Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla yaxından əməkdaşlıq etmək, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakt

erli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Baş Prokurorluqda könüllü kütləvi qanvermə aksiyası təşkil olunubBaş Prokurorluq tərəfindən Heydər Əliyev Fondunun “Tala...
06/05/2026

Baş Prokurorluqda könüllü kütləvi qanvermə aksiyası təşkil olunub
Baş Prokurorluq tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində genişmiqyaslı könüllü qanvermə aksiyası keçirilib. Aksiyada Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon və şəhər prokurorluqları ilə ərazi hərbi prokurorluqlarının əməkdaşları fəal iştirak ediblər.
Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə təşkil olunan aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, donor mədəniyyətinin təşviqi və irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstəyin gücləndirilməsidir.
Aksiya çərçivəsində toplanan qan nümunələri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.





Fuad Resul

Qanvermə aksiyası təşkil olunacaq“Sağlam Bədən, Xeyirxah Ürək!” adlı növbəti könüllü qanvermə aksiyası keçiriləcəkAzərba...
05/05/2026

Qanvermə aksiyası təşkil olunacaq
“Sağlam Bədən, Xeyirxah Ürək!” adlı növbəti könüllü qanvermə aksiyası keçiriləcək
Azərbaycan Real Aykido İdman Klubunun dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə 10 may 2026-cı il tarixində – Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş kütləvi könüllü qanvermə aksiyası həyata keçiriləcək.
Bu humanitar təşəbbüsün əsas məqsədi talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək göstərmək, cəmiyyətimizdə könüllü qan donorluğu ənənəsini daha da gücləndirmək, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb olunmasına töhfə verməkdir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin məlumatına əsasən, qanvermə aksiyası 10 may tarixində, saat 10:00-da Respublika Qan Bankında keçiriləcək.
Bütün vətəndaşlar bu xeyirxah və humanist təşəbbüsə qoşulmağa dəvət olunur.
Həmrəy olaq, qanımızla yaşadaq!
Respublika Qan Bankı
Beynəlxalq Real Aykido Federasiyası
Fariz Abdullayev
Fuad Resul

Qanvermə aksiyası təşkil olunacaq 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçiriləc...
05/05/2026

Qanvermə aksiyası təşkil olunacaq
8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçiriləcək
“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Həssas qruplardan olan qadınların və qızların inkişafına və maarifləndirilməsinə inklüziv dəstək departamenti, Qadın Sağlamlığı və Tibbi Maarifləndirmə Departamentinin təşəbbüsü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsinin birgə təşkilatçılığı ilə 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçiriləcəkdir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin məlumatına əsasən, humanitar məqsəd daşıyan aksiya 7 may 2026-cı il tarixində saat 17:00-da Respublika Qan Bankında təşkil olunacaq.
Respublika Qan Bankı
Talassemiya Mərkəzi
Fuad Resul

Tərtərdə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tərtər Rayon İcra Ha...
05/05/2026

Tərtərdə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib
Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məhkəmələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Donorlar əvvəlcə Respublika Qan Bankının Bərdə bölməsinin həkimləri tərəfindən müayinədən keçirilib, uyğun şəxslərdən qan götürülüb.

Aksiyada yüksək fəallıq qeydə alınıb.





Fuad Resul

Heydər Əliyev Fondu tərəfindən  təşkil olunan “Bakı Marafonu 2026 – idman yarışının əsas məqsədi cəmiyyətdə sağlam həyat...
03/05/2026

Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Bakı Marafonu 2026 – idman yarışının əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və insanların idmana marağının gücləndirilməsidir.

Eyni zamanda bu marafon sosial mesaj daşıyaraq qan donorluğunun əhəmiyyətini ön plana çəkir, insanları xeyirxah əməllərə, xüsusilə də həyat xilas edən donor fəaliyyətinə təşviq edir. Yarış həmrəyliyin, sosial məsuliyyətin və sağlam cəmiyyət ideyasının təcəssümüdür.
İnsanların donor ola bilmələri üçün ilk növbədə sağlam olmaları vacibdir. Sağlam orqanizm həm qanvermə prosesini təhlükəsiz edir, həm də verilən qanın ehtiyacı olan xəstələr üçün faydalı və keyfiyyətli olmasını təmin edir.

Göstərilən xüsusi diqqət və qayğıya görə Heydər Əliyev Fondu-na dərin təşəkkürümüzü bildiririk
❤️



❤️
Fuad Resul

Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5-ci Dan qara...
01/05/2026

Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5-ci Dan qara kəmər4 ustası, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü
Master Fariz Abdullayev və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Resul

STP Şirkətlər Qrupunda könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməs...
01/05/2026

STP Şirkətlər Qrupunda könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməsi və STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən şəxslərə dəstək göstərmək olub.





Fuad Resul

İsmayıllıda keçirilən könüllü qanvermə aksiyası böyük maraq və yüksək fəallıqla yadda qalıb.Səhiyyə Nazirliyinin Respubl...
30/04/2026

İsmayıllıda keçirilən könüllü qanvermə aksiyası böyük maraq və yüksək fəallıqla yadda qalıb.
Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Şəki bölməsi tərəfindən təşkil olunan aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutub. “Sən də bizə qoşul, qanınla can ver!” şüarı ilə keçirilən tədbirdə rayon sakinləri aktiv iştirak edərək həmrəyliyin və insanpərvərliyin gözəl nümunəsini nümayiş etdiriblər.
Aksiya İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə uğurla reallaşıb. Toplanan qan nümunələri talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində mühüm rol oynayacaq.




Fuad Resul

Opera və Balet Teatrında könüllü qanvermə aksiyası keçirilib28 aprel tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet...
29/04/2026

Opera və Balet Teatrında könüllü qanvermə aksiyası keçirilib
28 aprel tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada teatr kollektivi və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Tədbirin əsas məqsədi qan ehtiyatlarının artırılması, irsi qan xəstəlikləri ilə mübarizəyə dəstək və donor mədəniyyətinin təşviqidir.
Qeyd olunub ki, bu kimi aksiyalar həyati əhəmiyyət daşıyan tibbi ehtiyacların qarşılanmasına xidmət etməklə yanaşı, cəmiyyətdə həmrəylik və sosial məsuliyyət dəyərlərinin gücləndirilməsində mühüm rol oynayır.
Fuad Resul

Xaçmazda həyat bəxş edən həmrəylikXaçmaz rayonunda növbəti dəfə insanlığa xidmət edən nəcib təşəbbüs gerçəkləşib. Səhiyy...
29/04/2026

Xaçmazda həyat bəxş edən həmrəylik
Xaçmaz rayonunda növbəti dəfə insanlığa xidmət edən nəcib təşəbbüs gerçəkləşib. Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Quba bölməsi tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə dəstəyi ilə keçirilən aksiyada rayon rəhbərliyi, müxtəlif idarə və təşkilatların əməkdaşları, eləcə də sakinlər böyük həvəslə iştirak ediblər.
Hər bir donorun verdiyi qan bir ümid, bir həyat deməkdir. Bu aksiya yalnız qan ehtiyatlarının artırılmasına deyil, eyni zamanda cəmiyyətdə həmrəylik, mərhəmət və humanizm dəyərlərinin gücləndirilməsinə xidmət edir.
Unutmayaq ki, bağışlanan hər damla qan kimlərəsə yenidən yaşamaq şansı verir.





Fuad Resul

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları Səhiyyə Nazirliyi Respublik...
27/04/2026

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsində könüllü şəkildə qan veriblər. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiyada yüksək fəallıq qeydə alınıb. Toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.






Fuad Resul

Ağstafada könüllü qanvermə aksiyası təşkil olunub Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəs...
27/04/2026

Ağstafada könüllü qanvermə aksiyası təşkil olunub
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tərəfindən Ağstafada könüllü qanvermə aksiyası keçirilib.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədi daşıyan aksiya Ağstafa Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb, uyğun olan şəxslərdən qan götürülüb.






Fuad Resul

Address

Bineqedi
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi:

Share