16/02/2026
12–13 fevral 2026 tarixlərində “Milli Pediatriya Dərnəyi” və “Türk Çocuk Acil Tıp ve Yoğun Bakım Derneyi”nin təşkilatçılığı, Respublika Pediatriya Mərkəzi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Liv Bona Dea Hospitalda “Uşaqlarda Təkmil Həyata Dəstək” kursu uğurla keçirildi.
Kurs pediatrik təcili yardım, reanimasiya və intensiv terapiya sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlmişdir.
Kursda Milli Pediatriya Dərnəyinin sədri Dr. Anar Qurbanov, Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Dr. Emil Nuriyev, Dr. Raminə Rzayeva, Dr. Lalə Nurməmmədova, Dr. Nərmin Quluzadə, Dr. Xalidə Mustafayeva, Dr. Nazlı Şirinova təlimçi kimi iştirak ediblər.
Kurs sonunda iştirakçılara sertifikatlar, ən yüksək nəticə göstərənlərə isə mükafatlar təqdim olundu. 🩵