
28/10/2022
Tiroid xərçəngi genetikdirmi?
Bəli🧬
Qohumlarında hər hansı qalxanabənzər vəzi xəstəliyi (qalxanabənzər vəzin xərçəngi, zob, qalxanabənzər vəzin düyünü, qalxanabənzər vəzin iltihabı, Haşimoto və s.) olan insanlarda qalxanabənzər vəzi xərçənginə tutulma riski artır.
✔️ Hər kəs öz qohumunda qalxanabənzər vəzi xəstəliklərinin olub-olmadığını araşdırmalı və bu xəstəliklərdən hər hansı biri olduqda qalxanabənzər vəzin ultrasəs müayinəsindən keçməlidir.
Mutasiyaya uğramış geni daşıyanların onu ötürmə riski 50% olur və əgər daşıyıcıdırsa, 100% medullar tiroid xərçəngi inkişaf edir. Digər tərəfdən, bu skrininqin məqsədi qüsurlu geni daşıyanlara xərçəngə tutulmazdan əvvəl profilaktik cərrahiyyə tətbiq etməkdir.
🧬 Əgər qohum evliliklərində ailə üzvləri arasında medullar xərçəngə səbəb olan qüsurlu geni daşıyan şəxs varsa, bu xərçəngin ötürülmə ehtimalı 50% təşkil edir. Ancaq bu qüsurlu geni olan iki insan evlənirsə, o zaman xərçəngin ötürülmə ehtimalı 💯% olur.
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰
🌐 https://iraneguliyeva.az/
📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi
👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/
̇lli̇onkologi̇yamerkezi̇