
04/03/2025
Dünən ANALAR GÜNÜ idi.
Dünən bir vəhşi qadının dünyaya gətirdiyi uşağa etdiyi işgəncənin kiçik bir hissəsini paylaşdım.O vəhşinin tapılması üçün...Tapıldı...
O vəhşinin tapılmasında gecəni gündüzə qatan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə, Elnur müəllimə,İbrahim müəllimə,Kəmalə xanıma,İlahə xanıma, Əfqan müəllimə , Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti YYÇİ üzrə komissiyanın məsul katibi Asəf müəllimə, Sosial Xidmətlər Agentliyi əməkdaşlarına , paylaşım gedən dəqiqədən məsələni diqqətdə saxlayan,araşdıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəhbərliyinə, əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Mən isə Mələyin timsalında zorakılığa məruz qalan bütün uşaqlar adına kampaniyasına başlayıram.
Ürəklilər,müdafiəçilər,sevgi paylaşanlar! Bu videoya baxın onları müdafiə etmək üçün kampaniyaya qoşulun! Bundan sonra bütün postlarımız bu heşdek ilə gedəcək..
Kaş ki, ANALAR çox olaydı....
P.S. Əsəbləri zəiflər,gedin...