Suraxanı Tibb Mərkəzi

Suraxanı Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

Azərbaycan Polisi yaranmasının 107-cı ildönümünü qeyd edir.Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərma...
02/07/2025

Azərbaycan Polisi yaranmasının 107-cı ildönümünü qeyd edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olub.
Azərbaycan polisinin xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb.
Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Peşə bayramınız mübarək!

30/06/2025
27 iyun - Azərbaycan dili dövlət dili elan edilib.Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsəd...
27/06/2025

27 iyun - Azərbaycan dili dövlət dili elan edilib.

Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.
Dil siyasəti, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib
AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür.Narkomaniya bəşəriyyətin ən böyük problemlərin...
26/06/2025

26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür.

Narkomaniya bəşəriyyətin ən böyük problemlərindən biridir. Cəmiyyətin ciddi bəlasına, xalqın, təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəli hesab olunur. Narkomaniya cinayətkarlıq, zorakılığa səbəb olur, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.

BMT-nin 1987-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd edir.
Belə bir günün elan olunmasında məqsəd, narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək olub.

Narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər.
Qeyd edək ki, BMT-nin statistikasına əsasən narkotik istifdaçilərinin sayı 147 milyon nəfər təşkil edir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür.Ordu quruculuğu işinə böyük önəm verən Ulu öndər Heydər Əliyev...
26/06/2025

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür.
Ordu quruculuğu işinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Müasir Azərbaycan Ordusunun hərbi qüdrəti 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində nümayiş olunundu, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edildi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Şanlı Qələbənin şərəfinə 10 dekabr 2020-ci il Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

Bu gün Dövlət qulluqçularının peşə bayramıdır.Dövlət qulluqçularının peşə bayramı, Azərbaycan Prezidenti İlham Əliyevin ...
23/06/2025

Bu gün Dövlət qulluqçularının peşə bayramıdır.

Dövlət qulluqçularının peşə bayramı, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.
Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi hissəsini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir.
Peşə bayramınız mübarək!

Hər bir bədən üzvü və toxuma özünəməxsus hərəkətliliyə sahibdir. Sağlam bədəndə bu hərəkətlər əlaqələndirilib.Osteopatiy...
22/06/2025

Hər bir bədən üzvü və toxuma özünəməxsus hərəkətliliyə sahibdir. Sağlam bədəndə bu hərəkətlər əlaqələndirilib.

Osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Bu müalicə əsas diqqəti simptomlara deyil, səbəblərə yönəlib.

Osteopatiyada xəstəliyin diaqnostikası, eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Xəstəliyin səbəbi araşdırılaraq orqanizm bütünlükdə müalicə olunur.

❓TƏBİB-in tabeli müəssisələrində göstərilən tibbi xidmətlərdən razısınızmı?Sorğu vətəndaşların məmnunluq səviyyəsinin öl...
18/06/2025

❓TƏBİB-in tabeli müəssisələrində göstərilən tibbi xidmətlərdən razısınızmı?

Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün bu linkə daxil olun:
https://forms.gle/RRB58T54NGnSEXsh8

📌 Sorğu 19 iyun 2025-ci il tarixinədək davam edəcək.

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü il...
18/06/2025

17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqətində olduğunu, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini diqqətə çatdırıb.
Sonda səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə görə və 17 İyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edilib.

18 iyun - Milli İnsan Hüquqları Günüdür.18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlha...
18/06/2025

18 iyun - Milli İnsan Hüquqları Günüdür.

18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.
Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilibSuraxanı Tibb Mərkəzinin rəhbər he...
17/06/2025

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib
Suraxanı Tibb Mərkəzinin rəhbər heyətinin iştirakı ilə Fəxri xiyaban ziyarət olunub. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür.Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq...
17/06/2025

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Tibbi texnologiyalar və bütövlükdə səhiyyə sistemi nə qədər inkişaf etsə də, tibb işçisi daima insan həyatı və sağlamlığının qorunmasında əsas fiqur olaraq qalacaqdır. Qlobal bəşəri təhlükə yayılmağa başlayandan həkimlər iş başındadırlar. 44 günlük Vətən müharibəsi dövründə otuz ilə yaxın itirdiyimiz torpaqlarımızı Vətən oğulları qanı, canı hesabına geri qaytardılar. O zaman həkimlər iki cəbhədə döyüşürdülər. Onlardan biri Qarabağ döyüş cəbhəsi idi, digəri isə COVID-19-la mübarizə cəbhəsi.
Bu gün səhiyyə sistemində çalışan bütün mütəxəssislərə təşəkkürümüzü bildiririk.
Peşə bayramınız mübarək!

Address

Bakı, Suraxanı. Yeni Günəşli Qəsəbəsi A-B Yaşayış Massivi, 355, 4772004
Baku
AZ1133

Alerts

Be the first to know and let us send you an email when Suraxanı Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suraxanı Tibb Mərkəzi:

Share