Estetik Ginekoloq

Estetik Ginekoloq Estetik Ginekologiya sayəsində qadının həyat keyfiyyəti yüksəlir və özgüvən hissi artırır.

03/03/2026
🔬 ENDOMETRİOZ KİSTA (ŞOKOLAD KİSTASI) NƏDİR?Endometrioz kista — yumurtalıqlarda, borularda, uşaqlıq yolunda və bəzən ətr...
02/03/2026

🔬 ENDOMETRİOZ KİSTA (ŞOKOLAD KİSTASI) NƏDİR?
Endometrioz kista — yumurtalıqlarda, borularda, uşaqlıq yolunda və bəzən ətraf orqanlarda yaranan, hər menstruasiya zamanı daxilində qan toplanan kistadır. Zamanla bu qan tünd rəngli, şokoladabənzər mayeyə çevrildiyi üçün bu adla tanınır. Bu problem qadınlarda sonsuzluğun əsas səbəblərindən biri hesab olunur.

📌 Yaranma səbəbləri:
• Hormonal disbalans
• Genetik meyillilik
• Retroqrad menstruasiya (aybaşı qanının geriyə axması)
• İmmunitet sisteminin zəif reaksiyası
• Çanaq daxili iltihabi proseslər

⚠️ Əlamətləri:
• Güclü menstrual ağrılar
• Uzun və ağrılı aybaşı
• Cinsi əlaqə zamanı ağrı
• Bağırsaq və sidik ifrazı zamanı narahatlıq
• Sonsuzluq riski
• Menstrual pozğunluqlar

❗ Vacib qeyd: Gec diaqnoz endometriozun bağırsaq, sidik kisəsi kimi orqanlara yayılmasına və reproduktiv funksiyanın zədələnməsinə səbəb ola bilər. Erkən aşkarlama isə həm sağlamlığı, həm də gələcək analıq şansını qoruyur.

👩‍⚕️ Biz hər pasiyentin vəziyyətinə uyğun fərdi diaqnostika və müalicə planı təqdim edirik.

📩 Əziz xanımlarımız, əgər əlamətləri hiss edirsinizsə, vaxt itirmədən mütəxəssis müayinəsinə yazılın — erkən addım ən doğru qərardır.

Konsultasiya və ətraflı məlumat üçün:
📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04
👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya
🌐 www.faxrandarasulova.az

28/02/2026

Dəyərli pasiyentimiz Fərqanə xanım uğurlu əməliyyat sonrası kontroluna gəlmiş və bizə öz təşəkkürü bu gözəl əl işi olan tortu ilə bildirdi🤗

Pasiyentimizin çox ağır keçən 3 təbii doğuşları olmuşdur. Şikayətləri qarının aşağı nahiyyəsində ağrı, çox olmayan sidikqaçırma, qəbizlik və diskomfort hissi. Müayinə zamanı xanımda - Uşaqlıq yolunun sallanması, sistoseli 2-3 dərəcəli, rektoseli 2-3 dərəcəli diaqnozu qoyulmuşdur.
Pasiyentimizə - Vaginoplastika. Ön, arxa divarım kolporafiyası. Levatoroplastika. Pereneoplastika. Labioplastika əməliyyatları icra olundu.

🪄Allahdan bütün pasiyentlərimizə şəfa diləyirik🙏

👩🏻‍⚕️Mama-ginekoloq, cərrah Dr. Fəxrəndə Rəsulova.
📱+994 70 960 90 04
Wp +994 50 460 90 04

#вагинопластика #лабиопластика

Hudoplastika orqazmı gücləndirirmi?Əziz xanımlar, bu sual son illər ən çox verilən suallardandır.Hudoplastika - qadın hi...
27/02/2026

Hudoplastika orqazmı gücləndirirmi?

Əziz xanımlar, bu sual son illər ən çox verilən suallardandır.
Hudoplastika - qadın hissiyatını (orqazmı) ön plana çıxaran incə estetik əməliyyatdır.

Bu əməliyyat zamanı artıq dəri toxuması korreksiya olunur, klitorun üzərini örtən sahə incə şəkildə açılır və bu da cinsi yaxınlıq zamanı klitorun üzərinəki sürtünməni artıraraq orqazmı yaxşılaşdırır. Məqsəd klitoral bölgənin daha açıq və funksional hala gətirilməsi, hissiyatın artırılması və estetik görünüşün yaxşılaşdırılmasıdır.

Nəticədə:
✅ Orqazma çatmaq daha asan və güclü olur
✅ Estetik, təbii və balanslı görünüş yaranır

⁉️ Kimlər üçün uyğundur?
✨ Klitoral bölgədə artıq dəri səbəbilə hissiyatın zəif olması
✨ Orqazm çətinliyi yaşanırsa
✨ Estetik görünüş pasiyenti qane etmirsə
✨ Labioplastika, vajinoplastika kimi digər estetik əməliyyatlarla birlikdə daha harmonik nəticə arzulayanlar üçün

Sağlamlıq, komfort və özünə inam bir yerdə mümkündür 🌸

Konsultasiya və ətraflı məlumat üçün:
📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04
👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya
🌐 www.faxrandarasulova.az

26/02/2026

Hörmətli kolleqalarım,

Sizləri 7 aprel 2026-cı il tarixində Venom şirkətinin təşkilatçılığı və Referans Medical Group-un dəstəyi ilə həyata keçiriləcək estetik ginekologiyaya həsr olunmuş praktiki konfransımıza dəvət edirik.

Sizlərə müasir estetik ginekologiyanın funksional yanaşmaları, minimal invaziv prosedurları haqqına ətralı məlumatlar veriləcək. Klinik təcrübə əsaslı metodikalar, izahlı video çəkilişlərlə göstəriləcək. Eyni zamanda mezonun tətbiq texnikası, düzgün inyeksiya qaydaları və prosedur təhlükəsizliyi ilə bağlı praktik məqamları sizlərlə bölüşəcəm.

Ən önəmlisi isə — lokal anesteziyanın tətbiqindəki incəliklər, komfortlu və travmasız inyeksiya olunmasında istifadə etdiyim fərdi yanaşmamı və peşəkar təcrübəmə əsaslanan detalları sizlərlə bölüşəcəm.

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
Cərrah, Mama-Ginekoloq | Estetik Ginekoloq

Qeydiyyat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlayıb yazıla bilərsiniz⤵️
📲 +994 70 960 90 04
Wp +994 50 460 90 04

azerbaijan

̇talyanmezosu

Əziz xanımlar, bəzən doğuşdan sonra, yaş artdıqca və ya hormonal dəyişikliklər fonunda intim nahiyədə quruluq, elastikli...
26/02/2026

Əziz xanımlar, bəzən doğuşdan sonra, yaş artdıqca və ya hormonal dəyişikliklər fonunda intim nahiyədə quruluq, elastikliyin azalması və diskomfort yarana bilər. Bu hallar normaldır, amma həllsiz deyil.

Ekzosom terapiyası toxumaların özünü yeniləmə mexanizmini aktivləşdirən ən müasir və innovativ üsuldur. Onlar zəngin böyümə faktorları, zülallar və bioaktiv molekullar vasitəsilə toxumalara “yenilənmə siqnalı” göndərir.

Nəticədə ⤵️
✔️ Hüceyrə bərpası və regenerasiya aktivləşir
✔️ Kollagen və elastin sintezi artır
✔️ Toxumaların elastikliyi və möhkəmliyi güclənir
✔️ Qan dövranı və oksigenləşmə yaxşılaşır
✔️ Lifting effekti yaranır
✔️ Ge***al bölgəni cavanlaşdırır
✔️ Vaginal quruluq, diskomfort və həssaslıq azalır

💉Ekzosom terapiyası minimal invazivdir, ağrısızdır və bərpa dövrü tələb etmir. Elə həmin gündən gündəlik həyata qayıtmaq mümkündür.

Ən vacibi — hər pasiyentin ehtiyacı fərqlidir. Hansı metodun sizin üçün uyğun olduğunu yalnız fərdi müayinə və konsultasiya zamanı müəyyən etmək mümkündür.

Sağlamlıq və komfort sizin haqqınızdır 🌸

Konsultasiya və ətraflı məlumat üçün:
📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04
👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya
🌐 www.faxrandarasulova.az

24/02/2026

Günümüzün 1-ci əməliyyatı🤗
Cinsiyyət dodaqlarının hipertrofiyası, asimmetriyası olduğu üçün - Labioplastika və Hudoplastika əməliyyatları icra olundu.
✅ Tamamilə ağrısız
✅ Tam simmetrik ideal görünüş
✅ Qısa müddətdə sağalma (3-5 gün)
✅ Elə həmin gündən komfortlu iş həyatınıza davam edirsiniz (oturmağa belə icazə verilir).

💢Qeyd: Əlavə olaraq pasiyentimizin istəyini nəzərə alaraq Venome markasının İtalyan Mezosu ilə ağartma proseduru icra olundu💉azerbaijan
🪄Bizimlə özgüvəniniz tam olsun😉

👩🏻‍⚕️Mama-ginekoloq, cərrah Dr. Fəxrəndə Rəsulova.
📱(070) 960-90-04

#лабиопластика

Vaginoplastika — qadın komfortu və özünəinamın bərpasıdırVaginoplastika - çoxsaylı doğuş, abortların olması, yaşlanma və...
23/02/2026

Vaginoplastika — qadın komfortu və özünəinamın bərpasıdır

Vaginoplastika - çoxsaylı doğuş, abortların olması, yaşlanma və ya genetik səbəblərdən yaranan uşaqlıq yolunun ön arxa divarının sallanması, genişlənmiş vaginal kanalın daraldılması və elastikliyinin bərpası üçün tətbiq olunan müasir estetik əməliyyatdır. Məqsəd yalnız estetik deyil — həm də funksional rahatlıq və həyat keyfiyyətinin artırılmasıdır.

Əsas üstünlüklər:
✔️ Maksimum anatomik daralma
✔️ İntim həyat keyfiyyətinin yaxşılaşması
✔️ Zəifləmiş əzələlərin bərpası və möhkəmlənməsi
✔️ Qısa və rahat reabilitasiya dövrü

👩🏻‍⚕️ Bizim icra etdiyimiz əməliyyatlarda daxili əzələ qatının bərpası (levatoroplastika) əməliyyatı icra olunduğu üçün nəticə həm funksional, həm estetik, həm də qalıcı olur.

⏱️ Müddət: təxminən 1–2 saat
🏡 Evə buraxılma: növbəti gün
💗 Yaxınlığa icazə: təxminən 6 həftə sonra

🌸 Qadın sağlamlığını və özünəinamı gecikdirməyin — doğru mütəxəssis seçimi nəticəni müəyyən edir.

Konsultasiya və ətraflı məlumat üçün:
📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04
👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya
🌐 www.faxrandarasulova.az

20/02/2026

Bu gün sizlərə vaginaplastika haqqında geniş məlumat verdim.
Xoş seyirlər💕

📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04

Mioma səssiz inkişaf edə bilər — bəs siz xəbərdarsınız?Bir çox qadın miomanın illərlə heç bir əlamət vermədən böyüyə bil...
17/02/2026

Mioma səssiz inkişaf edə bilər — bəs siz xəbərdarsınız?

Bir çox qadın miomanın illərlə heç bir əlamət vermədən böyüyə biləcəyini bilmir. Halbuki bəzi hallarda bu xoşxassəli törəmə aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
▫️ Güclü və uzun menstruasiya
▫️ Qarında şişkinlik hissi
▫️ Tez-tez sidiyə getmə
▫️ Bel və çanaq ağrısı
▫️ Sonsuzluq və ya hamiləlikdə çətinlik

💡 Vacib məqam: Mioma = həmişə əməliyyat demək deyil. Müasir ginekologiyada ölçüsünə, yerləşməsinə və şikayətlərə görə fərdi müalicə planı seçilir. Bəzən sadəcə izləmə kifayət edir, bəzən isə minimal invaziv üsullar tətbiq olunur.

👩🏻‍⚕️ Tövsiyəm:
Əgər menstruasiya xarakteriniz dəyişibsə və ya qarında səbəbsiz ağırlıq hiss edirsinizsə, bunu normal saymayın. Erkən müayinə — həm rahatlıq, həm də sağlam gələcək deməkdir.

📍 Qadın sağlamlığı diqqət tələb edir — gecikdirməyin.

Konsultasiya və ətraflı məlumat üçün:
📲 +994 70 960 90 04
Wp. +994 50 460 90 04
👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya
🌐 www.faxrandarasulova.az

16/02/2026

Əziz pasiyentlərim!
16-19 Fevral tarixlərində,
təhsilimlə bağlı ölkə xaricində olacam.
Nömrəmiz aktivdir⤵️
📲 +994 70 960 90 04
Wp. + 994 50 460 90 04

Address

Zahid Xəlilov Küç 99
Baku
1141

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Estetik Ginekoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category