Yeni Klinika

Yeni Klinika Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

📌 “İTS ilə həyata keçirilən reabilitasiya və fizioterapiya xidmətləri” 🗓️  01.04.2026  | ⏰ Saat 16:30📺  REAL TV        |...
31/03/2026

📌 “İTS ilə həyata keçirilən reabilitasiya və fizioterapiya xidmətləri”

🗓️ 01.04.2026 | ⏰ Saat 16:30
📺 REAL TV | 🩺 “İNSAN”

İTS ilə hansı reabilitasiya və fizioterapiya xidmətləri ödənişsizdir? Bu xidmətlərdən yararlanmaq üçün hansı sənədlər tələb olunur? Müalicə müddəti və seans sayı necə müəyyən edilir?

Qonaqlar:

Pərvin Əkbərov
TƏBİB-in İcraçı direktorunun müşaviri.

Münəvvər Bağırzadə
İTSDA-nın Göndərişlər şöbəsinin məsləhətçisi.

📺 Canlı yayımı 1 Aprel saat 16:30-da izləməyi unutmayın.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.Günahsız qurbanların xatirəsini hörmət və ehtiramla yad edirik!
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

Günahsız qurbanların xatirəsini hörmət və ehtiramla yad edirik!

31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

28/03/2026

Neonatologiya şöbəmizdə hər saniyə həyatlar üçün mübarizə gedir.

Hər monitor, hər cihaz, hər addım – diqqət, sevgi və peşəkarlıqla idarə olunur.

Biz yalnız tibbi xidmət göstərmirik, biz kiçik qəhrəmanlarımızın gələcəyini qoruyur, onların sağlam başlanğıcını təmin edirik.

Hər damla bir həyatın davamıdır: Yeni Klinikada qanvermə aksiyası keçiriləcəkHeydər Əliyev Fondunun “Talassemiyasız həya...
26/03/2026

Hər damla bir həyatın davamıdır: Yeni Klinikada qanvermə aksiyası keçiriləcək

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü ilə 6 aprel 2026-cı il tarixində Yeni Klinikada təşkil olunacaq.

Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən şəxslərə dəstək olmaq, onların müalicə prosesinə töhfə vermək və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini daha da təşviq etməkdir.

Mütəmadi qan köçürülməsinə ehtiyacı olan yüzlərlə insan üçün hər bir donorun verdiyi qan həyati əhəmiyyət daşıyır.

Kimlər donor ola bilər?
• 18–65 yaş arası şəxslər
• Çəkisi 50 kq-dan yuxarı olanlar
• Qanında hemoqlabin səviyyəsi normal olanlar
• Özünü sağlam hiss edənlər
• Yoluxucu və ağır xroniki xəstəlikləri olmayanlar

Qanvermədən əvvəl bunlara diqqət edin:
• Yağlı qidalardan uzaq durun
• Spirtli içkilərdən 48 saat əvvəl imtina edin
• Tərkibində analgin və anagetik maddələr olan dərmanlardan 72 saat əvvəl uzaq durun
• 24 saat əvvəl şirin çay, şirələr, mineral su için, çörək və un məmulatları, qaynadılmış dənli bitkilər, meyvə və tərəvəz yeyin.
• Qanvermədən öncə yüngül səhər yeməyi yeyin
• Şəxsiyyət vəsiqənizi unutmayın

Hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa dəvət edirik.

Gəlin birlikdə “Talassemiyasız həyat” naminə qan verək!

20/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

https://president.az/az/articles/view/71943

Novruz bayramınız mübarək!Bu bayram süfrələrinizə bolluq, evlərinizə sevinc, qəlblərinizə isə ümid və inam gətirsin. Təb...
20/03/2026

Novruz bayramınız mübarək!

Bu bayram süfrələrinizə bolluq, evlərinizə sevinc, qəlblərinizə isə ümid və inam gətirsin.

Təbiətin oyandığı bu gözəl gündə sizə möhkəm sağlamlıq, güc, əzm və xoşbəxtlik arzulayırıq.

20/03/2026

Mərhəmət, paylaşma və birlik ayı olan müqəddəs Ramazanın sonunda hər birinizə sağlamlıq və sevinc dolu bir bayram arzulayırıq.

Bayramınız mübarək!

CBC FM radiosunda yayımlanan və Yeni Klinikanın əməkdaşı Eyyub Məmmədoğlunun təqdim etdiyi “Həkim vaxtı” verilişinin bud...
16/03/2026

CBC FM radiosunda yayımlanan və Yeni Klinikanın əməkdaşı Eyyub Məmmədoğlunun təqdim etdiyi “Həkim vaxtı” verilişinin budəfəki qonağı Yeni Klinikanın Evdə tibbi xidmət şöbəsinin müdiri, həkim-terapevt Rüstəm Nəsirov olub.

Veriliş zamanı təcili tibbi yardıma müraciətə səbəb olan hallardan biri – hipertenziv krizlər, onların yaranma səbəbləri, ilkin əlamətləri və bu vəziyyətlərdə vaxtında tibbi müdaxilənin əhəmiyyəti barədə məlumat verilib.

Rüstəm Nəsirov həmçinin evdə tibbi xidmətin əhatə dairəsi, hansı hallarda pasiyentlərin bu xidmətlərdən yararlana biləcəyi və ev şəraitində göstərilən tibbi yardımın üstünlükləri haqqında dinləyiciləri məlumatlandırıb.

Aparıcı: Eyyub MəmmədoğluQonaq: Yeni Klinikanın Somatika və Stroke mərkəzinin, Evdə tibbi xidmət şöbəsinin müdiri həkim terapevt Rüstəm Nəsirov ...

TƏBİB-in dəstəyi ilə pasiyent təhlükəsizliyi və müasir tibbi yanaşmalar müzakirə olunubYeni Klinikada Azərbaycan Respubl...
13/03/2026

TƏBİB-in dəstəyi ilə pasiyent təhlükəsizliyi və müasir tibbi yanaşmalar müzakirə olunub

Yeni Klinikada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in dəstəyi, Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə “Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair” mövzusunda elmi konfrans təşkil olunub.

Eyni zamanda “Azərbaycan Revmatoloqlar Assosiasiyası” İctimai Birliyinin, Daxili Xəstəliklər Dərnəyinin, Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyasının, "Azərbaycan Hematologiya Mütəxəssislər" İctimai Birliyinin, "Azərbaycan Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin "Azərbaycan Tibb Bacıları Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda dövlət qurumlarının nümayəndələri, ölkənin müxtəlif tibb müəssisələrində çalışan həkim-mütəxəssislər, tibb işçiləri, səhiyyə təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransın əsas məqsədi pasiyent təhlükəsizliyinin təmin olunması, müasir müalicə metodlarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin müxtəlif ixtisas sahələri üzrə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin təşviq edilməsi olub.
Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz Allahverdiyeva çıxış ediblər.

Çıxışlar zamanı ölkədə səhiyyə sisteminin inkişafında pasiyent təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir diaqnostika və müalicə üsullarının tətbiqi, eləcə də pasiyent məmnuniyyətinin yüksəldilməsi səhiyyə siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Səhiyyə müəssisələrində təhlükəsizlik standartlarının gücləndirilməsi, tibbi personalın davamlı təlim və peşəkar inkişafının təmin olunması, eləcə də multidissiplinar yanaşmanın tətbiqinin pasiyentlərin daha təhlükəsiz və effektiv müalicəsinə imkan yaratdığını qeyd ediblər. Həmçinin səhiyyə sahəsində dövlət qurumları, tibb müəssisələri, pasiyent təşkilatları və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İki gün davam edən konfrans çərçivəsində səhiyyənin müxtəlif sahələrini əhatə edən panel sessiyaları təşkil olunub. Panel müzakirələrində terapiya, nevrologiya, nefrologiya, hematologiya, revmatologiya, laboratoriya işi, endokrinologiya və pediatriya sahələri üzrə aktual mövzulara toxunulub, müasir diaqnostika və müalicə yanaşmaları təqdim edilib.

Sessiyalar zamanı pasiyent təhlükəsizliyinin artırılması, klinik qərarların qəbulunda sübutlara əsaslanan tibbin rolu, xəstəliklərin erkən diaqnostikası, multidisiplinar yanaşmanın əhəmiyyəti, həmçinin klinik praktikada innovativ texnologiyaların tətbiqi kimi mövzular geniş müzakirə olunub. Mütəxəssislər tərəfindən təqdim olunan məruzələr və klinik təcrübəyə əsaslanan çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv formada baş tutan konfrans zamanı iştirakçılar arasında geniş müzakirələr aparılıb, mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib və qarşılıqlı təcrübə paylaşımı üçün faydalı platforma formalaşıb.

12/03/2026

Orqan transplantasiyası – müasir tibbin həyat qurtaran imkanlarından biri

Bu gün orqan transplantasiyası əməliyyatları ölkəmizdə icbari tibbi sığorta çərçivəsində müasir tibbi standartlara uyğun və yüksək peşəkarlıqla həyata keçirilir.

Mövzu ilə bağlı Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov “Sığorta bələdçisi”ndə danışıb.

Address

Bakı şəhəri, Nizami Rayonu, Heydər Əliyev Pr. 142
Baku
AZ1000

Telephone

+994125056231

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Klinika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yeni Klinika:

Share

Category