23/02/2024
Kişilər üçün qorxulu statistika, tendensiya!
Müasir kişilərdə əcdadlarla müqayisədə testesteron hormonu 50% azalıb.
Testesteron təkcə cinsi sistem üçün deyil.
Kişini sözün bütün mənalarında KİŞİ edən testesterondur.
Bütün orqanizm, bütün sistemlər üçün testesteron dirijor rolunu oynayır!
Sümük- əzələ sistemi, ürək-damar fəaliyyəti, kişi psixologiyası, yaşamaq eşqi, xarakter, çalışqanlıq, ambisiyalar, həyatda uğur qazanmaü istəkləri və s. və s. - bütün bunlar testesteron tərəfindən idarə olunur.
Aşağı testesteronun əlamətləri:
- depressiv əhval ruhiyyə
- tənbəllik, halsızliq, tez yorulma
- yuxuya meyillilik
- xarakterin "yumşalması", aqressiyanın (sözün yaxşı mənasında) azalması, ambisiyaların azalması
- bədən formasının "qadınlaşması": qarında, yanlarda, döş nahiyəsində piy yığılması
- cinsi istəyin azalması, zəif ereksiya
- yüksək ürək infarktı riski
SƏBƏBLƏRİ:
1. Artıq çəki
2. Yuxu rejimi
3. Qeyri -standart iş rejimi, gecə növbəsi işləri
4. Fiziki aktivliyin minimal olması
5. Daimi stress: işdə, cəmiyyətdə, ailədə- alçaldıcı tonda verilən göstərişlər, edinlən tənbehlər, "qul münasibəti" və s.,
6. Qidalanma: şəkər, həddindən artıq yağlı yeməklər, yeməklərin yağda qızardılması, süd və süd məhsulları
Bütün bunlar qeyri - adekvat müasir həyat tərzinin kişi orqanizminə təsiridir.
Nə etməli?
Yuxarıda qeyd etdiyim əlamətləri bir daha oxuyun.
Əgər sizdə bir neçəsi varsa, böyük ehtimalla hormonal sisteminizdə disbalans var, testesteron normada deyil!
Əgər hormonal sisteminizi normaya salmaq istəyirsinizsə, ilk öncə bu haqda özünüz üçün QƏRAR verməlisiniz!
Sonra başlanma nöqtəsini təyin etmək üçün bu qrup hormonlara analiz verirsiniz:
1. Тestesteron (ümumi, sərbəst)
2. Cinsi hormonlari birləşdirən globulin
3. Estradiol
4. Prolaktin
5. Кortizoı
6. ТTS
Bütün bunlar bir dəfəyə verilir, yəni bir dəfə qan analizi verirsiz, bütün bu hormonlar yoxlanılır.
Hormonal sistemin A nöqtəsi təyin edilir.
Sonra keçirsiz 2-ci mərhələyə.
Yuxarıda qeyd etdiyim "SƏBƏBLƏR" bölümünə.
Bütün 6 punktla mübarizəyə başlayırsız.
1 aydan sonra qan analizini təkrar verib, prosesi kontrol edə bilərsiniz.
Əgər bu prosesdə sizə kömək lazımdırsa, mənə yazın, ətraflı izah edim, bütün mərhələlərdə nəyi necə etməkdə kömək edə bilərəm.
Əlaqə üçün: https://wa.me/