01/11/2025
Sizi 7–8 noyabr 2025-ci il tarixində Fairmont Hotel, Flame Towers-da keçiriləcək “Birinci Azərbaycan Estetik və Regenerativ Kosmetologiya Konqresi”nə dəvət edirik!
Bu nüfuzlu tədbir yeni yaradılmış Azərbaycan Estetik və Regenerativ Kosmetologiya Akademiyası (AERKA) və Konora Events tərəfindən təşkil olunur.
Konqresdə estetik və regenerativ tibb sahəsinin ən aktual mövzuları nəzəri və praktiki istiqamətlərdə təqdim ediləcək.
🌿 Avilon Pharmanı tədbirdə Dr. Vəfa Cəlilova təmsil edəcək .vafacalilova
O, “Çapıqların müalicəsində ekzosomların tətbiqi” mövzusunda çıxış edərək, regenerativ tibb sahəsində innovativ yanaşmalar barədə danışacaq.
🌍 Konqresdə beynəlxalq ekspertlər və aparıcı mütəxəssislər çıxış edəcək.
📍 Məkan: Fairmont Hotel, Flame Towers
📅 Tarix: 7–8 noyabr 2025
⭐ İki gün dolu təcrübə, bilik və yeniliklər sizi gözləyir!