishal
Tualet ehtiyacı zamanı ağrı
Yan ağrısı, bel ağrısı
Tez-tez sidiyə çıxma və sidikdə qan endometriozun simptomları arasındadır.
Xəstəliyin p*s diaqnozuna baxmayaraq endometrioz zamanı da hamilə qalmaq və düzgün hamiləlik keçirmək mümkündür. Qadınların yarıdan çoxu bu xəstəliyin doğru qaydalarla müalicəsindən sonra və daimi nəzarət ilə dünyaya sağlam övlad gətirə bilər.
Sağlam olun!
Kanon Tibb Mərkəzi - Sizə doğmalarınız qədər yaxın!
Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park