ANDOP Diyetologiya və Piylənmə Mərkəzi

ANDOP Diyetologiya və Piylənmə Mərkəzi Piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri olan xəstələrə kömək etməkdir.

Bu xəstəliklər Azərbaycanda səhiyyə sistemi üçün böyük bir yükdür və belə xəstələrə yardım çox vacibdir.

Yorucu pəhrizlər, bacarıqsız mütəxəssislərin məsləhəti ilə qəbul edilən qida əlavələri, yeməkdən imtina - artıq çəkidən ...
26/03/2023

Yorucu pəhrizlər, bacarıqsız mütəxəssislərin məsləhəti ilə qəbul edilən qida əlavələri, yeməkdən imtina - artıq çəkidən xilas olmaq üçün insanlar nələrə üz tuturlar.

Bu gün dünyada şəhər əhalisinin təxminən 60%-i piylənmədən əziyyət çəkir. Artıq çəki həm işdə, həm də şəxsi həyatda maneə yaradır, gündəlik həyatda çoxlu problemlərə səbəb olur.

Çox zaman piylənmənin yaranma səbəbləri həddindən artıq yemək və ya fiziki fəaliyyətsizlik olmur. Səbəb daha dərin ola bilər: bədənin funksional pozğunluğu.

Piylənmə hormonal pozğunluqlar və ya hər hansı bir xəstəlik nəticəsində yarana bilər. Piylənmənin əsl səbəbini müəyyən etmədən və müalicəsiz arıqlamağa çalışmaq problemi daha da gücləndirə bilər. Xəstəliyin özü ilə mübarizə aparmaq lazımdır, onun nəticələri ilə deyil.

5 ildən artıqdır ki, Azərbaycanda ANDOP elmi mərkəzi fəaliyyət göstərir. Hazırda isə ANDOP Diyetologiya və Piylənmə Tibb Mərkəzi fəaliyyətə başlayıb. Biz nutrisiologiya sahəsində mütəxəssislər hazırlamaqla yanaşı, həm də artıq çəki ilə bağlı problemlərin öhdəsindən gəlməyə insanlara kömək edirik.

Piylənmənin müalicəsində ANDOP metodu xəstənin probleminə kompleks, funksional yanaşmaya əsaslanır. Biz piylənmənin əsl səbəbini tapırıq və xəstəyə sağlam həyatdan həzz almaq fürsətini qaytarırıq.

Qaraciyər yağlanmasına nə səbəb olur?Çoxları bu barədə heç vaxt eşitməyib. Amma məhz bu xəstəlik qaraciyərlə bağlı probl...
22/03/2023

Qaraciyər yağlanmasına nə səbəb olur?

Çoxları bu barədə heç vaxt eşitməyib. Amma məhz bu xəstəlik qaraciyərlə bağlı problemin yaranmasına səbəb olur. Hətta heç vaxt spirtli içki içməyən və hepatit xəstəsi olmayanlarda da.

Qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi xəstəliyi (QAQPX) və ya daha sadə dildə desək, qaraciyər yağlanması sirrozun üçüncü səbəbidir (alkoqolizm və viral hepatitdən sonra).

Son məlumatlara görə, bu xəstəlik yetişkin insanların 30%-də var.

Piylənmə zamanı qaraciyərdə yağ toplanır. Qaraciyər nə qədər çox yağlanarsa, funksiyası da bir o qədər pozulur.

Amma qaraciyər çox dözümlü orqandır. Bir çoxları bunun fəsadları ilə üzləşir: qaraciyər piylənməsi ilə bağlı əlamətlər illərlə üzə çıxmaya bilər və ya simptomları çox zaman digər xəstəliklərlə əlaqələndirilir.

Aşağıdakı əlamətlərə diqqət yetirin:

🔸️Xroniki yorğunluq, zəiflik;
🔸️Daima dəri problemlərinin olması: sızanaq, ekzema, dermatit;
🔸️Yeməkdən sonra özünü p*s hiss etmək: ürəkbulanma, yan tərəfdə ağırlıq hissi, ağızda acılıq və s.;

Bu əlamətlərin olması onu göstərir ki, qaraciyərin sağalması yönündə təcili tədbirə ehtiyac var!

Bəs, spirtli içki və viruslardan başqa, başqa nələr piylənmə və qaraciyər xəstəliyinə səbəb olur? QAQPX-i üçün risk faktorları:

🔻 piylənmə
🔻 2-ci tip şəkərli diabet
🔻 rasionda karbohidrat çoxluğu
🔻 rasionda zülalın həddindən artıq və ya əksinə, çox az olması
🔻 şəkər, konserv və yarımfabrikatları tükətmək
🔻 dərmanların nəzarətsiz qəbulu
🔻 fiziki aktivliyin az olması

Hətta yanlış tərzdə çəki vermək də qaraciyər piylənməsinə səbəb ola bilər.

Bu amillərin əksəriyyəti birbaşa qidalanma ilə bağlıdır. Deməli, pəhrizinizi dəyişdirməklə qaraciyərinizi qoruya və onun normal fəaliyyətini bərpa edə bilərsiniz!

Uşaqlarda artıq çəki və piylənmə orqanizmdə metabolik pozğunluqların əsasını qoyur və gələcəkdə metabolik sidromun inkşa...
19/03/2023

Uşaqlarda artıq çəki və piylənmə orqanizmdə metabolik pozğunluqların əsasını qoyur və gələcəkdə metabolik sidromun inkşafına səbəb olur.

Metabolik sindromun ağırlaşmaları erkən ölüm risqini artırır.Piylənmənin təməli əksər vaxtlarda bətndaxili və erkən uşaqlıq dövründə qoyulur.

Piylənməsi olan qadınlarda və ya hamiləlik zamanı normadan artıq çəki yığan qadınlarda hestasyon diabet risqi artır, bu da makrosomiyaya səbəb olur.

Eyni zamanda bətndaxili qida yetərsizliyi ,hipoksiya döldə metabolik pozğunluqların təməlini qoyur, döl az çəki ilə doğulur.

Hər iki halda bətndaxili təməli qoyulmuş metabolik pozğunluqlar, kiçik yaşlardan uşaqlarda piylənmənin inkşafına səbəb olur.

Tərkibində artıq miqdarda süd zülalları olan qarışıqlar alan süni qidalanan uşaqlarda və əlavə qidalanma zamanı xüsusilə süd məhsullarının vaxtından əvvəl və ya artıq miqdarda rasiona daxil edilməsi insulinogen amin turşularının səviyyəsini qanda qaldırır.

O da insulin və insulinəbənzər boy faktoru-1 in səviyyəsini qaldırır,bu uşaqlarda sürətli boy inkşafı olur. Hər iki hormon adipogen təsir göstərdiyi üçün piylənmənin erkən başlamasına səbəb olur.

Bu gün yemək ehtiyacını ödəmək üçün gənclərimiz ayaqüstü zərərli qidalar yeyirlər, su ehtiyaclarını müxtəlif şəkərli, qa...
26/02/2023

Bu gün yemək ehtiyacını ödəmək üçün gənclərimiz ayaqüstü zərərli qidalar yeyirlər, su ehtiyaclarını müxtəlif şəkərli, qazlı sular hesabına ödəyirlər. Həmçinin özlərini gümrah hiss etmək üçün enerji içkiləri qəbul edirlər.

Halbuki, yorğunluq əksər hallarda mineral və vitamin əskikliyindən qaynaqlanır. Bu isə müxtəlif metabolik pozğunluqlara, o cümlədən artıq çəki probleminə gətirib çıxarır. Artıq çəki ilə mübarizə apardığımız bu dövrdə texnologiyanın bizə verdiyi rahatlıq, ayaqüstü qidalar əslində, bizim işimizi daha da çətinləşdirir.

Təsadüfi deyil ki, davranış pozğunluğunun nəticəsi olaraq, artıq çəki problemi bu gün xəstəlik səviyyəsini almış, qarşısıalınmaz bir hala çevrilmişdir.

ANDOP Piylənmə və Diyetologiya Mərkəzində xüsusi hazırlanmış reabilitasiya proqramı xəstənin müalicəsində mühüm rol oyna...
24/02/2023

ANDOP Piylənmə və Diyetologiya Mərkəzində xüsusi hazırlanmış reabilitasiya proqramı xəstənin müalicəsində mühüm rol oynayır.

Bizim vəzifəmiz xəstəni sağlamlığına zərər verməyəcək dərəcədə fiziki fəaliyyətlə yükləməkdir. Bütün bu prosedurlar üçün yaxşı təchiz olunmuş reabilitasiya otağı olmalıdır.

Məsələn, bizim mərkəzimizdəki kimi. Burda nəzarət altında fiziki fəaliyyətlə məşğul olmaq üçün bütün şərait var. Bu da öz növbəsində, xəstəni hərəkətə gətirir, onu idmana daha çox həvəsləndirir.

Bütün dünyada sürətlə yayılan piylənmə və ürək-damar xəstəliklərin müalicəsi çox çətin olsada mümkündür. Mənim istifadə ...
23/02/2023

Bütün dünyada sürətlə yayılan piylənmə və ürək-damar xəstəliklərin müalicəsi çox çətin olsada mümkündür. Mənim istifadə etdiyim müalicə sxemlərində omeqa-3 yağ turşuları xüsusi yer tutur.

Omega-6 və Omega-3 yağ turşuları vücudumuzda sintez olunmur və ancaq gidayla təlabatı ödənilir.

Omega-6 iltihab markerlərinin sintezində istifadə olunur və çoxluğu iltihabın artmasına səbəb olur, Omega-3 isə iltihabəleyhinə təsir göstərir.

Bu səbəbdən mən bütün pasiyentlərimə ilk öncə Omeqa-6 zənqin qidaları rasionda azaltmağı və Omeqa-3 qidadan daha çox gəbul etməyi tövsiyyə edirəm.

Omeqa-3 yağ turşularını insan üçün faydalarını sadalamaq istəyirəm:
♻️ İltiahıbı azaldır
♻️ Piylənmə və artıq çəkisi olanlara maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir
♻️ Triqliseridlərin səviyəsini aşağı salır
♻️ HDL (yüksək sıxlıqlı xolesterinlər) səviyəsini qaldırır bununlada qan damarlarında aterosklerotik piləyin əmələ gəlməsinin qarşısını alır
♻️ Trombositlərin yapışmasının qarşısını alır və laxtanın əmələ gəlməsinə mane olur
♻️ Arterial təzigi normal səviyyədə saxlamağa köməklik edir.
♻️ Omeqa-3 yağ turşusunun beynin yaşlanma müddətini azaldıcı təsirinin olduğu və Alzheymerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib.
♻️ Omeqa-3 defisiti, depressiya və bir çox başqa psixoloji narahatlıqlara səbəb ola bilər.
♻️ Omeqa-3 uşaqlarda zehni inkişafa müsbət təsir edir və gücləndirir.
♻️ Yaşlılıqda görülən göz zəifliyini aradan qaldırır.
♻️ Omeqa-3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir
♻️ Omeqa-3 revmatizmdə olan oynaq şişkinliyi və ağrıları da yüngülləşdirir.

Bu əlavələrin çoxsaylı faydalarana baxmayaraq istifadəsində əks göstərişlərdə var və əlavə fəsadlardan qorunmaq üçün omeqa-3 təyini mütləq mütəxəsissiz tərəfindən olunmalıdır.

Estrogen qadın üçün ən vacib hormonlardan biridir: maddələr mübadiləsində iştirak edir, reproduktiv sistemin inkişafına ...
23/02/2023

Estrogen qadın üçün ən vacib hormonlardan biridir: maddələr mübadiləsində iştirak edir, reproduktiv sistemin inkişafına və fəaliyyətinə təsir göstərir, dərinin, qan damarlarının elastikliyini təmin edir və bir çox funksiyanı yerinə yetirir.

Buna görə də sağlamlıq və xarici görünüş birbaşa estrogen hormonundan asılıdır.

Çox vaxt çəki problemlərinə məhz estrogenlər səbəb olur. Estrogen çoxluğu qadın orqanizmində intensiv olaraq piy toxumasının artımı ilə nəticələnir (xüsusilə, qarının aşağı hissəsində və ombada).

Piy toxuması da estrogenlər ifraz edə bilir. Belə olduqda, ESTROGEN ARTIMI 🔁 ÇƏKİ ARTIMI dövriyyəsi baş verir.

Digər yağ toplayan hormon - insulin isə vəziyyəti daha da ağırlaşdırır. O da estrogen ifrazını stimullaşdırır. Buna görə də insulin səviyyəsini normada saxlamaq vacibdir.

İnsulini artırır:
🔸️Pəhrizdə karbohidratların üstünlüyü (kartof, makaron, çörək, şirniyyatlar);
🔸️Tez-tez qəlyanaltı etmək (hər 2-3 saatdan bir nə isə yemək istəyi);
🔸️Tərkibində monosodyum qlutamat və gizli şəkər olan məhsulların (souslar, konservlər, yarımfabrikatlar, orqanik olmayan kolbasalar və s.) istehlakı

Buna görə də, estrogen səviyyəsini normallaşdırmaq və arıqlamağa başlamaq üçün əvvəlcə insulin səviyyəsini azaltmaq lazımdır. Bunu düzgün qidalanma, vitamin və digər təbii üsulların köməyi ilə - dərmansız edə bilərsiniz.

İnsulin həyati bir hormondur. O, qanda şəkərin səviyyəsini tənzimləyir və onun hüceyrələrə daxil olmasına – yəni, hüceyr...
06/12/2022

İnsulin həyati bir hormondur. O, qanda şəkərin səviyyəsini tənzimləyir və onun hüceyrələrə daxil olmasına – yəni, hüceyrələrin qidalanmasına “cavabdeh”dir.

İnsanların əksəriyyəti insulinin yalnız şəkərli diabetlə bağlı olduğunu düşünür:“Əgər diabet deyilsənsə, deməli, insulinlə bağlı problemin yoxdur”.

Əslində isə, belə deyil.

İnsulin, normal şəkildə necə işləyir:
Qida qəbulu → ⬆Qanda şəkərin səviyyəsi qalxır → ⬆ İnsulin səviyyəsi qalxır → Şəkər insulin tərəfindən hüceyrəyə daxil edilir → ⬇İnsulin səviyyəsi azalır.

İndi təsəvvür edin ki, bu mexanizm pozulub.

Siz yeyirsiniz. İnsulin ifraz olunur, amma şəkəri hüceyrə içinə daxil edə bilmir. Nəticədə, hüceyrə qidalanmır və enerji almır. Siz isə yenicə yediyiniz halda, aclıq hiss edirsiniz. Bu zaman qandakı artıq şəkər yağ deposuna çevrilir!

Sonra nə baş verir?

Orqanizm “düşünür” ki, qanda insulin azdır (yetərincədirsə, bəs, niyə qandakı şəkər hüceyrələrə daxil ola bilmir?) və daha çox insulin ifraz etməsi üçün mədəaltı vəziyə siqnallar göndərir.

Hüceyrələrin insulinə həssaslığının azalması İNSULİN DİRƏNCİ adlanır. İnsulin dirənci zamanı qanda insulinin səviyyəsi 5-7 dəfə yüksələ bilər və bu, sağlamlığa, bədən quruluşuna mənfi təsir edir!

İnsulin dirənci və onun fəsadlarını aradan qaldırmaq üçün insulin ifrazına mane olmaq lazımdır. Əks halda, pəhrizlər, dərmanlar, məşqlər faydasız olacaq və siz daima yemək istəyəcəksiniz.

Hüceyrələrin insulinə həssaslığını bərpa etmək üçün, orta hesabla, 3 aydan 8 aya qədər vaxt lazımdır. Nə qədər tez başlasanız, nəticə də bir o qədər tez olacaq:

• yeməkdən sonra toxluq;
• daima yemək istəyinin yox olması;
• güc və enerji artımı;
• yaddaş və diqqətin yaxşılaşması;
• qanda şəkər səviyyəsinin azalması;
• həzmin yaxşılaşması;
• rahat şəkildə arıqlamaq

Tanınmış Türkiyəli Funksional tibb üzrə mütəxəssislər Prof. Dr. Selahattin KIYAN və Prof. Dr. Serkan ŞENER mərkəzimizdə ...
01/12/2022

Tanınmış Türkiyəli Funksional tibb üzrə mütəxəssislər Prof. Dr. Selahattin KIYAN və Prof. Dr. Serkan ŞENER mərkəzimizdə qəbul və konsultasiya həyata keçirəcək.
Yanvar ayında!
Hansı sağlamlıq problemlərində konsultasiya üçün müraciət edə bilərsiniz:
♻️ Avtoimmün xəstəliklər
• Haşimoto tiroidi,
• Lupus (SLE),
• Revmatoid artrit,
• 1-ci tip diabet,
• Vitiliqo
• Ankilozan spondilit,
• Dağınıq skleroz (MS),
• Skleroderma

♻️ Endokrin Xəstəliklər
• 1-ci tip şəkərli diabet
• 2-ci tip şəkərli diabet
• İnsulin dirənci
• Metabolik Sindrom
• Hipotiroidizm
• Hipertiroidizm

♻️. Qida Allergiyaları
♻️ Ətraf mühitə qarşı allergiya, astma.
♻️ Ürtiker (qurdeşən)
♻️ Ekzema
♻️. Sızanaq
♻️. Sədəf
♻️. Sinüzit
♻️ Osteoporoz
♻️. Artrit
♻️. Revmatik xəstəliklər

♻️ Ümumi oynaq ağrıları və xroniki ağrılar
♻️ Xroniki yorğunluq sindromu
Fibromiyalji
♻️ Narahat ayaqlar sindromu
♻️ İmmun sistemi xəstəlikləri
♻️ Bağırsaq xəstəlikləri
• Qıcıqlanmış bağırsaq sindromu (qıcıqlanmış bağırsaq)
• Çölyak xəstəliyi,
• Qeyri-çölyak qlüten həssaslığı
• SİBO (Nazik bağırsaqda bakteriya çoxalması)
• Reflüks xəstəliyi
• Mədə-bağırsaq şikayətləri
• Kron xəstəliyi
• Xoralı kolit
• Sızdıran bağırsaq
• Mikrobiota – Bağırsaq sağlamlığı

♻️ Nevroloji və psixiatrik xəstəliklər
• Alzheimer xəstəliyi
• Parkinson xəstəliyi
• Multipl Skleroz (MS)
• Demans
• Epilepsiya
• Miqren və baş ağrıları
• Depressiya
• Diqqət çatışmazlığı, hiperaktiv pozğunluq

♻️. Ürək xəstəlikləri
• Koroner arteriya xəstəliyi,
• Ürək çatışmazlığı
• Yüksək qan təzyiqi

♻️. Qanda lipid pozğunluqları (xolesterol, triqliseridlərin artması)
♻️. Yağlı qaraciyər
♻️. Qadın Sağlamlığı
• Yumurtalıqların polikistozu
• Endometrioz
• PMS (Premenstrual sindrom)
• Fibrokistik döş
• Sağlam klimaks dövrü
• Sonsuzluq
• Menstruasiya pozğunluğu
• Libidonun azalması (cinsi ikrah)

♻️ Kişi Sağlamlığı
• Prostat böyüməsi (BPH)
• Sağlam andropoz dövrü
• Sonsuzluq
• Libidonun azalması (cinsi ikrah)

♻️Yuxu pozğunluqları
• Stresin idarəedilməsi
• Hormonal pozğunluqlar

♻️ Sağlam yaşamaq istəyənlər
♻️ Piylənmə
👉 Konsultasiya təyin etmək üçün: +994 51 233 25 23

14/10/2022

HEALTH CLUB LAYİHƏSİ

Layihə çərçivəsində aşağıdakı xidmətlər mövcuddur:

Bütün bu xidmətlər 410 AZN deyil, endirim aksiyası ilə bağlı 👉👉👉 190 AZN 👈👈👈 təşkil edir.

♻️ Həkim-dietoloqun konsultasiyası (60 AZN)
♻️ İnbody cihazında müayinə(bədənin su, yağ, ezələ, sümük kütləsinin seqmentlər üzrə təyini) - (40 AZN)
♻️ SoCheck müayinə(bədəndə olan vitamin və minerallarım təyini) - (150 AZN)
♻️ Andullans aparatında 1seans - (30 AZN)
♻️ Detoks body aparatında (bolgısəl arıqlama vasitəsi) (1seans - 30 AZN)
♻️ 4həftə boyu Dietoloqun fərdi yanaşması ilə qida protokolunun tərtibi və dinamik izləməsi - (100 AZN)
♻️ Sağlıqlı bəslənmə, sağlam həyat tərzi haqqında 2 həftədə bir dəfə seminar. (Seminarda digər ixtisas həkimlərinin də iştirakı olacaq)

Realizə olunacaq proyekt 4həftə üçün nəzərdə tutulub.

Bütün bu xidmətlər 410 AZN deyil, endirim aksiyası ilə bağlı 👉👉👉 190 AZN 👈👈👈 təşkil edir.

Ünvan: Bünyad Sərdarov 16.

Qeydiyyat tarixi: 17.10.2022 - 26.10.2022

Ətraflı məlumat almaq üçün direct-ə müraciət edin.

ANDOP Diyetoloqiya və Piylənmə mərkəzində pasiyentlərin qəbulu. Dr. Gülsüm Hüseynova Andullasiya nə edir?Andullasiya oyn...
01/09/2022

ANDOP Diyetoloqiya və Piylənmə mərkəzində pasiyentlərin qəbulu. Dr. Gülsüm Hüseynova



Andullasiya nə edir?

Andullasiya oynaqlarda, beldə, əzələlərdə ağrıları, sinir sisteminin pozğunluqları: baş ağrısı, stress, parkinsonizm və yuxu pozğunluğunu aradan qaldırmağına kömək edir, qan dövranı sistemini bərpa edir, selülit, artıq çəki və maye ilə mübarizə aparır.

31/08/2022

ANDOP Diyetoloqiya və Piylənmə mərkəzində pasiyentlərin qəbulu. Dr. Şumarə Qaracayeva ilkin müayinə keçirir.



Diaqnostikanın vacib hissəsi bioimpedansmetriya prosedurudur.

Cəmi 5-10 dəqiqə ərzində bədəndəki yağ və mayenin miqdarını, əzələ və sümük kütləsini, həmçinin maddələr mübadiləsini müəyyən edəcəyik. Hazırda bu, ən dəqiq üsuldur. Çünki yalnız boy və çəkini deyil, yağ və yağsız kütlə nisbətini də nəzərə alır.

Bu analiz yağ kütləsi ilə "irisümüklülük" arasındakı fərqi göstərə bilir.

Address

Mərdanov Qardaşları Küç, 117 C
Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00

Telephone

+994556610933

Alerts

Be the first to know and let us send you an email when ANDOP Diyetologiya və Piylənmə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ANDOP Diyetologiya və Piylənmə Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram