Ağrılardan Azad Olun

Ağrılardan Azad Olun 🔸️Bel ağrıları
🔸️onurğada ağrılar
🔸️Diz ağrları
🔸️İdman zədələri
?

👨‍⚕️🔻• Onurğamız,adətən, 33 fəqərədən ibarətdir. Fizioloji əyriklərə görə onurğamız müəyyən hərəkətləri rahatlıqla edir:...
04/12/2021

👨‍⚕️🔻• Onurğamız,adətən, 33 fəqərədən ibarətdir. Fizioloji əyriklərə görə onurğamız müəyyən hərəkətləri rahatlıqla edir: qaçış zamanı, tullananda, yeriyəndə onurğa prujin kimi işləyir.

Onurğanın anatomik əyriklərinə aiddir:

✓ Boyun lordozu. Yerləşir boyun hissəsində, qövs şəkildədir, qövsun zirvəsi yuxarı baxır.

✓ Döş kifozu: yerləşməsi onurğanın döş hissəsindədir, qövs şəkildədir, zirvəsi arxaya baxır.

✓Bel lordozu. Onurğanın bel hissəsindədir. Qövsun zirvəsi önə baxır.

✓ Oma kifozu bel lordozu kimidir, lakin, bir qədər sərt fiksə olunub.

Əgər, onurğanın hansısa bir və ya iki tərəfə əyilibsə, onda ,,skolioz" diaqnozu qoyulur. 70% hallarda skoliozun əmələ gəlmə səbəbləri naməlumdur. O zaman, idiopatik skoliozdan söhbət gedir. Belə növ skoliozlar qızlarda daha
tez rast gəlinir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

Başın sağ olsun, VƏTƏN!
30/11/2021

Başın sağ olsun, VƏTƏN!

29/11/2021

👨‍⚕️Bel ağrılarından əziyyət çəkirsiniz? Odur ki, buyurun, gəlin, ağrılarınızdan qurtulun.🔺

🔹️100 faiz təbii və effektiv fitoaplikantımız sayəsində ilk prosedurdan AĞRILARDAN AZAD OLUN.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻• Yuxu rejiminizə diqqət edin.• Gün ərzində mütəmadi şəkildə əllərinizi yuyun.• Fiziki aktiv olun və evdə idman hər...
25/11/2021

👨‍⚕️🔻• Yuxu rejiminizə diqqət edin.
• Gün ərzində mütəmadi şəkildə əllərinizi yuyun.
• Fiziki aktiv olun və evdə idman hərəkətləri edin.
• Bol miqdarda meyvə-tərəvəz yeyin.
• Gündəlik normanıza uyğun su için.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻Bizə müraciət edən pasiyentlərin ən geniş şikayətlərdən biri oturaq sinirin iltihabıdır. Elmi dilində "işias" adlan...
24/11/2021

👨‍⚕️🔻Bizə müraciət edən pasiyentlərin ən geniş şikayətlərdən biri oturaq sinirin iltihabıdır. Elmi dilində "işias" adlandırılır.🤔

Həmin iltihab zamanı ağrılar ayağın arxa səthi ilə, çanaq hissəsindən başlayaraq, ayaq boyunca, aşağı doğru yayılır. Hərəkət zamanı, beldən əyiləndə, uzanan vəziyyətdə ayağı düz qaldıranda həmin ağrılar baş verir. 🤕👨‍🦯

Çox vaxt, oturarkən,çanaq əzələləri sıxılır yenə də ağrı baş verir. Bu ağrılar insana diskomfort verir, həyat keyfiyyətini aşağı salır, idmanla məşğul olmağa, maşın sürməyə və digər hərəkətlərə əngəl törədir.

Səbəblər:
- ən geniş səbəblərdən biri fəqərəarası yırtıq,
-osteoxondroz zamanı fəqərəarası məsafələrin daralması nəticəsində sinir kökləri sıxılır və iltihablaşır,
- bədənin soyuqlanması,
-dayaq-hərəkət aparatın travmaları,
-şişlər,
-şəkərli diabet,
-abses,
-çanaq orqanların infeksiyaları.

Qeyd etmək lazımdır ki, hamiləlik vaxtı da işias tez- tez baş verir, dölün bel fəqərələrə olan təsirdən həm qamət, həm də mexaniki hərəkətlər dəyişilir və sinir kökləri sıxılır.🤰
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur. Dayaq-hərəkət sistemi ən çox yüklə...
23/11/2021

👨‍⚕️🔻Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur. Dayaq-hərəkət sistemi ən çox yüklənən sistemlərdəndir və hamiləlikdə bel ağrıları bir çox qadınları narahat edən şikayətlərdəndir. Adi hallarda müxtəlif ağrıkəsicilərdən istifadə etmək mümkün olsa da hamiləlik zamanı əks göstərişlər çoxdur və ağrıkəsicilərdən istifadə zamanı xüsusilə ehtiyatlı olmaq gərəkdir.Hamiləlikdə yaranan bel ağrıları zamanı alternativ müalicə üsulları köməyinizə çatacaqdır. 🔻Hamiləlikdə bel ağrılarının yaranma səbəbləri

Hamiləlikdə yaranan bel ağrıları həm fizioloji, həm də müxtəlif xəstəliklərin səbəbi kimi yarana bilər. Hamiləliyin özü aşağıdakı mexanizmləri işə salır:
🔻Qadının çəkisinin artması;
Uşaqlığın ölçülərinin artması;
Ağırlıq mərkəzinin önə doğru yerdəyişməsi;
Onurğa sütununun formasının dəyişməsi
Çanaq sümüklərinin böyüməsi.
Bütün bu əlamətlər hamiləlikdə onurğa sütununa yüklənmənin artmasına, əzələlərin gərginləşməsinə və ağrının yaranmasına səbəb olur. Relaksin hormonunun hamiləlikdə artmaslı vəziyyəti daha da ağırlaşdırır. Bağların elastikliyin artmasına, dölün doğuş yollarından rahatlıqla keçməsinə xidmət edən relaksin hormonu, onurğa sütununda fəqərələrin ətrafındakı bağların da boşalmasına səbəb olur və bu zaman fəqərəarası disklərin zədələnməsi üçün şərait yaradır. Bu faktorların təsiri hamiləliyin son aylarında daha çox nəzərə çarpır.
🔻Hamiləliyin erkən mərhələlərində yaranan bel ağrıları, qadında əvvəlcədən hər hansı bir fəqərə sütünu problemi, ginekoloji patologiya və ya həzm sistemi xəstəliklərinin olması haqqında məlumat verir. Məhz ona görə də erkən mərhələdə yaranan bel ağrıları zamanı mütləq həkim qəbulunda olmaq məsləhətdir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi sə...
22/11/2021

👨‍⚕️4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir. Uşaqlarda bel ağrıları necə büruzə verir?

✓Kəskin ağrıdırsa, uşağın hərəkət etməsinə mane olur və yuxudan oyadırsa;

✔Qızdırma, öskürək, çəki itirilməsi, halsızlıq yaşanırsa;
✔Altını batırmaq, sidik saxlamamaq, ayaqlarda gücsüzlük, keyimə, qıdıqlanma kimi nevroloji əlamətlər varsa;
✔ Ağrı ayaqlara kimi yayılırsa;
✔ Avtomobil qəzası və ya ya yıxılma kimi bir travma nəticəsində ortaya çıxıbsa, mütləq həkimə müraciət edilməlidir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Radikulit fəqərəarasına daxil olan sinirlərin kök iltihabıdır. Radikulit əksər hallarda osteoxondroz, bəzən isə trav...
20/11/2021

👨‍⚕️Radikulit fəqərəarasına daxil olan sinirlərin kök iltihabıdır. Radikulit əksər hallarda osteoxondroz, bəzən isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Xəstəliyin simptomlarına normal yerişin pozulması, oturarkən və ya yatarkən ayağın refleks əyilməsi, həssaslığın itirilməsi, artan tərləmə, dəridə bulanıqlıq, əzələ toxumasının zəifləməsi, baş ağrısı, baş gicəllənmə və s. aid edilir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Sümüklərin düşməni 6 zərərli vərdiş• Hərəkətsiz həyat tərzi• Protein çatışmazlığı• Yeməklərdə normadan artıq duz ist...
19/11/2021

👨‍⚕️Sümüklərin düşməni 6 zərərli vərdiş
• Hərəkətsiz həyat tərzi
• Protein çatışmazlığı
• Yeməklərdə normadan artıq duz istifadəsi
• Siqaret çəkmək
• Bol miqdarda kofe qəbulu
• Kalsium çatışmazlığı
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Əzələ ağrısı bədənin lokal bir yeri, ya da bütün bədəni əhatə edə bilər. Onun intensivliyi kiçik ağrıdan əzabverici ...
18/11/2021

👨‍⚕️Əzələ ağrısı bədənin lokal bir yeri, ya da bütün bədəni əhatə edə bilər. Onun intensivliyi kiçik ağrıdan əzabverici ağrıya qədər ola bilər.
Əzələlərdə ağrı, əksəriyyət halda, öz-özünə keçir, lakin, elə ağrılar var ki,aylarla davam edir.

Səbəblər:
➡️ Lokal ağrılarda- gərginlik, stress, həddindən artıq fiziki yüklənmə, yüngül travmalar
➡️ Bütün bədəni əhatə edən ağrılarda - infeksiya, sistem xəstəlikləri, dərmanların fəsadları

Əzələlərdə olan ağrıların geniş yayılmış səbəblər:
✴ xroniki yorğunluq sindromu;
✴ fasiləli axsama;
✴ Dermatomiozit;
✴ Distoniya;
✴ Fibromialgiya;
✴ Hipotireoz( qalxanabənzər vəzin çatışmazlığı);
✴Grip və digər virus infeksiyaları;
✴Qırmızı qurd eşənəyi;
✴ Laym xəstəliyi;
✴ Əzələlərdə qıcolma;
✴ Miofassial ağrı sindromu;
✴ Revmatik polimialgiya;
✴Polimiozit( əzələ zəifliyini yaradan iltihab proses);
✴ Təkrarlanan gərginliyin travmaları;
✴ Revmatoid artriti (oynaqların iltihab xəstəliyi);
✴Gərilmə.

Bədəndə ağrılar və ya digər xoşagəlməz hisslər olarsa, həkimə müraciət etmək lazımdır.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Beldə olan ağrılarla hər insan rastlaşıb. Kimdəsə bu ağrilar keçici, kimdə isə daimi xarakter daşıyır. Çox adam, ağr...
17/11/2021

👨‍⚕️Beldə olan ağrılarla hər insan rastlaşıb. Kimdəsə bu ağrilar keçici, kimdə isə daimi xarakter daşıyır. Çox adam, ağrıları yaradan səbəblərini düşünmədən, ağrıları kəsmək üçün ağrıkəsici, qeyristeroid iltihab əleyhinə preparatlardan istifadə edir. Belə səhlənkar yanaşma nəticəsində sağlamlığa ciddi ziyan dəyə bilər.

Diskomfort yaranan zaman, ilk növbədə, onu yaradan səbəbi axtarıb aydınlaşdırandan sonra müalicəyə keçmək lazımdır.

Onurğamız bədənimizin dayağıdır, qoruyucudur. Xroniki ağrılar əmələ gəlibsə, bu o deməkdir ki, hansı bir funksiyasında pozulma baş verib.

Sancı şəkildə ağrıların səbəbləri:
🔹miozit;
🔹lyumbaqo;
🔹fəqərəarası yırtıq.

Ağır yük qaldıranda, fiziki iş görəndə, bədənə soyuq dəyəndə, uzun müddət bir vəziyyətdə qalanda ağrılar kəskinləşir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğ...
16/11/2021

👨‍⚕️Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğanın boyun şöbəsinin hərəkət seqmenti fəqərə arası disk, faset və unkovertebral adlandırılan oynaqlardan təşkil olunmuşdur. Boyun fəqərələrinin degenerasiyası fəqərə arası diskdən başlayır və bu digər qonşu oynaqlarda ikincili dəyişikliklərə səbəb olur. Degenerasiyaya bir cavab olaraq vücud bu elementləri daha dayanıqlı olan kirəc yapılarla dəyişdirməyə başlayır. Çünkü artıq bu yapılar təzyiqlərə qarşı mühafizə edə bilməməsindən irəli gəlir. Bu bir növ əlinizlə kobud, uzun müddətli iş gördükdən sonra ovuc içindəki dərinin qalınlaşmasına bənzər bir haldır. Fəqərə sütunundakı degenerasiya müddəti spondilyoz olaraq adlandırılır. Servikal spondilyoz adətən orta və iləri yaşdakı insanlarda rast gəlinir. Ancaq müasir dövrdə bu patalogiya cavanlaşan xəstəliklər arasında yer almaqdadır. Belə ki artıq gənclərdə də bu xəstəliklərə tez tez rast gəlinir. Bu xəstəlik proqressiv onurğa beyni və sinir kökü sıxılmasının ən yayğın səbəbidir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu ilk öncə təbii gör...
15/11/2021

👨‍⚕️Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu ilk öncə təbii görünən deformasiya kimi özünü biruzə verir. Lakin valideynlər bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər. Skolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər.

Ona görə bu xəstəliyin erkən diaqnostikasına çox diqqət yetirilməlidir. Skoliozun müxtəlif növləri var. Bunlara kongenital, neyromuskulyar və idiopatik aiddir. Kongenital skolioz anadangəlmə olaraq çox vaxt onurğa fəqərələrinin müxtəlif qüsurları ilə bağlı olur. Nevromuskulyar skolioz bəzi nevroloji xəstəliklər zamanlı yaranır. Lakin skoliozun bu növünə nadior hallarda rast gəlinir. Ən çox yayılmış və rast gəlinən növ idiopatikdir. Yəni dəqiq səbəbi bilinməyən əyrilik.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

Fəqərəarası diskin, fibroz halqanın tamlığı pozulmadan, divarın qabarmasına protruziya deyilir. Bu onurğanın ən yükklənə...
13/11/2021

Fəqərəarası diskin, fibroz halqanın tamlığı pozulmadan, divarın qabarmasına protruziya deyilir. Bu onurğanın ən yükklənən və hərəkətli (boyun, döş, bel) seqmentlərində deqenerativ dəyişiklərin etapıdır. Vaxt keçdikcə, protruziya yırtığa keçə bilər.

Onurğanın bel nahiyəsində olan protruziya zamanı aşağıdakı simptomlar mövcuddur:
➡️ bel nahiyəsində ağrılar;
➡️ ayaqda olan ağrı;
➡️ ayaqda gücsüzlük;
➡️ ayaqda keyləmə və ya "qarışqanın" gəzməyi (parasteziya);
➡️ bəzi hallarda sidik iftixarın pozulması.

Onurğanın döş hissəsində olan protruziya zamanı aşağıdakı simptomlar baş verir:
▶️ kürək arası ağrılar;
▶️ onurğa boyunca ağrılar;
▶️ döş qəfəsi nahiyəsində keyləmə və kəmərvari ağrılar.

Boyun protruziyaları zamanı:
✅ baş ağrılar;
✅ boyunda ağrılar;
✅ boyun hərəkətlərində məhdudiyyət;
✅ kürəyə və qola verən ağrılar;
✅ qollarda zəiflik;
✅ boyun və qollarda keyləşmə.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Uşaqlarda diz ağrıları travma sonrası (yıxıldıqdan sonra diz ətrafının əzilməsi) və revmatoloji xəstəliklər səbəbind...
12/11/2021

👨‍⚕️Uşaqlarda diz ağrıları travma sonrası (yıxıldıqdan sonra diz ətrafının əzilməsi) və revmatoloji xəstəliklər səbəbindən yarana bilir.

🔷 Travma sonrası əzilən nahiyədə ağrıdan başqa şişkinlik də müşahidə oluna bilir.
🔷 Uşaqda revmatoloji xəstəlik varsa, bu zaman diz nahiyəsində şişkinlik, qızarıqlıq və ciddi şəkildə ağrılar müşahidə olunur. Uşaq səhər oyandığında oynaqlarda sərtlik əmələ gəlir, zamanla yavaş-yavaş açılır.

Uşaqlarda qeyd olunan əlamətləri hiss edirsinizsə və uşağınız travma alarsa, mütləq şəkildə həkimə müraciət etməyinizi tövsiyə edirəm.

_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️İndiki dövrdə insanları ən çox narahat edən problemlərin başında bel və boyun ağrıları gəlir. Oturarkən düzgün pozan...
11/11/2021

👨‍⚕️İndiki dövrdə insanları ən çox narahat edən problemlərin başında bel və boyun ağrıları gəlir. Oturarkən düzgün pozanı seçməmək, hərəkətsizlik və artıq kilo bu problemlərin artıq gənc yaşlarda da qapımızı döyməsinə səbəb olur. Bəs insanın həyat keyfiyyətini aşağı salan ağrılardan xilas olmaq üçün nə etmək lazımdır?
- Hər kəsin gündə ən az yarım saat açıq havada asta sürətlə qaçmasını tövsiyə edirik.
-Arıqlayın və ideal çəkinizi qoruyun.
- Əgər onurğa səbəbli ağrılardan şikayətçisinizsə, daha sərt yataqda yatın. Yatarkən dizlərin arasına və altına yastıq qoymaq da yaxşı təsir edəcək
- Oturaq iş şəraitinə məhkum olanlar heç olmasa 20-30 dəqiqədən bir masa başından qalxıb bir az gəzməlidir. Xroniki onurğa ağrıları ofis işçilərini təhdid edən ən böyük problemlərdən biridir.
- Cürbəcür modelləri və rəngləriylə qadınların ağlını başından alan hündürdaban ayaqqabılar, təəssüf ki, sağlamlığın ən böyük düşmənləridir. Mütəmadi olaraq bu tip ayaqqabılar geyindikdə onurğa xəstəliklərinə yaxalanmaq riski artır. Ayaqqabı rahat olmalı və ayaqlar önə doğru sürüşməməlidir.

_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Baldır ağrısı - qamış və incik sümüklərində, yumşaq toxumalarda, damar və sinirlərdə gedən patoloji proseslərdən xəb...
10/11/2021

👨‍⚕️Baldır ağrısı - qamış və incik sümüklərində, yumşaq toxumalarda, damar və sinirlərdə gedən patoloji proseslərdən xəbər verir. Ağrı qısamüddətli, daimi, periodik, kəskin, küt, zəif və intensiv ola bilər. Ağrının səbəbini müəyyən etmək üçün rentgenoqrafiya, USM, KT, MRT və digər müayinələr aparılır. Diaqnoz təsdiqlənənə qədər sakitlik rejimi

və ağrıkəsici preparatlar məsləhət görülür.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

🇦🇿Zəfər Günün Mübarək, Azərbaycan!🇦🇿
08/11/2021

🇦🇿Zəfər Günün Mübarək, Azərbaycan!🇦🇿

Address

Baku
1069

Website

Alerts

Be the first to know and let us send you an email when Ağrılardan Azad Olun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category