24/03/2026
Əgər limfa vəzisi şişibsə deməli, həmin vəziyə yaxın yerlərdə bir problem (yəni iltihablanma) var, limfa vəziləri boş-boşuna şişməzlər. Normalda limfa vəziləri 1-1,5 sm aralıqdan artıq şişibsə, bu vəzin şişməsi artıq baş vermişdir. Çox hallarda adi soyuqlama nəticəsində vəzilərdə şişmələr olur, sonra yenə əvvəlki vəziyyətə qayıdırlar. Məsələn boğazgəlmələrdə çənəaltı limfa vəziləri şişir, ağciyər xəstəliklərində qoltuqaltı vəzilər şişə bilir və s. Amma bəzi vaxtlar limfa vəziləri daha böyük ölçülərdə, məsələn 5-6 sm və daha çox şişə bilir. Bu zaman əl ilə basdıqda ağrı olmur, belə şişlər daha çox xərçəng şişlərinə aid etmək olur ki, belə hallarda təcili diaqnozu dəqiqləşdirmək lazımdır.
Çox hallarda limfa vəzilərinin şişmiş yerinə görə müalicə etmək olur, məsələn çənəaltı nahiyyədə vəz şişibsə bu ağız boşluğundan və boğazgəlmələrdən ola bilir. Onda ağız boşluğu və boğaz iç tərəfdən gündə 3 dəfə 30 qram propolis, 200 qram bal və 2 xörək qaşığı ud hindi qarışımlı məcunla gündə 3 dəfə silinməlidir. Ağızda və boğazda iltihablanma keçən kimi limfa vəziləri də kiçiləcəkdir. Qoltuqaltı vəzilər şişibsə ağciyərləri yoxlatdırın. ( Qadınlarda süd vəzilərində kista vəya şiş xəstəliklərindən hər hansı biri olarsa ondada qoltuqaltı vəzilərin şişməsi olur) Bu bronxit, pnevmoniya, vərəm, sarkaidoz və s. başqa xəstəliklər nəticəsində şişə bilər ki, saydığım hər bir xəstəliyin ayrı-ayrılıqda müalicələri olunmalıdır. Bəzi adamlarda limfa vəziləri daha tez-tez şişir ki, deməli, belə insanların immun sistemləri zəifdir, immuniteti yüksəltmək lazımdır.
Daha ətraflı: https://fizulihuseynov.com/limfa-duyunleri-boyumesi-ve-careleri/
Sağlamlığınız bizim üçün önəmlidir 💕💕
Bizi eyni zamanda İnstagram səhifəmizdən:
herbamedicalcenter və rəsmi saytımızdan izləyə bilərsiniz: www.herbamedical.az
Ünvanımız: 🏥 Bəşir Bünyatov 1 N, Koroğlu metrosundan nəqliyyatla pulsuz çatdırılma 👈👈👈
Əlaqə nömrəmiz: 📱+994553042679