14/09/2022
Proktoloji əməliyyatlardan sonra (hemorodiektomiya, a**l çatın ləğvi, pararektal fistulların, a**l kandiloma və papillomaların ləgvi və s. əməliyyatlar) müəyyən agırlaşmalar baş verə bilir. Bunlara yaranın irinləməsi, a**l qaşıntının yaranması, düz bağırsaqdan selikli ifrazatın olması, a**l sfinkter çatışmazlığı və a**l stenozu (a**l darlıq) aid etmək olar. İrinləmə əsasən pasientin gigiyenik qaydalara riayət etməməsi, yaranı təmiz saxlamaması nəticəsində yaranır. A**l sfinkter çatışmazlığı (nəcisin, qazın saxlana bilməməsi) isə əməliyyat sahəsinin böyük olması, a**l sfinkter kompleksinin zədələnməsi, yaranın irinləməsi və s. səbəblərdən baş verə bilir.
Həmçinin a**l stenoz yaranma ehtimalı vardır ki, ya a**l ka**l içərisində , ya da xaricdən a**l ka**lı əhatə edən sərt çapıq toxuması hesabına baş verir. A**l stenoz zamanı defekasiya aktının həddən artıq ağrılı, çətin olması, nəcisin çeçələ barmaq formasında nazilməsi və s.şikayətlər görülə bilir.
Qeyd olunan ağırlaşmalarla əlaqədar dərhal həkimə müraciət etmək vacibdir.
________________
📲050 371 81 18
📲070 371 81 18
**lçat