Olimp Hospital

Olimp Hospital Məqsədimiz - xalqımıza ölkəni tərk etmədən dünya standartları səviyyəsində, beynəlxalq protokollara uyğun tibbi xidmət göstərməkdir.

İcbari Tibbi Sığorta ilə yüksək dəqiqlikli radioloji müayinələr 7/24 xidmətinizdə!Dəqiq və etibarlı diaqnostika üçün müa...
13/04/2026

İcbari Tibbi Sığorta ilə yüksək dəqiqlikli radioloji müayinələr 7/24 xidmətinizdə!

Dəqiq və etibarlı diaqnostika üçün müasir avadanlıqlarla təmin olunmuş Radiologiya şöbəmiz günün istənilən saatında xidmət göstərir. İcbari Tibbi Sığorta çərçivəsində aşağıdakı müayinələrdən yararlana bilərsiniz:

• KT – daxili orqanların və toxumaların kəsik-kəsik, detallı görüntülərini əldə etməyə imkan verir.
• MRT – yumşaq toxumaların, beyin və sinir sisteminin yüksək dəqiqliklə müayinəsini təmin edir.
• Rentgen – sümüklərin və bəzi daxili strukturların sürətli və ilkin qiymətləndirilməsi üçün istifadə olunur.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

03/04/2026

Hospitalımızın nevrologiya üzrə mütəxəssisi və klinik tədqiqatçı Dr. Nihat Mustafayev (Nihat Mustafayev ) ali tibb təhsilini Ankara Turgut Özal Universitetində, uzmanlığını isə İstanbul Bezmialem Vakıf Universitetində tamamlamışdır.

Beynəlxalq təcrübəyə malik həkimimiz Vyana Universitetində (AKH) hərəkət pozğunluqları üzrə klinik fəaliyyət keçmiş, Weill Cornell Medicine tərəfindən akademik mükəmməllik sertifikatına layiq görülmüşdür. Dr. Nihat Mustafayev Parkinson, Dağınıq Skleroz, hərəkət pozğunluqları, EEQ/EMQ və yuxu təbabəti üzrə ixtisaslaşmışdır.

Çoxsaylı beynəlxalq elmi məqalələrin müəllifi olan Dr. Nihat Mustafayev, hazırda Olimp Hospitalda sinir sistemi xəstəliklərinin müalicəsini ən müasir elmi protokollarla həyata keçirir.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

30/03/2026

Hospitalımızın revmatologiya üzrə mütəxəssisi Dr. Camal Hacıyev (.camal.haciyev ) orta təhsilini tamamladıqdan sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. Uzmanlıq və ixtisasartırma təhsilini revmatologiya sahəsi üzrə davam etdirərək Samsun 19 Mayıs Universitetində təkmilləşdirmə kursu keçmiş, bu sahədə beynəlxalq bilik və təcrübə qazanmışdır.

Dr. Camal Hacıyev revmatoloji xəstələrin diaqnostikası və müalicəsi üzrə geniş təcrübə əldə etmişdir. Hal-hazırda Olimp Hospitalda fəaliyyət göstərərək müasir tibbi yanaşmalarla oynaq, iltihabi və autoimmun xəstəliklərin müalicəsini həyata keçirir.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

27/03/2026

Olimp Hospitalın qastroenteroloqu Uzm. Dr. Cavanşir Vahabov ( ) həzm sistemindəki müəmmalı törəmələrin təyinində EUS (Endoskopik Ultrasəs) metodunun əhəmiyyətindən danışır.

✔️ Nə zaman lazımdır? Mədə-bağırsaq sistemində mənşəyi bilinməyən törəmələr və ya mədəaltı vəzidə kistik lezyonlar aşkarlandıqda.
✔️ Üstünlüyü: Endoskop və ultrasəsin gücünü birləşdirərək, daxili orqanları ən kiçik detallarına qədər görməyə imkan verir.
✔️ Komfortlu: Müayinə tam ağrısız, sedasiya (yuxu) altında icra olunur.
✔️ Həm diaqnoz, həm müalicə: EUS həm dəqiq diaqnoz qoymağa, həm də ehtiyac olduqda biopsiya və müalicəvi prosedurlar icra etməyə şərait yaradır.

Olimp Hospitalın Qastroenterologiya şöbəsində sağlamlığınız mütəxəssis nəzarətindədir!

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

25/03/2026

Ürək əməliyyatı sonrası aylarla kürək üstə yatmaq məcburiyyətində deyilsiniz!

Bakıda ilk dəfə qapalı ürək əməliyyatlarına başlayan Dr. Özgür Kocamaz ( ), indi son texnologiyalarla Olimp Hospitalda xidmətinizdədir!

Niyə qapalı əməliyyat seçilməlidir?
✅ Döş sümüyü kəsilmir: Əməliyyat kiçik kəsiklərlə, döş sümüyünə toxunmadan icra olunur.
✅ Sürətli bərpa: Xəstə əməliyyatdan çıxan kimi istədiyi vəziyyətdə yata bilər.
✅ Həyata tez qayıdış: Qısa müddətdə avtomobil idarə etmək və gündəlik aktivliyə qayıtmaq mümkündür.

Əgər siz də açıq ürək əməliyyatından və onun gətirdiyi çətinliklərdən qorxursunuzsa, qapalı üsulun rahatlığı üçün sizi Olimp Hospitala gözləyirik!

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

24/03/2026

Olimp Hospitalın mütəxəssisi Dr. Mahal Ələkbərov (.alekberovmahal ) ağciyər xəstəliklərinin təyinində inqilabi metod olan EBUS (Endobronxial Ultrasəs) müayinəsinin üstünlüklərini izah edir.

Niyə məhz EBUS?
✔️ Görmə qabiliyyəti: Adi bronxoskopiyadan fərqli olaraq, EBUS ucundakı ultrasəs probu sayəsində bronxların ətrafındakı limfa vəzilərini və törəmələri aydın görməyə imkan verir.
✔️ Dəqiq diaqnoz: Hava yollarının qonşuluğundakı şübhəli nahiyələrdən biopsiya götürərək xəstəliyin adını dəqiq qoyur.
✔️ Geniş tətbiq: Sarkoidoz, tuberkulyoz, limfoma və ağciyər xərçənginin differensial diaqnostikasında əvəzsizdir.

Həm bronxoskopik, həm də EBUS müayinələri Olimp Hospitalda yüksək peşəkarlıqla icra olunur.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

23/03/2026

Hospitalımızın Ürək-Damar Cərrahiyyəsi üzrə mütəxəssisi Dr. Özgür Kocamaz orta təhsilini İzmir şəhərində tamamlamış, Eskişehir Osmangazi Universitetinin Tibb fakültəsini bitirmişdir. Uzmanlıq təhsilini İstanbul Koşuyolu Ürək Təhsil və Araşdırma Xəstəxanasında almış, həmçinin Maastrichtdə aorta anevrizmalarının endovaskulyar müalicəsi üzrə beynəlxalq təcrübə qazanmışdır.

Dr. Özgür Kocamaz hazırda Olimp Hospitalda fəaliyyət göstərərək açıq ürək əməliyyatları, minimal invaziv (kiçik kəsiklə) cərrahiyyə və müasir üsullarla ürək-damar müalicələrini həyata keçirir.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

Müqəddəs Ramazan ayının sonuna gəlib çatdıq. Bu mübarək gün münasibətilə Olimp Hospital kollektivi adından hamınızı təbr...
20/03/2026

Müqəddəs Ramazan ayının sonuna gəlib çatdıq. Bu mübarək gün münasibətilə Olimp Hospital kollektivi adından hamınızı təbrik edirik! 🌙

Bayramınız xoş, canınız sağ, ruziniz bol olsun!

Hörmətli həmvətənlər, Olimp Hospital ailəsi olaraq hər birinizi milli birliyimizin rəmzi olan Novruz Bayramı münasibətil...
20/03/2026

Hörmətli həmvətənlər, Olimp Hospital ailəsi olaraq hər birinizi milli birliyimizin rəmzi olan Novruz Bayramı münasibətilə ürəkdən təbrik edirik! 🎊

Bu gözəl bahar bayramı süfrələrinizə ruzi-bərəkət, ocağınıza istilik, canınıza isə polad kimi sağlamlıq gətirsin. 🌸

19/03/2026

Kolorektal xərçəngdən qorunmaq mümkündür! 🎗️
Dünyada hər il 1.9 milyona yaxın insana kolorektal xərçəng diaqnozu qoyulur və təəssüf ki, bu, xərçənglə bağlı ölümlərin ən sıx rast gəlinən ikinci səbəbidir. Lakin unutmayın: Erkən diaqnoz həyat qurtarır!

Tibbi Onkologiya Uzmanı Dos. Dr. Nicat Xanməmmədov bu mövzuda ən vacib məqamları diqqətinizə çatdırır:
✅ Kimlər risk altındadır? * 45 yaşını keçmiş hər bir fərd;
- Ailəsində (birinci dərəcəli yaxınlarında) kolorektal xərçəng diaqnozu olanlar.

✅ Nə etməli?
- Əgər ailənizdə bu xəstəlik varsa, yaxınınızın diaqnoz yaşından 10 il öncə, heç bir şikayətiniz yoxdursa belə 45 yaşından etibarən kolonoskopiya müayinəsindən keçməyiniz tövsiyə olunur.

Sağlamlığınızı təxirə salmayın, profilaktik müayinələrlə həyatınızı sığortalayın. 🩺

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

18/03/2026

Hospitalımızda yeni fəaliyyətə başlamış trixologiya sahəsi üzrə Nigar Qurbanova (.nigar ) saç simulyasiyası və FUE saç əkimi prosedurlarını həyata keçirir. O, saç tökülməsi, kəpək, quruluq, yağlanma və digər baş dərisi problemlərinin diaqnostikası və müasir müalicə üsulları üzrə təcrübəyə malikdir.

Yuxarıda qeyd olunan prosedurların hər biri artıq klinikamızda icra olunur.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

13/03/2026

Sinənizdə qəfil yanma və sıxılma hissi var, amma nə edəcəyinizi bilmirsiniz? 🤔

Ölüm səbəbləri arasında ilk yerdə dayanan ürək-damar xəstəlikləri və xüsusilə kəskin miokard infarktı ilə bağlı kardioloq Uzm. Dr. Ürfan Cəfərov bəzi vacib məqamları izah edir.

Kəskin miokard infarktı zamanı vaxt faktoru çox önəmlidir. Ən qısa müddətdə və doğru edilən müdaxilə həm xəstənin həyatını qurtarır, həm ömrünü uzadır, həm də əlillik riskini azaldaraq həyat keyfiyyətini artırır.

Əgər sinənizdə infarkt şübhəsi yaradacaq yanma və ya sıxışma şəklində ağrılar varsa, zaman itirmədən təcili tibbi yardım xidmətinə müraciət etmək və uyğun mərkəzə yönləndirilmək həyati əhəmiyyət daşıyır.

Ətraflı məlumat üçün:
📞 *2100
📞 +994 99 538 88 00
📞 +994 12 538 88 00
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10

Address

İnşaatçılar Prospekti 8-10
Baku

Alerts

Be the first to know and let us send you an email when Olimp Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Olimp Hospital:

Share