16/08/2025
Əziz dostlar, 🌿
Sevinc hissi ilə bildirmək istəyirik ki, mərkəzimizin təsisçisi Uzman Psixoloq Cəmilə Rəhimli, Academy of Cognitive and Behavioural Therapies (A-CBT) tərəfindən akkreditə olunan ilk azərbaycanlı psixoterapevt olaraq, ölkəmiz adına beynəlxalq miqyasda böyük bir uğura imza atıb. 🎉
Nəzərinizə çatdırırıq ki, A-CBT, Koqnitiv Davranış Terapiyası sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu akademiya olmaqla yanaşı, Beck Institute tərəfindən rəsmi olaraq CBT tətbiqinə akkreditasiya verən yeganə təşkilat kimi tanınır və bu sahədə dünyada ən yüksək nüfuza sahib qurumdur.
Bu xəbəri daha əvvəl almışdıq, lakin həmin vaxt ACBT-in rəsmi veb saytında Azərbaycanın adı yer almırdı. Ölkəmizin adının əlavə olunması gözlənilən bir yenilik idi və artıq Cəmilə xanımın uğuru sayəsində Azərbaycan da bu siyahıya daxil edilib. Bu, təkcə bir fərdin və mərkəzimizin nailiyyəti deyil, həm də ölkəmizdə elmi əsaslı psixoterapiya sahəsinin beynəlxalq arenada tanınması istiqamətində atılmış mühüm addımdır. 🌍
Uzun illər davam edən təlim və superviziya proseslərinin, beynəlxalq qiymətləndirmə və dinləmələrin nəticəsi olaraq əldə edilən bu akkreditasiya, ölkəmizdə psixoterapiyanın inkişafı üçün əhəmiyyətli bir mərhələdir.
EDA Terapiya olaraq məqsədimiz, gələcəkdə bu siyahıda yer alan azərbaycanlı psixoterapevtlərin sayını artırmaqdır. ✨