Batıgöz Azərbaycan

Batıgöz Azərbaycan 14 filialımız ilə 8 şəhərdə, 6 ölkə və 2 qitədə xidmətinizdəyik.
Çağrı Mərkəzi: 012 310 40 33 ; *4033

Batıgöz, təcrübəli həkim kollektivi ilə göz sağlamlığı sahəsində qabaqcıl texnologiyaları tətbiq edərək, beynəlxalq keyfiyyət standartlarında xidmət göstərir. Batıgöz Sağlamlıq Qrupu, qurulduğu 2004-cü ildən bugünə kimi, sağlamlığa verdiyi əhəmiyyəti əks etdirən yeni layihələrə imza ataraq böyüməyi hədəfləyir. Facebook səhifəmiz, ziyarətçilərimizi göz sağlamlığı haqqında məlumatlandırmaq məqsədi ilə yaradılıb.

19/02/2026

"Necə bilim ki, övladımın bir gözü görmür?"

Göz tənbəlliyi çox vaxt valideyn tərəfindən dərhal fərq edilmir. Uşaq bir gözü ilə yaxşı gördüyü üçün problem gizli qalır. Məhz buna görə, profilaktik göz müayinələri uşaqlarda görmənin düzgün inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu mövzuda valideynləri düşündürən sualları Uzman Dr. Nərgiz İsmayılovaya ünvanlayır. Videoda uşaqlarda görmə problemlərinin erkən mərhələdə necə müəyyən edildiyi və göz tənbəlliyinin (ambliopiyanın) hansı üsullarla aşkarlanması barədə tibbi izah təqdim olunur.

Vaxtında aparılan müayinə gələcəkdə qalıcı görmə problemlərinin qarşısını almağa kömək edir.

Batıgöz-görüləcək çox şey var! 🧿

🌙 Xoş gəldin Ramazan!Bu mübarək ayın hər kəsə ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq gətirməsini arzu edirik. 💙
19/02/2026

🌙 Xoş gəldin Ramazan!

Bu mübarək ayın hər kəsə ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq gətirməsini arzu edirik. 💙

16/02/2026

Hansı linza sizə uyğundur? Seçim necə edilir?

Katarakta əməliyyatı zamanı istifadə olunan linzalar hər pasiyent üçün eyni olmur. Linza seçimi pasiyentin yaşı, gündəlik həyat tərzi, görmə ehtiyacları, əlavə göz xəstəliklərinin olub-olmaması və gözün biometrik ölçüləri nəzərə alınaraq fərdi şəkildə planlaşdırılır.

Uzman doktor, cərrah-oftalmoloq Elçin Osmanlı videoda monofokal, multifokal və digər premium linza seçimlərinin hansı hallarda üstünlük təşkil etdiyini və qərarın hansı tibbi meyarlara əsasən verildiyini izah edir.

Doğru linza seçimi əməliyyatdan sonrakı görmə keyfiyyətinə birbaşa təsir göstərir.

Batıgöz-görüləcək çox şey var!

Bəs siz bu fərqləri bilirdiniz ?Gördüyünüz hər bulanıq görüntü eyni səbəbdən yaranmır. Bəzən uzaq obyektlər seçilmir, bə...
16/02/2026

Bəs siz bu fərqləri bilirdiniz ?

Gördüyünüz hər bulanıq görüntü eyni səbəbdən yaranmır. Bəzən uzaq obyektlər seçilmir, bəzən kitabı yaxınlaşdırmaq lazım gəlir, bəzən isə hər şey sanki kölgəli və ya dalğalı görünür. Bu fərqli şikayətlər əslində fərqli refraksiya problemlərinin əlaməti ola bilər.

🔹 Miyopiya zamanı uzaq məsafə bulanıqlaşır – yol nişanları, lövhələr, uzaqdakı insanlar aydın seçilmir.
🔹 Hipermetropiya yaxın məsafədə çətinlik yaradır – oxuyarkən və telefona baxarkən göz tez yorulur. Hipermetropiyanın dərəcəsi yüksək olduqda və yaş artdıqca gözün fokuslama qabiliyyəti zəifləyir. Bu səbəbdən yalnız yaxın deyil, uzaq məsafədə də bulanıq görmə yarana bilər.
🔹 Astiqmatizm isə görüntünü təhrif edir – xəttlər əyilmiş, işıqlar isə dağılmış görünə bilər.

Bu fərqlər kiçik kimi görünsə də, vaxtında və düzgün müayinə olunmadıqda görmə keyfiyyətinə ciddi təsir edir. Hər bir halda dəqiq diaqnoz yalnız peşəkar göz müayinəsi ilə müəyyən olunur və uyğun korreksiya planı hazırlanır.

Görmənizdə dəyişiklik hiss edirsinizsə, səbəbini təxmin etməyin! Gecikmədən göz müayinəsindən keçməyiniz tövsiyə olunur.

Ətraflı məlumat üçün:
☎️ *4033
📱+994 99 310 4033 (WhatsApp)
📍Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)
📍Sumqayıt şəhəri, Bulvar küçəsi 143 (Levent Beach City kompleks)

12/02/2026

İki nəfər gəlin, ödənişi bir nəfər üçün edin!

Sevgililər günündə hədiyyə seçmək çətin ola bilər. Amma sağlamlıq hər zaman doğru seçimdir. Elə isə yarınızla birlikdə göz müayinəsinə gəlin, həm bir-birinizə vaxt ayırın, həm də görmənizi güvənə alın. Çünki sevgi yalnız sözlə deyil, qayğı ilə göstərilir. Profilaktik müayinə isə bu qayğının ən məsuliyyətli formasıdır.

Sevgililər gününü fərqli və mənalı edin.

Ətraflı məlumat üçün:
☎️ *4033
📱+994 99 310 4033 (WhatsApp)
📍Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)
📍Sumqayıt şəhəri, Bulvar küçəsi 143 (Levent Beach City kompleks)

11/02/2026

Aydın baxışlar üçün No Touch lazer!

No Touch lazer üsulu korreksiya əməliyyatları arasında təmas olmadan icra edilən müasir refraktiv metodlardan biridir. Bu texnologiya zamanı buynuz qişaya mexaniki müdaxilə edilmir, lazer tətbiqi birbaşa səth üzərindən həyata keçirilir.

Cərrah-oftalmoloq Aygün Rəhimzadə tərəfindən pasiyentə No Touch lazer əməliyyatı icra edilir.

No Touch lazer əməliyyatının bir çox üstünlüyü var: qısa müddətdə icra edilir, təmas olmadığı üçün gözdə əlavə kəsik olmur, miopiya, hipermetropiya və astiqmatizmin korreksiyasında tətbiq olunur

Əməliyyat qərarı yalnız ətraflı müayinə və göstəriş əsasında verilir.

Ətraflı məlumat üçün:
☎️ *4033
📱+994 99 310 4033 (WhatsApp)
📍Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)
📍Sumqayıt şəhəri, Bulvar küçəsi 143 (Levent Beach City kompleks)

Vaxtından əvvəl doğulan körpələrdə ROP (erkən doğulmuşların retinopatiyası) torlu qişanın damar inkişafı ilə bağlı yaran...
09/02/2026

Vaxtından əvvəl doğulan körpələrdə ROP (erkən doğulmuşların retinopatiyası) torlu qişanın damar inkişafı ilə bağlı yaranan ciddi göz problemidir.

Bu körpələrdə retina damarları doğum zamanı tam formalaşmamış olur. Doğuşdan sonra damar inkişafı davam etsə də, erkən doğulan körpələrin yaşaması üçün verilən yüksək oksigen səviyyəsi damarların anormal inkişafına və ROP-un yaranmasına səbəb ola bilər.

Hamiləliyin 32-ci həftəsindən əvvəl doğulan və 1500 qramdan az çəkili körpələr ROP baxımından yüksək risk qrupuna daxildir. Bu səbəbdən onlar retinal damar inkişafı tamamlanana qədər mütəmadi olaraq oftalmoloq nəzarətində olmalıdır.

ROP adətən doğuşdan 6-8 həftə sonra görünə bilər. İlk göz dibi müayinəsi vaxtında aparılmalı, xəstəliyin mərhələsindən asılı olaraq müayinələr 1–2 həftəlik intervallarla təkrarlanmalıdır.

Vaxtında aparılan ROP müayinəsi görmənin qorunmasında həlledici rol oynayır.

07/02/2026

O gün hər şey balaca bir sualla başladı: “Gözlərimiz nə iş görür?” 👀

Oxbridge liseyində 4–6 yaş aralığında qruplar şəklində təxminən 100 şagirdlə bir araya gələrək gözlərimizin funksiyalarını, onları necə qorumalı olduğumuzu, sağlam qidalanma və düzgün yuxu rejiminin görməyə təsirini birlikdə müzakirə etdik. Mavi ekran qarşısında və açıq havada vaxt balansından, hətta əlləri düzgün yumağın niyə vacib olduğundan danışdıq.

Seminar uşaqlar üçün sadəcə dinləmə deyil, sual-cavablar, interaktiv oyunlar və rəngləmələrlə dolu bir təcrübəyə çevrildi.

Oftalmoloqumuz Dr.Samirə Qələndərli tərəfindən uşaqların göz hərəkəti, koordinasiyası və refraktiv göstəriciləri yoxlanıldı, valideynlər üçün əlavə qeydlər və tövsiyələr hazırlandı. Həmçinin, müəllimlərin də refraksiya və göz təzyiqləri ölçüldü.

Sonda isə bu gün uşaqlar üçün xoş bir xatirə kimi qalsın deyə hər birinə sertifikat təqdim etdik.

Bu gözəl əməkdaşlıq üçün Oxbridge liseyinə, göstərdikləri etimada görə isə valideynlərə təşəkkür edirik.

Unutmayın, sağlam baxışlar uşaqlıqdan başlayır.

Şəkərli diabet təkcə qan şəkərinə deyil, göz sağlamlığına da birbaşa təsir göstərir. Diabet zamanı gözün torlu qişasında...
06/02/2026

Şəkərli diabet təkcə qan şəkərinə deyil, göz sağlamlığına da birbaşa təsir göstərir. Diabet zamanı gözün torlu qişasında yerləşən xırda damarlar zədələnir və bu proses diabetik retinopatiya adlanır. Nəticədə bulanıq görmə, görmə sahəsində itkilər və işıq hissiyatında dəyişikliklər yarana bilər.

Diabet eyni zamanda makula ödeminə, kataraktanın erkən inkişafına və bəzi hallarda qlaukomanın yaranmasına səbəb olur. Bu dəyişikliklərin böyük hissəsi ilkin mərhələdə heç bir əlamət vermədən irəliləyir və pasiyent görmə zəiflədiyini gec hiss edir.

Əsas sual isə budur: bu dəyişikliklər qalıcıdırmı?

Vaxtında aşkarlandıqda və düzgün müalicə aparıldıqda diabetlə əlaqəli göz fəsadlarının bir hissəsi nəzarət altına alına və görmə qoruna bilər. Müalicə planı vəziyyətin mərhələsindən asılı olaraq göz daxili inyeksiyalar, lazer prosedurları və ya cərrahi yanaşmaları əhatə edə bilər.

Mütəmadi oftalmoloji müayinə şəkərli diabeti olan şəxslər üçün görməni qorumağın əsas şərtidir.

Ətraflı məlumat üçün:
☎️ *4033
📱+994 99 310 4033 (WhatsApp)

📍Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)
📍Sumqayıt şəhəri, Bulvar küçəsi 143 (Levent Beach City kompleks)

05/02/2026

Külək belə səni Batıgözə aparır... Göz sağlamlığınız üçün doğru ünvan!

Batıgöz-görüləcək çox şey var 🧿

05/02/2026

Göz problemlərinizlə bağlı mütəxəssis rəyini birbaşa Türkiyədən gələn həkimdən almaq istəyirsinizsə sizə şad xəbərimiz var!

Türkiyənin məşhur göz xəstəlikləri həkimi Prof.Dr.Dilaver Erşanlı yenidən Batıgöz klinikasında-məhdud sayda pasiyent qəbulu ilə!

Ətraflı məlumat üçün şərhə “+” yazmağınız kifayətdir.

📅 Tarix: 19-20-21-23 fevral

📲 Ətraflı məlumat və qeydiyyat üçün:
☎ *4033
📱 +994 99 310 4033 (WhatsApp)
📍 Ünvan: Vaqif prospekti 75A

03/02/2026

Göz sağlamlığı üzrə çoxşaxəli mütəxəssis rəyi axtaranlar üçün doğru ünvan.

Batıgöz klinikasında fəaliyyət göstərən Uzman Dr. Mədinə Fərziyeva oftalmologiyanın bir neçə əsas istiqamətini əhatə edən geniş ixtisas profili ilə pasiyentlərə kompleks tibbi yanaşma təqdim edir.

Retina və refraktiv problemlərdən başlayaraq, katarakta, qlaukoma, yeni doğulmuş körpələr və uşaq oftalmologiyası da daxil olmaqla fərqli sahələri əhatə edən bu çoxşaxəli yanaşma, diaqnostikadan müalicəyə qədər bütün prosesi bir həkim nəzarətində aparmağa imkan yaradır.

Göz sağlamlığınızla bağlı dərin təcrübəyə əsaslanan peşəkar tibbi yanaşma üçün Batıgöz-görüləcək çox şey var!

Ətraflı məlumat üçün:
☎ *4033
📱+994 99 310 4033 (WhatsApp)
📍 Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)

Address

9RVV+22, Nəsimi Rayonu, Vaqif Prospekti
Baku
AZ1007

Alerts

Be the first to know and let us send you an email when Batıgöz Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Batıgöz Azərbaycan:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category