SAIDA NUR

SAIDA NUR 🔅Sizləri yeni başdan yaratmaq üçün burdayam
⚡️Hipnoterapevt
🇹🇷CBT🇩🇪GNM🇷🇺PSY2.0
Seans🛋️👩🏻‍💻

This is my PRİME ERA — No explanations. No apologies.
23/12/2025

This is my PRİME ERA — No explanations. No apologies.

Memories from Egypt…
18/12/2025

Memories from Egypt…

Bu gün dəyərli hocam .mehmet_sungur dedi:“Saida, həyatımız xatirələrdir… Gəl xatirələrimizi çoxaldaq.”Və o an anladım ki...
12/12/2025

Bu gün dəyərli hocam .mehmet_sungur dedi:

“Saida, həyatımız xatirələrdir… Gəl xatirələrimizi çoxaldaq.”

Və o an anladım ki,
illərdir yalnız bilik deyil, xatirə də yığırıq.
Dərslərdən, söhbətlərdən, susqunluqlardan,
bir baxışdan, bir cümlədən, bir təşviqdən…

Sizinlə olan xatirələr bitməz, hocam♥️

Çünki hər biri məni bir az daha öz yoluma,
bir az daha öz peşəmə,
bir az daha öz gücüme yaxınlaşdırdı🙏

CBT-ni sevməyim, ona inanmağım,
onu sadəcə metod yox, insanı anlayan bir dil kimi görməyim
Sizin göstərdiyiniz yolla başladı.

Bu gün dönüb baxanda anlayıram:
mən yalnız bir yanaşmanı yox,
bir duruşu, bir etikani öyrəndim.

Yoluma işıq olan,
xatirələrimə dəyər qatan
və “yaxşı ki bu yoldayıq” dedirən hocama
sonsuz minnətdarlıqla 🤍

Saida Nuraliyeva

Bu neçə gün öncə Türkiyənin ən önəmli psixiatrlardan biri — Gülseren Budayıcıoğlu ilə tanış olmaq mənim üçün böyük şərəf...
10/12/2025

Bu neçə gün öncə Türkiyənin ən önəmli psixiatrlardan biri — Gülseren Budayıcıoğlu ilə tanış olmaq mənim üçün böyük şərəf oldu.
Psixologiya sahəsində uzun illərdir tanınan, insan hekayələrini dərinliklə görməyi öyrədən bir müəlliflə bir arada olmaq qürurvericidir.

İnsan hekayələri nə qədər çətin olsa da, dəyişmək və sağalmaq həmişə mümkündür.

Hər görüş, hər söhbət – yolumu daha da aydınlaşdırır.

Təşviş çox vaxt basdırılmış qəzəbin gizləndiyi bir qalxana çevrilir.Qorxmaq, qəzəblənməkdən daha “təhlükəsizdir”, çünki ...
22/11/2025

Təşviş çox vaxt basdırılmış qəzəbin gizləndiyi bir qalxana çevrilir.

Qorxmaq, qəzəblənməkdən daha “təhlükəsizdir”, çünki qorxu bizi itaətkar (şərti olaraq “doğru”) edir, amma qəzəb həm gücümüzü, həm də həssaslığımızı eyni anda qəbul etməyi tələb edir.

Halbuki qəzəblənməyi bacarmaq dağıtmaq haqqında deyil — öz sərhədlərini qorumaq, öz “mən”ini müdafiə etmək deməkdir.

Bunsuz münasibətdə olmaq mümkün deyil!!!
Bunsuz yalnız rollar oynamaq, uyğunlaşmaq, razı salmaq və öz canlı “mən” hissini itirərək sadəcə funksional şəkildə münasibətləri davam etdirmək olar.

Həqiqi yetkinlik o zaman başlayır ki, qorxu öz yerini hisslərinə görə məsuliyyət daşımağa verir.

Çünki qəbul olunmuş və dərk edilmiş qəzəb artıq dağıdıcı olmur — o, həyatı qoruyan bir gücə çevrilir.

___________________________________

Bu cümlələr — əslində bir emosional aslılığın pıçıltısıdır…Bəzən insan elə ifadələr işlədir ki, sanki özünü qorumağa çal...
19/11/2025

Bu cümlələr — əslində bir emosional aslılığın pıçıltısıdır…

Bəzən insan elə ifadələr işlədir ki, sanki özünü qorumağa çalışır, amma əslində — özündən bir parça itirir.

Bu sözlər təkcə münasibəti deyil, insanın içindəki həddindən artıq fədakarlığı də açıb göstərir.

Əgər bu cümlələrdən hansısa sizə tanış gəldisə —
bu, qorxulu yox, çox önəmli bir siqnaldır.

❗️ Utanc üçün deyil.
❗️ Özünü günahlandırmaq üçün deyil.

Bu siqnal — oyanmaq üçündür.

Düşünmək üçün:
“Belə davam edə bilmərəm. Mənə başqa cür lazımdır. Mən özümə qayıtmaq istəyirəm.”

Çünki bir münasibətdə ən vacib olan —
🧡 Özün-özünə xəyanət etməməkdir.

“Fəlayin sən olduğunu anla.Doğru yolun sən olduğunu, sadəcə səndən sənə gedildiyini anla.Sənin axtardığın hər şeyin məqs...
09/10/2025

“Fəlayin sən olduğunu anla.
Doğru yolun sən olduğunu, sadəcə səndən sənə gedildiyini anla.
Sənin axtardığın hər şeyin məqsədinin sən olduğunu anla.
Bütün suallarının cavabı sənsən və döydüyün qapını o biri tərəfdən açan da sənsən.”

— Muhyiddin İbn-i Ərəbi 🌙

Bəs özünə nə vaxt inanacaqsan?26 Aprel | 20:00 — Özgüvən vebinarıQeydiyyat başladı!— İnsanlar qarşısında çəkinirsən— Sən...
14/04/2025

Bəs özünə nə vaxt inanacaqsan?
26 Aprel | 20:00 — Özgüvən vebinarı

Qeydiyyat başladı!

— İnsanlar qarşısında çəkinirsən
— Sənə “yox” demək çətin gəlir
— Qərar verəndə özündən əmin deyilsən
— Daxildə “yetərsizəm” səsi səni geri çəkir…

Bəzən özümüzə sual veririk:
“Mən niyə bu qədər çəkinirəm?”
“Niyə həmişə susuram, sıxılıram, özümü geri çəkirəm?”
“Niyə inana bilmirəm ki, mən də dəyərliyəm?”

Bəlkə də sən də belə hiss etmisən:
– Bir şey deyəndə, içində “birdən gülərlər” qorxusu
– Öz fikrini demək istəyəndə boğazında düyün
– Hər uğurdan sonra “bəlkə də təsadüf idi” düşüncəsi
– Və sonda: sənə inanmayan bir “sən”

Amma bu belə davam etməməlidir.
Sən doğrudan da özünə inana bilərsən. Sadəcə necə olduğunu bilmirsən.
Həm bunu öyrənmək, həm də öz gücünü oyatmaq üçün səni vebinara dəvət edirəm.

Dərin, səmimi, praktik. Və sənə yaxın.

Qeydiyyat linki bio-dadır.
İştirak ödənişlidir.

Bu dəfə başqasına deyil, özünə inan.
Çünki sən artıq kifayət qədər güclüsən.
Sadəcə unutmusan.

“Bədən məşq edir, bəs zehin?”İdman psixologiyası ilə performansını gücləndir.Sərt məşqlər, qidalanma, yuxu rejimi – hər ...
13/04/2025

“Bədən məşq edir, bəs zehin?”
İdman psixologiyası ilə performansını gücləndir.

Sərt məşqlər, qidalanma, yuxu rejimi – hər şey qaydasındadır.
Amma oyun zamanı:
– Titrəyən əllər
– Qarın boşluğunda sancı
– “Ya alınmasa?” düşüncəsi
– Hər səhv addımdan sonra gələn özünütənqid…

Bu sənin zəif olduğun üçün deyil.
Bu — zehni hazırlığın hələ gücləndirilməyə ehtiyacı olduğuna işarədir.

İdman psixologiyası idmançının yalnız meydanda yox, öz içində də qalib gəlməsini öyrədir:
– Təzyiq altında özünü idarə etmək
– Zədədən sonra geri dönmək qorxusunu aşmaq
– Hədəfə fokuslanmaq və inamla çıxış etmək
– Uğursuzluqla sağlam münasibət qurmaq

İdmançının uğuru sadəcə əzələlərdə deyil — zəif anda özünü necə idarə etdiyində gizlidir.

Əgər sən idmançısansa, ya da bir idman komandasının rəhbəri və ya valideynisənsə — psixoloji dəstək artıq lüks deyil, uğurun bir hissəsidir.

İdman psixologiyası ilə maraqlanırsansa — mən buradayam.

Saida Nuraliyeva

İdman Psixoloqu | Travma və Performans üzrə mütəxəssis

Əlaqə üçün: 0103288287 (whatsapp)

Saida Nur -Psixoloq,Psixoterapevtsaida.nur __________Puzzle Psychology Academy-nin qurucusu.7 illik praktik təcrübə.1500...
14/12/2024

Saida Nur -Psixoloq,Psixoterapevtsaida.nur
__________
Puzzle Psychology Academy-nin qurucusu.
7 illik praktik təcrübə.
15000-ə yaxın uğurlu seans nəticələr əldə etmiş
__________
Fərdi müalicə planları hazırlamaq və elmi sübutlara
əsaslanan terapevtik metodlardan istifadə etmək
bacarığı.
__________
Ümumi Rusiya Psixoterapevtlər liqasının
(ОППЛ) həqiqi üzvü,sertifikasiya və
akreditasiya olunmuş(400+450saat
nəzəriyyə və təcrübə,150 saat isə şəxsi
terapiya
__________
New German Medicine-PSY 2.0
Psixosomatika üzrə Sertifikatlaşmışam
CBT terapiya-EABCT(European
Association for Behavioural and Cognitive
Therapies)
__________
İdman Psixoloqu-Türkiyə Aydın Universiteti
Life kinetik -beyin məşqləri üzrə trainer
__________
Hipnoterapiya-Milton Ericson
Psixoanaliz
__________

Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi Bahar xanımla görüşümüz baş tutdu .Görüş ...
12/12/2024

Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi Bahar xanımla görüşümüz baş tutdu .Görüş çox uğurlu və maraqlı keçdi, müxtəlif layihələr və onların icrası ilə bağlı dəyərli müzakirələr apardıq. Bir Psixoloq olaraq, cəmiyyətimizdə ailə və uşaq rifahının yaxşılaşdırılması istiqamətində faydalı təşəbbüslərin bir hissəsi olmaq mənim üçün qürurvericidir. Birlikdə daha gözəl gələcək quracağımıza inanıram!

Əziz izləyicilərim sizlərə uzun zamandır GİVEAWAY etmirəmVədüşündümki,artıq zamanı gəlibdir❤️3 nəfər hədiyyə qazanacaqHə...
04/06/2024

Əziz izləyicilərim sizlərə uzun zamandır GİVEAWAY etmirəm

düşündümki,artıq zamanı gəlibdir❤️
3 nəfər hədiyyə qazanacaq

Hədiyyə🎁
1 nəfər Diaqnostika
1 nəfər Terapevtik seans
1 nəfərə isə KİTAB hədiyyəsi

Hədiyyələri qazanmaq üçün şərtlər⚡️

1.Məni follow etmək
2.Bu postu öz səhifəsində “İştirak edirəm”qeydi ilə repost etmək
3.Postu Like etmək
4.Və əziyyət deyilsə comment yazmaq 🙏
VƏ yalnız bütün şərtlərə əməl edən şəxslər hədiyyə qazanmaq şansı əldə edəcəklər❤️

Giveaway 21.06.2024 bitəcək və qaliblər seçiləcək💫

Address

Baku

Telephone

+994102288288

Website

Alerts

Be the first to know and let us send you an email when SAIDA NUR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SAIDA NUR:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category