
29/05/2025
Bu gözəl xanım mənim köhnə qapı qonşumdur. Çətin zamanlarımda, növbə sonrası yeməyim olmazdı. Qapımı çalıb əlində özünün bişirdiyi yeməklərdən gətirərdi.İndi çox yaşlanıb. Sadəcə dəstəkli gəzəbilir. Allah uzun ömür versin. İnsan gərək gəldiyi yolları, yaşadığı çətinlikləri unutmasın. Bəlkə bu dünyada bir daha görüşəbilmədik. Vəfa borcumu az da olsa ödədim. Məsəldə deyildiyi kimi ‘vəfa istanbulda bir semt adıdır’ olmamalıdır. Ən azından mən elə düşünürəm.