Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq

Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq Türkiyədə ixtisaslaşmış Pediatr-Nevroloq və EEQ üzrə mütəxəssis Dr. Sahilə Əliəkbərova

3ildir izlədiyim və çox sevdiyim pasient🥰, çox sayda müşahidə olunan qıcolma tutmaları ilə müraciət etmiş və müalicəyə b...
17/01/2025

3ildir izlədiyim və çox sevdiyim pasient🥰, çox sayda müşahidə olunan qıcolma tutmaları ilə müraciət etmiş və müalicəyə başladıqdan sonra tutmalar təkrarlanmamışdır.✅️Son EEG müayinəsi patologiyasız.

Yeni iliniz mübarək! Yeni ildə hər kəsə möhkəm can sağlığı bol ruzi bərəkət arzulayıram. Hər zaman üzünüz gülsün!     #2...
31/12/2024

Yeni iliniz mübarək! Yeni ildə hər kəsə möhkəm can sağlığı bol ruzi bərəkət arzulayıram. Hər zaman üzünüz gülsün!
#2025

29/10/2024
NREM dövrünün parasomniyalarından biri də körpələrin 15%-də rastlanan yuxuda gəzintidir. 🌜📌Körpəlikdə bu, iməkləmə şəkli...
09/06/2023

NREM dövrünün parasomniyalarından biri də körpələrin 15%-də rastlanan yuxuda gəzintidir. 🌜

📌Körpəlikdə bu, iməkləmə şəklində özünü göstərir. Bu zaman körpə iməkləyərək və ya yeriyərək otaqdan və ya evdən çıxa bilər.
📌Böyük uşaqlarda bu, qaçış şəklində də ola bilər. Uşaq həyəcanlı və qeyri-adi davranışlar sərgiləyə bilər.
📌Üzün qızarması və tərləmə ilə müşayiət oluna bilən yuxuda gəzinti, adətən yuxuda qorxu səbəbindən ortaya çıxır və səhər oyanan zaman xatırlanmır.

📌Yuxuda gəzinti qəza və ölüm riskinə səbəb ola bilər, odur ki, ehtiyatlı olmaq lazımdır. Ailəyə yuxuda gəzinti zamanı təhlükəsizlik tədbirlərinin görülməsi və uşağı oyatmağa çalışmaması barədə məlumat verilməlidir.
📌Bununla belə, onu epileptik tutmalardan fərqləndirmək lazımdır və diaqnoz çox vaxt elektroensefaloqrafiya (EEQ) ilə aparılır.

07/06/2023

Bu gün Beynəlxalq Turet Sindromu Maarifləndirmə günüdür. Gəlin onlara duyarlı olaq! 💙

🎙️Avroviziya Mahnı Müsabiqəsində (2021) səsləndirilən “Fallen Angel” mahnısı “Turet sindromu”na həsr edilib. İfaçı bu xəstəliyi səbəbindən uşaqlıqda bullinqə məruz qalıb və klip vasitəsilə orta məktəbdə yaşadıqlarını canlandırıb. O, səhnə adını (Tix) xəstəlik zamanı meydana çıxan “tik”lərinə görə qoyub. Müğənni xəz palto, eynək və bandananı tiklərini gizlətmək üçün geyinir, lakin yarışma axşamı o eynəyini çıxararaq bu kompleksi ilə üzləşmişdi. 💪🏻

Onun sözlərinə görə: “Özünü qəbul etdikdən sonra xoşbəxt hiss edirsən. “Turet” həm nemət, həm də lənətdir, amma siz fikrinizi nemətə yönəltməyə çalışın”. 🕺🏻

🧠Turet sindromu psixonevroloji pozuntu olub daha çox motor (hərəki) və səs tikləri, exolaliya (sözlərin təkrar edilməsi), palilaliya (şəxsi sözləri təkrarlama), koprolaliya (səbəbsizcə nalayiq ifadələrin işlədilməsi) və s. kimi simptomlarla müşahidə edilir. Genetikdir.

🔹Turet sindromunun simptomlarını əsaslandırdığı üçün xəstəliyin adı fransız nevroloq Jil de La Turetin şərəfinə verilmişdir.

🩺Xəstəliyin tam müalicəsi olmasa da, simptomların vəziyyətini yüngülləşdirmək mümkündür.

🧠 Bu epilepsiya növü uşaq yaşlarında baş verən qıcolmalar və öyrənmə çətinlikləri ilə müşahidə olunur. Hələ ki, tam müal...
07/06/2023

🧠 Bu epilepsiya növü uşaq yaşlarında baş verən qıcolmalar və öyrənmə çətinlikləri ilə müşahidə olunur. Hələ ki, tam müalicə üsulu yoxdur, adətən 2-6 yaş aralığında özünü göstərir. Xəstəliyə tutulan uşaqlar çox vaxt tonik qıcolmalar keçirirlər, bu zaman əzələlər sərtləşir. Xəstəliyə tutulma faizi 100000-də 1-dir. 🤔

🔸Əlamətləri

📌Birdən çox qıcolma növü keçirirlər.
📌10 saniyədən bir neçə dəqiqəyə qədər çəkən atipik qıcolmalara rastlana bilər. Bu zaman xəstə boş üz ifadəsi ilə baxır.
📌Tonik qıcolmalar baş verir və bu qıcolma, adətən gecə başlayır. Yuxu keyfiyyətinə təsir etsə də, xəstə yuxudan oyanmır.
📌Koqnitiv pozğunluqlar zamanla inkişaf edir və s.

🔸Müalicəsi
📌Ketogenik pəhriz ilə pəhriz terapiyası;
📌Azan sinirinin stimullaşdırılması;
📌Epilepsiya cərrahiyyəsi;
📌Qıcolmaya nəzarəti optimallaşdırmaq üçün dərmanlar digər müalicələrlə birləşdirilə bilər.

📌 1-3 iyun tarixlərində Azərbaycan Pediatriya Cəmiyyətinin I Beynəlxalq Konqresi baş tutdu. 💕Böyük əmək sərf edilmiş, öl...
06/06/2023

📌 1-3 iyun tarixlərində Azərbaycan Pediatriya Cəmiyyətinin I Beynəlxalq Konqresi baş tutdu. 💕
Böyük əmək sərf edilmiş, ölkənin ən irimiqyaslı və dəyərli konqresində pediatriya, eləcə də tibb sahəsi ilə bağlı ən son yeniliklər və mövzularla dair dəyərli heyətin bir-birindən maraqlı məruzələrini dinlədik, dinləndik və həm də əyləndik!

Konfransın sessiyalarında moderator olaraq iştirak etmək və hörmətli kolleqalarımın çıxışlarını dinləməkdən zövq aldım. Əminəm ki, pediatriyada bir ilk olan bu konqres tibb elminə böyük töhfələr verdi!

🧠Qıcolma beyində nevroloji disfunksiyaların nəticəsi olaraq meydana çıxır. Əsasən, vaxtından əvvəl və ya az çəki ilə doğ...
01/06/2023

🧠Qıcolma beyində nevroloji disfunksiyaların nəticəsi olaraq meydana çıxır. Əsasən, vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələrdə tez-tez baş verə bilir.

Qıcolmanın mənfi nəticələri onun növündən və səbəbindən asılıdır.
📌Elə qıcolma var ki, yüngül və qısa müddətdə baş verdiyindən heç bir qalıcı sağlamlıq problemi yaratmır.
📌Eyni zamanda, uzun müddət davam edən qıcolmalarda beyinə oksigenin az ötürülməsindən dolayı qalıcı problemlər özünü göstərir.

Neonatal dövrdə qıcolmaların səbəbi, simptomları, müalicəsi üçün şəkilləri sola sürüşdürün ➡️

Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin, 1 iyunda bütün uşaqların qayğısına qalmağı...
01/06/2023

Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin, 1 iyunda bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq 💙

Kəkələmədən əziyyət çəkən uşaqlar eyni söz və ya hecaları təkrarlayır, bəzi söz və səsləri daha uzun tələffüz edir, cüml...
15/05/2023

Kəkələmədən əziyyət çəkən uşaqlar eyni söz və ya hecaları təkrarlayır, bəzi söz və səsləri daha uzun tələffüz edir, cümlədə bir sonrakı sözü tapmaqda çətinlik çəkir və danışarkən həddindən artıq həyəcanlı davranırlar.

Kəkələmə nələrdən qaynaqlanır❓
🗣️nevroloji pozuntular,
🗣️beyinin sol tərəfinin inkişafdan dayanması,
🗣️travmalar,
🗣️stres və digər ətraf mühit təsirləri.

🩺Kəkələmə tam müalicə oluna bilərmi?

İlk növbədə, kəkələmənin anadangəlmə olub-olmaması müəyyən olunur. Əgər bu, sonradan yaranıbsa yaranma səbəbləri araşdırılır. Nevroloqun əldə etdiyi diaqnoza əsasən uyğun müalicə planı ilə kəkələmənin ağır nəticələrini aradan qaldırmaq və uşağın nitqindəki maneələri ən aşağı səviyyəyə endirmək mümkündür.

Sizin uşağınız dahi ola bilər! Yetər ki, siz onların zəkasını kəşf edin və qoruyun 😊 Övladınızın zəkasını inkişaf etdirm...
12/05/2023

Sizin uşağınız dahi ola bilər! Yetər ki, siz onların zəkasını kəşf edin və qoruyun 😊

Övladınızın zəkasını inkişaf etdirmək üçün sizə 8 tövsiyəm var. Şəkilləri sola çevirərək tanış ola bilərsiniz ➡️

Address

Kral Hüseyn 66B
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994554553594

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq:

Share

Category