Xətai Tibb Mərkəzi

Xətai Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Cərrah Janna Xudaverdiyeva qasıq yırtığı və onun müalicəsi barədə məlumat verir:Qasıq yırtığı (tibbi adı ilə inguinal he...
30/04/2026

Cərrah Janna Xudaverdiyeva qasıq yırtığı və onun müalicəsi barədə məlumat verir:
Qasıq yırtığı (tibbi adı ilə inguinal hernia) qarın boşluğundakı orqanların (əsasən bağırsaq hissəsinin) qasıq nahiyəsində zəif nöqtədən çölə doğru çıxmasıdır. Bu vəziyyət adətən cərrahi əməliyyatla aradan qaldırılır.
Qasıq yırtığı əməliyyatı – yırtıq kisəsinin yerinə qaytarılması və zəif sahənin möhkəmləndirilməsi prosesidir.
Əməliyyat növləri
Açıq əməliyyat
Qasıq nahiyəsində kiçik kəsik edilir
Yırtıq geri qaytarılır
Sahə tikiş və ya tor (mesh) ilə gücləndirilir
Laparoskopik əməliyyat
Kiçik dəliklərdən kamera və alətlərlə icra olunur
Daha az ağrı və daha sürətli sağalma olur
Estetik baxımdan üstün sayılır

Hansı halda əməliyyat lazımdır?
Qasıqda şişlik və ağrı varsa
Yırtıq böyüyürsə
Boğulma riski (qan dövranının pozulması) varsa — bu təcili vəziyyətdir

Rabil Osmanov növbəti mürəkkəb cərrahi əməliyyatı uğurla başa çatdırıb.O, daim öz üzərində çalışan, yenilikləri izləyən ...
29/04/2026

Rabil Osmanov növbəti mürəkkəb cərrahi əməliyyatı uğurla başa çatdırıb.

O, daim öz üzərində çalışan, yenilikləri izləyən və tibbin inkişafına töhfə verən mütəxəssislərdəndir. Pasiyentin vəziyyətinin stabil olduğu və yaxın günlərdə evə buraxılacağı gözlənilir.

Tibb sahəsində hər bir uğurlu əməliyyat sadəcə bir işin nəticəsi deyil, həm də bir insanın həyat keyfiyyətinin bərpası və ya xilası deməkdir.

Həkim qeyd edir ki, əsas məqsəd pasiyentin sağlamlığını bərpa etməklə yanaşı, əməliyyatdan sonrakı dövrdə həyat keyfiyyətini də maksimum səviyyədə qorumaqdır.

Xətai Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının növbəti ildönümünə həs...
28/04/2026

Xətai Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan tibb elminə əvəzsiz töhfələr vermiş alimin xatirəsini yad etmək üçün mərkəzin rəhbərliyi və tibbi heyəti bir araya gəlib.

​Tədbiri giriş sözü ilə açan Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva Zərifə xanım Əliyevanın həm bir alim, həm də bir insan kimi nəcib xüsusiyyətlərindən bəhs edib. O, qeyd edib ki, ​Zərifə xanım Azərbaycanda oftalmologiya məktəbinin bünövrəsini qoyanlardan biridir.

"​Onun traxoma xəstəliyi ilə mübarizədəki xidmətləri bu gün də dünya tibb aləmi üçün nümunədir.
​O, təkcə peşəkar həkim deyil, həm də qayğıkeş ana və sadiq ömür-gün yoldaşı kimi Azərbaycan qadınının ən ali obrazını yaradıb"- deyə direktor bildirib.
​Mərkəzin direktor müavini Elcan İsmayılov öz çıxışında akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin spesifik sahələrinə toxunub. O vurgulayıb ki, alimin peşə xəstəliklərinin öyrənilməsi və görmə orqanının patologiyası sahəsindəki araşdırmaları müasir dövrdə də öz aktuallığını qoruyur.

​Tədbirdə iştirak edən digər mütəxəssislər və şöbə müdirləri də söz alaraq Zərifə xanımın yüksək etik davranış qaydalarından, xəstələrə qarşı olan sonsuz diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, onun yazdığı dərsliklər və monoqrafiyalar bu gün hər bir oftalmoloqun stolüstü kitabıdır.

​Sonda iştirakçılara Zərifə xanım Əliyevanın zəngin həyat yolunu, elmi fəaliyyətini və xeyriyyəçilik missiyasını əks etdirən qısa sənədli film nümayiş etdirilib. Filmdə yer alan arxiv görüntüləri və alimin müasirlərinin xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraq və duyğu ilə qarşılanıb.

28/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

O, oftalmologiya sahəsindəki dəyərli elmi töhfələri və yüksək insani keyfiyyətləri ilə həm tibb tariximizdə, həm də insanların yaddaşında silinməz iz qoymuşdur.

Böyrəkləri düzgün işləməyən xəstələrə evdə necə qulluq edilməlidir?Bu suala həkim-reanmatoloq Rauf Səmədov cavab verir:B...
27/04/2026

Böyrəkləri düzgün işləməyən xəstələrə evdə necə qulluq edilməlidir?

Bu suala həkim-reanmatoloq Rauf Səmədov cavab verir:

Böyrəkləri işləməyən (və ya ciddi zəif işləyən) insanlara evdə qulluq çox diqqət və düzgün rejim tələb edir. Bu vəziyyət adətən xroniki böyrək çatışmazlığı və ya son mərhələdə böyrək funksiyasının tam dayanması ilə əlaqəli olur. Evdə qulluq əsasən xəstənin vəziyyətini sabit saxlamağa və ağırlaşmaların qarşısını almağa yönəlir.

1. Qidalanma çox vacibdir
Duz minimum səviyyədə olmalıdır.Protein qəbulu həkimin tövsiyəsinə görə tənzimlənir, çox protein böyrəkləri daha da yükləyə bilər.
2. Maye qəbulu nəzarətdə olmalıdır
Günlük içilən su miqdarı həkim tərəfindən təyin olunur .Artıq maye yığılması nəfəs darlığı və ödemə səbəb ola bilər
4. Dializ alan xəstələr üçün
Dializ günləri və saatları dəqiq saxlanmalıdır .Kateter və ya fistula nahiyəsi təmiz saxlanmalıdır .
5. Aşağıdakılar varsa dərhal həkimə müraciət edin:
• Nəfəs darlığı
• Şiddətli şişkinlik
• Sidiyin tam kəsilməsi
• Şüurun qarışması
• Sinə ağrısı

25/04/2026
Malyariya Nədir?Suala həkim - infeksionist Aysel Musayeva cavab verir.​Malyariya, Anopheles cinsindən olan dişi ağcaqana...
25/04/2026

Malyariya Nədir?

Suala həkim - infeksionist Aysel Musayeva cavab verir.
​Malyariya, Anopheles cinsindən olan dişi ağcaqanadların dişləməsi vasitəsilə insana keçən, "Plasmodium" adlı parazitlərin törətdiyi yoluxucu xəstəlikdir. Parazit bədənə daxil olduqdan sonra qaraciyərdə çoxalır və sonra qırmızı qan hüceyrələrini (eritrositləri) məhv etməyə başlayır.

Əsas Simptomları:

​Yüksək qızdırma və titrətmə (adətən tutmalar şəklində).
​Şiddətli baş və əzələ ağrıları.
​Həddindən artıq tərləmə.
​Ürəkbulanma və qusma.
​Yorğunluq və anemiya (qan azlığı).

​Necə Müalicə Olunur?
​Malyariyanın müalicəsi parazitin növünə, xəstəliyin ağırlıq dərəcəsinə və xəstənin yaşına görə fərqlənir. Əsas qayda: Erkən diaqnoz həyat qurtarır.
​Müalicədə əsasən antimalyariya preparatlarından istifadə olunur. Effektivdir.

Xəstəlik ağır formadadırsa (məsələn, beyin malyariyası və ya orqan çatışmazlığı riski varsa), xəstə mütləq stasionar şəraitdə, venadaxili maye və dərman dəstəyi ilə müalicə olunmalıdır.

​Malyariyadan Qorunma Yolları
​Müalicədən daha asan olanı qorunmaqdır.

Vacib qeyd: Malyariya simptomları özünü dərhal göstərməyə bilər, bəzən yoluxmadan həftələr sonra ortaya çıxır. Əgər riskli bölgədə olmusunuzsa və qızdırmanız varsa, dərhal infeksionistə müraciət etməlisiniz.

25/04/2026

Hər il aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günü kimi qeyd olunur

2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.

Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 1 ay ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

🦟

24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

24/04/2026
Sidikdə qan görünməsi ( Hematuriya) gansı xəstəliklərin xəbərçisi ola bilər?Suala uroloq-androloq, cərrah Münasib Məmməd...
23/04/2026

Sidikdə qan görünməsi ( Hematuriya) gansı xəstəliklərin xəbərçisi ola bilər?

Suala uroloq-androloq, cərrah Münasib Məmmədov cavab verir.

Sidikdə qan görünməsinin əsas səbəbləri arasında sidik yolu infeksiyası ola bilər. Yanma, tez-tez sidiyə getmə ilə birlikdə müşahidə olur. Bundan əlavə, Böyrək daşları da eyni şəkildə özünü göstərir. Güclü bel ağrısı və sancı ilə müşayiət oluna bilər.

Kişilərdə prostat problemləri ,böyrək və ya sidik kisəsi xəstəlikləri, travma və ya zədə, ağır fiziki fəaliyyət, bəzən intensiv idmandan sonra keçici qan görülə bilər.

Nə vaxt ciddi sayılır?
• Sidik tam qırmızı və ya çəhrayıdırsa
• Ağrı, hərarət və ya ürəkbulanma varsa
• Təkrar-təkrar baş verirsə
• Yaşın 40+ isə (risk artır)

Bu hallarda mütləq uroloqa müraciət edilməlidir. Unutmayın ki, erkən diaqnoz çox önəmlidir.

Sizdən gələn suallara LOR cərrah Səyyaf Təhməzov cavab verir:- Uşaqlarda badamcıq iltihabı necə müalicə edilir?- Uşaqlar...
22/04/2026

Sizdən gələn suallara LOR cərrah Səyyaf Təhməzov cavab verir:

- Uşaqlarda badamcıq iltihabı necə müalicə edilir?

- Uşaqlarda badamcıq iltihabı adətən viral və ya bakterial infeksiyalar nəticəsində yaranır. Viral infeksiyalar, adətən dərmanlarla müalicə edilmədən öz-özünə sağalır. Bakterial infeksiyalar üçün isə antibiotik müalicəsi tələb olunur.

- Uşaqlarda böyük badamcıqlar hansı problemləri yarada bilər?

- Böyük badamcıqlar, yuxu zamanı tənəffüs çətinliyinə yol aça bilər. Bu vəziyyət, yuxu apnesinə səbəb ola bilər və uşağın istirahət etməsini əngəlləyir.

- Badamcıq daşı nədir və uşaqlarda olur?

- Badamcıq daşları, badamcıqların çuxurlarında yığılaraq sərtləşən maddələrdir. Daşlar, ağız qoxusuna və bəzən boğazda ağrıya səbəb ola bilər. Əgər daşlar narahatlıq verirsə, həkim tərəfindən təmizlənə bilər.

- Uşaqlarda badamcıq əməliyyatı nə zaman lazımdır?

- Uşaqlarda tonsillektomi, badamcıqların tez-tez iltihablanması, tənəffüs problemləri yaratması və ya böyük badamcıqların həyat keyfiyyətinə mənfi təsir etməsi vəziyyətində təklif edilir. Əməliyyat, adətən 3 yaş və yuxarı uşaqlar üçün təhlükəsiz bir prosedurdur.

Address

Bakı şəhəri, Xətai Rayonu, Y. Səfərov Küçəsi 19
Baku
AZ1025

Telephone

+994125653224

Website

Alerts

Be the first to know and let us send you an email when Xətai Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xətai Tibb Mərkəzi:

Share