01/04/2020
📍Kişilərdə ən çox yayılmış seksual problemlərdən biri də erkən boşalmadır. Hansı ki, kişiyə psixoloji olaraq mənfi təsir edir, özünə inamlarını azaldır. Bu zaman partnyorlar arasındakı cinsi münasibətlər korlanır. ⚫Pen*s, prostat və xaya bölgəsində əzələnin lazımı qədər inkişaf etməməsi, ⚫testesteron səviyyəsindəki problemlər, ⚫alkoqol qəbulunun çox olması, ⚫spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması, ⚫uzun müddət sonra cinsi əlaqədə olmaq, ⚫rahat olmayan yerdə tezliklə yaranmış cinsi əlaqə, ⚫masturbasiyalar, ⚫pen*s dərisinin hədsiz həssaslığı və ⚫bəzi psixoloji məqamlar (qorxu, həyəcan, günah düşüncəsi, stresli həyat tərzi, çox ciddi ailənin övladı olmaq) erkən boşalmaya səbəb ola bilər.
Erkən boşalmanın müalicəsinə xəstəliyə səbəb olmuş digər bir xəstəliyin müalicəsi, cinsi və psixoloji terapiyaların qəbulu ilə müalicə, hədsiz həssaslığın prezervativ və keyləşdirici məlhəmlərlə müalicəsi, antidepressantlar, anksiolitidlər vasitəsilə müalicə, cərrahi müalicə aid edilir.
☝️Erkən boşalmanın qarşısını almaq üçün qeyd edilən məsələlərə diqqət yetirmək lazımdır:
🛑davamlı normal cinsi həyatın yaşanılması,
🛑cinsi əlaqə zamanı diqqətin ayrı yerə yönəldilməsi,
🛑kişi cinsiyyət orqanının dərin daxil edilməsi ilə qısa təkanların verilməsi, 🛑yüksək həssaslığı olan kişilərdə prezervativdən, keyləşdirici məlhəmlərdən istifadə edilməsi,
🛑kişinin cavan olması halında cinsi əlaqədən öncə masturbasiya edilməsi,
🛑əlaqə zamanı gözlərin bağlanması, 🛑pozaların dəyişdirilməsi.
Erkən boşalmanı müalicəyə başlamazdan öncə həkim problemin psixoloji və ya fiziki səbəblərdən qaynaqlandığını ayırd etməlidir.
________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________