İkinci Nəfəs

İkinci Nəfəs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İkinci Nəfəs, Hospital, Referans Poliklinik Əhmədli filialı, Bakı şəhəri. , Xətai Rayonu. , Məhəmməd Hadi Küçəsi. 229 D, Baku.

Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 33 il keçir. Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib dövlə...
25/02/2025

Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 33 il keçir. Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib dövlət və müzəffər xalq olaraq anırıq. Düşməndən, bütün şəhidlərimiz kimi, Xocalı qurbanlarının da qisasını almışıq.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, qanları yerdə qalmadı”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz unutmadıq, unutdurmadıq!

Qanlı 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir. Xal...
19/01/2025

Qanlı 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir. Xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən 20 Yanvar hadisəsindən 35 il ötür.
Tarixin şanlı səhifələrinə adlarını qanla yazdıran və müstəqillik uğrunda ölümə mərdcəsinə baxan şəhidlərimizin əziz xatirəsini hörmətlə anırıq!

Böyük kədər və dərin hüznlə J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau yaxınlığ...
25/12/2024

Böyük kədər və dərin hüznlə J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı diləyirik. Bu ağır itki ilə üzləşən hər bir kəsə səbir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən yaradılan TƏBİB (Tibb...
20/12/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən yaradılan TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bu gün 6 yaşını qeyd edir.
Bu münasibətlə TƏBİB-in bütün kollektivini təbrik edir, sağlamlıq və rifah naminə fəaliyyətlərində uğurlar arzulayırıq!

Dekabrın 12-də Referans Medical Group-un rəhbər heyəti, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Üm...
12/12/2024

Dekabrın 12-də Referans Medical Group-un rəhbər heyəti, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə Fəxri Xiyabanı ziyarət etmişdir. Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur.

Ziyarət zamanı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri anılmış, onların məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Ulu Öndərin və onun ailə üzvlərinin əziz xatirəsini bir daha ehtiramla anırıq.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayır. Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin qurucus...
11/12/2024

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayır.
Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin qurucusu və əvəzolunmaz lideri olaraq, ölkəmizin inkişafında və xalqımızın rifahında silinməz izlər buraxmışdır. Biz, Heydər Əliyevin mirasını yaşadır və onun Azərbaycan xalqına verdiyi töhfələri heç zaman unutmuruq.

Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla anırıq!

🍲🚬 Yeməkdən sonra siqaret çəkmək sağlamlığınızı ciddi şəkildə təhdid edir. Mədə problemləri, ürək-damar xəstəlikləri və ...
26/11/2024

🍲🚬 Yeməkdən sonra siqaret çəkmək sağlamlığınızı ciddi şəkildə təhdid edir. Mədə problemləri, ürək-damar xəstəlikləri və ağciyər funksiyasının p*sləşməsi yalnız bir başlanğıcdır! Siqaretin tərkibindəki zəhərli maddələr, yeməkdən sonra daha da sürətlə bədəninizi zədələyir.

Əgər siz də siqaretin bu zərərlərini sona çatdırmaq istəyirsinizsə, Pulmonoloji Xidmətlərimizdən yararlanın!

🫁 Pulmonoloq Dr. Əsəd Beydullayev, ağciyər və ümumi sağlamlığınız üçün doğru addımları atmağınıza kömək edəcəkdir.

💪 Yeməkdən sonra siqaret çəkmək artıq keçmişdə qalsın! İndi sağlam bir gələcək üçün addım atın və daha uzun, daha sağlam bir həyat yaşayın!

Bizimlə rahat nəfəs al!

•Çağrı Mərkəzi: *3300
•Ünvan: Bakı şəh., Xətai ray., M.Hadi küç. 229D
•WhatsApp: +994 77 587 00 33

Hörmətli Ədliyyə işçiləri,Ədliyyə sahəsindəki hər bir addımınız, cəmiyyətin inkişafına və ədalətin bərqərar olmasına yön...
21/11/2024

Hörmətli Ədliyyə işçiləri,
Ədliyyə sahəsindəki hər bir addımınız, cəmiyyətin inkişafına və ədalətin bərqərar olmasına yönələn böyük bir addımdır. Həyatımızda hüququn və ədalətin rolunu heç vaxt unutmuruq. Bu əlamətdar gündə, göstərdiyiniz fədakarlığa, peşəkar yanaşmanıza və hüququn aliliyini qorumağa verdiyiniz töhfələrə görə sizə dərin təşəkkürümüzü bildirir, hər birinizə bu şərəfli yolda uğurlar arzulayırıq.

Sizə müvəffəqiyyətlər, sağlamlıq və şəxsi həyatınızda xoşbəxtlik diləyirik!

Peşə bayramınız mübarək!

Azərbaycanımızın müstəqillik yolunda atdığı hər bir addım, hər bir qələbə, bizim birlik və azadlıq istəyimizin təcəssümü...
17/11/2024

Azərbaycanımızın müstəqillik yolunda atdığı hər bir addım, hər bir qələbə, bizim birlik və azadlıq istəyimizin təcəssümüdür. 17 Noyabr — Milli Dirçəliş Günü, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin simvoludur!
Azərbaycanın gələcək nəsilləri üçün daha işıqlı, daha güclü bir vətən qurmaq yolunda hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik.

Müstəqilliyimiz daim yaşasın! 🇦🇿

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür! 12 noyabr – dövlətimizin əsas qanununun qəbul edildiyi, suverenl...
12/11/2024

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür! 12 noyabr – dövlətimizin əsas qanununun qəbul edildiyi, suverenliyimizin və hüquqlarımızın təminatını möhkəmləndirən əlamətdar bir tarixdir.

Bu önəmli gün münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik! Konstitusiyamız azadlıq, bərabərlik və ədalət prinsiplərini təsbit edərək dövlətimizin gücünü və müstəqilliyimizin əbədiliyini təmin edir.

Qoy, ölkəmizdə daim hüquq və ədalət hökm sürsün! Konstitusiya Günü mübarək olsun!

Ümumdünya Piylənmə ilə Mübarizə Günü, dünya miqyasında piylənmə ilə bağlı məlumatlılığı artırmaq və bu sağlamlıq problem...
10/10/2024

Ümumdünya Piylənmə ilə Mübarizə Günü, dünya miqyasında piylənmə ilə bağlı məlumatlılığı artırmaq və bu sağlamlıq problemi ilə mübarizənin əhəmiyyətini vurğulamaq məqsədini güdür. Piylənmə, bir çox xroniki xəstəliklərin, o cümlədən diabetes, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskini artırır.

Bu gün, sağlam qidalanma, aktiv həyat tərzi və ictimai təhsilin önəmini vurğulayaraq, insanların daha sağlam seçimlər etmələrini təşviq edir.

“Sağlam seçimlər, sağlam gələcək deməkdir!”

Siqaretdən psixoloji asılılıq şərtli refleksin xüsusi bir növüdür. Beyin nikotinin bir dozasını qəbul etdiyi şərtləri xa...
09/10/2024

Siqaretdən psixoloji asılılıq şərtli refleksin xüsusi bir növüdür. Beyin nikotinin bir dozasını qəbul etdiyi şərtləri xatırlayır və sonra öyrənir. Əgər insan nahar yeməyini tez-tez siqaretlə bitirirsə, o zaman hər yeməkdən sonra tədricən siqaret çəkmək istəyi yaranır.

Siqareti atmaq üçün bir mütəxəssislə əlaqə saxladıqda, həkim müəyyən simptomlara əsaslanaraq vəziyyətin şiddətini təyin edir.

Asılılıq əlamətlərindən azad olmaq üçün həkimə müraciət etmək tövsiyə olunur. Xüsusi tibbi yardım olmadan insanların yalnız 5% -i p*s vərdişdən qurtula bilir, lakin mütəxəssislərin müalicəsi ilə 25% -də 3 il və ya daha çox müddətə remissiya əldə edilir.

Keçmiş siqaret çəkən şəxs p*s vərdişə qayıda bilər, asılılıq isə inkişaf tempini sürətləndirir. Buna görə də effektiv müalicə psixoloji cəhətdən düzgün münasibət, yaxşı mütəxəssislə əməkdaşlıq və yaxınlarınızın dəstəyini tələb edir.

Pnevmoniya və digər ağciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, mərkəzimizin Pulmonoloqu (Ağciyər həkimi) Əsəd Beydullayeva müraciət edə bilərsiniz!

Bizimlə rahat nəfəs al!

•Çağrı Mərkəzi: *3300
•Ünvan: Bakı şəh., Xətai ray., M.Hadi küç. 229D
•WhatsApp: +994 77 587 00 33

Address

Referans Poliklinik Əhmədli Filialı, Bakı şəhəri. , Xətai Rayonu. , Məhəmməd Hadi Küçəsi. 229 D
Baku
AZ1129

Alerts

Be the first to know and let us send you an email when İkinci Nəfəs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İkinci Nəfəs:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category