17/12/2019
Kolpit uşaqlıq yolunun iltihabıdır. Kolpitin yaranmasına müxtəlif infeksiyalar səbəb olur. Candida göbələyi, trixomanada, ge***al herpes virusu, sitomeqalovirus, bağırsaq florası, nadir hallarda qonokokklar, şərti pathogen tördicilər kolpiti törədə bilir. Bəzi şəxsi gigiyena qaydalarına riayət edilmədikdə, uşaqlıq yolunun ön və arxa divarının sallanmsında, istehsalatın zərərli amillərinin təsiri nəticəsində və ümumi xəstəliklərdə də kolpit inkişaf edə bilir.
Xəstəliyin simptomları uşaqlıq yolundan seroz- irinli, irinli ifrazatın gəlməsi, uşaqlıq yolunda ağrının olmasıdır. Çox zaman kolpit uretritlə birlikdə inkişaf edir.
Müayinə zamanı uşaqlığın selikli qişası hiperemiyalı, ödemli görünür. Selikli qişada irinin potlanması aşkar edilir.
⠀⠀⠀ ⠀⠀⠀
📱(+99455) 603 00 07
📍Dadaş Bunyad-Zadeh küçəsi,Baku, Azerbaijan