Medic School Training Center

Medic School Training Center Medic School (MS) Training Center Amerika Ürək Assosiasiyası tərəfindən Akkreditasiya olunmuş Azərbaycanda Beynəlxalq Təlim Mərkəzidir.

🔴 Anafilaktik Şok: Risk Faktorları, Erkən Siqnallar və Həyat Xilas Edici AddımlarAnafilaktik şok allergenlə təmasdan son...
23/12/2025

🔴 Anafilaktik Şok: Risk Faktorları, Erkən Siqnallar və Həyat Xilas Edici Addımlar

Anafilaktik şok allergenlə təmasdan sonra saniyələr - dəqiqələr ərzində inkişaf edən, qan dövranının kəskin pozulması ilə xarakterizə olunan həyati təhlükəli vəziyyətdir. Qida allergiyaları, dərmanlar, böcək sancmaları və lateks ən çox rast gəlinən səbəblərdir.

⚠️ Risk qrupunda olanlar:
Allergiya və ya astması olan şəxslər
Daha əvvəl anafilaksi keçirmiş pasiyentlər

👁️ Erkən xəbərdaredici əlamətlər:
Dodaq, dil və üzün şişməsi
Nəfəs darlığı, boğazda sıxılma
Dəridə səpkilər və qaşınma
Başgicəllənmə, arterial təzyiqin düşməsi
Şüur dəyişiklikləri, sürətli zəiflik

🚨 Həyat qurtaran addım:
Amerika Ürək Assosiasiyasının (AHA) ilk yardım tövsiyələrinə əsasən, epinefrin (adrenalin) anafilaktik şok zamanı birinci seçim və gecikdirilməməli müdaxilədir. İlk simptomlar yarananda dərhal tətbiq edilməli və mütləq təcili tibbi yardım çağırılmalıdır.

Unutmayın: İlk yardım həyat qurtarır!

22/12/2025

SEM Academy - Society of Elite Medicine tibbi konfransların təşkilində lider platforma❗

Mavi Kod (Code Blue) - Xəstəxanalarda A-dan Z-yə Təlim və Sistem Qurulması!Peşəkar komandamız xəstəxanalarda Mavi Kod si...
18/12/2025

Mavi Kod (Code Blue) - Xəstəxanalarda A-dan Z-yə Təlim və Sistem Qurulması!

Peşəkar komandamız xəstəxanalarda Mavi Kod sisteminin effektiv şəkildə qurulması və idarə olunması, həmçinin bütün tibbi və qeyri-tibbi personal üçün AHA standartlarına uyğun nəzəri və praktiki təlim proqramlarının keçirilməsini təmin edir.

Təlim proqramına daxildir:
🔹 Mavi Kod protokolunun hazırlanması və tətbiqi
🔹 Mavi Kod çağırış sisteminin təşkili və istifadəsi
🔹 Personal üçün strukturlaşdırılmış nəzəri və praktiki təlimlər
🔹 Simulyasiya ssenariləri əsasında real klinik vəziyyətlərin məşqi
🔹 Komanda işi və koordinasiyanın qiymətləndirilməsi
🔹 Resusitasiya zamanı istifadə olunan bütün avadanlıqların düzgün tətbiqinin öyrədilməsi

Bu təlim proqramı kardiorespirator tutma hallarında daha sürətli reaksiya, daha koordinasiyalı komanda işi və daha effektiv resusitasiya prosesinin formalaşdırılmasına xidmət edir.

Qeydiyyat və ətraflı məlumat üçün⤵️

📱+994 50 755 11 35
📧 info@medicschool.az

Ürək Ritminin Pozulması (Aritmiya): Nədir və Niyə Əhəmiyyətlidir?Aritmiya, ürəyin elektrik keçiriciliyindəki pozğunluqla...
09/12/2025

Ürək Ritminin Pozulması (Aritmiya): Nədir və Niyə Əhəmiyyətlidir?

Aritmiya, ürəyin elektrik keçiriciliyindəki pozğunluqlar nəticəsində ritmin çox sürətli, yavaş və ya nizamsız olmasıdır. Bəzi aritmiyalar zərərsiz olsa da, digərləri insult, ürək çatışmazlığı və ani ürək dayanması kimi ciddi fəsadların riskini artırır.

🔎 Əlamətlər:

🔹 Döyüntülərin hiss olunması
🔹 Nəfəs darlığı
🔹 Başgicəllənmə və halsızlıq
🔹 Sinə nahiyəsində narahatlıq

Aritmiyaların vaxtında aşkarlanması və qiymətləndirilməsi ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır. Bu kimi halların düzgün idarə olunması üçün isə tibbi personalın ACLS kimi beynəlxalq standartlı təlimlərə sahib olması xüsusi əhəmiyyət kəsb edir!

ℹ️Təlimlərimiz ilə bağlı qeydiyyat və ətraflı məlumat üçün⤵️

📱+994 50 755 11 35
📧 info@medicschool.az

Medic School Training Center olaraq növbəti Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq sertifikatlı Pediatrik Təkmil...
26/11/2025

Medic School Training Center olaraq növbəti Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq sertifikatlı Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlimini uğurla yekunlaşdırdıq.

Təlim çərçivəsində iştirakçılar pediatrik kritik vəziyyətlərin tanınması və idarə olunması üzrə müasir AHA protokollarına əsaslanan praktiki bacarıqlar əldə etdilər. Proqram klinik simulyasiyalar vasitəsilə pediatrik reanimasiya, şok formalarının idarə olunması, həyati təhlükəli ritm pozğunluqları, dərman və defibrilyasiya strategiyaları, həmçinin komanda əsaslı qərarvermə bacarıqlarını əhatə etdi.

AED qədər əhəmiyyətli: NALOKSONAHA 2025-in yenilənmiş CPR & ECC tövsiyələrinə əsasən naloksonun tətbiqi artıq yalnız tib...
18/11/2025

AED qədər əhəmiyyətli: NALOKSON

AHA 2025-in yenilənmiş CPR & ECC tövsiyələrinə əsasən naloksonun tətbiqi artıq yalnız tibb əməkdaşlarının səlahiyyəti ilə məhdudlaşmır. Yeni qaydalar opioid aşırı dozası şübhəsi olan hallarda naloksonun ictimai yerlərdə və qeyri-tibbi şəxslər tərəfindən də istifadəsini fəal şəkildə təşviq edir.

🫁 Təcili yardım gələnə qədər naloksonun vaxtında tətbiqi tənəffüsün bərpasını sürətləndirir və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

⚠️ Ən vacib məqam: AHA-nın rəsmi məlumatlarına əsasən naloksonun səhv tətbiqi ciddi təhlükə yaratmır, lakin onun gecikdirilməsi həyati itkilərlə nəticələnə bilər.

❗️Unutmayaq: Nalokson – sadəcə dərman deyil, ikinci bir şansdır.

Amerika Ürək Assosiasiyasının (AHA) ACLS protokoluna uyğun beynəlxalq sertifikatlı təlimi.🆘⤵️Təlim proqramı🔹Tənəffüs və ...
16/11/2025

Amerika Ürək Assosiasiyasının (AHA) ACLS protokoluna uyğun beynəlxalq sertifikatlı təlimi.

🆘⤵️Təlim proqramı

🔹Tənəffüs və qan dövranının dayanmasının aşkar edilməsi və təxirəsalınmaz yardımın göstərilməsi;
🔹Tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi;
🔹Döş ağrıların idarə olunması: Kəskin Koronar Sindrom;
🔹Bradiaritmiyaların və taxiaritmiyaların idarə olunması;
🔹Ürək dayanmadan sonrakı vəziyyətin idarə olunması.ROSC protokolu;
🔹Ürək dayanma ritmlərin idarə olunması (VF, nVT, Asis, PEA);
🔹Defibrilyator cihazı üzərindən non-invaziv kardioreanimotoloji (Defibrilyasiya, SYNC kardioversiya, Transkutan Peysing) müdaxilələrin həyata keçirilməsi və s. kimi mövzuları əhatə edir.

👨🏻‍⚕️Təlim BLS, ACLS instructor/faculty; Amerika Ürək Assosiasiyasının Azərbaycan üzrə səlahiyyətli təlimçisi Dr.Razi Hüseynli tərəfindən beynəlxalq standartlar və müasir avadanlıqlar vasitəsi ilə praktiki şəkildə keçiriləcəkdir.

ℹ️Təlim ilə bağlı qeydiyyat və ətraflı məlumat üçün⤵️

📱+994 50 755 11 35
📧 info@medicschool.az

Kəskin Ürək Sindromu (İnfarkt) - ürək əzələsinə qan axınının qəfil dayanması nəticəsində yaranan və vaxtında müdaxilə ed...
10/11/2025

Kəskin Ürək Sindromu (İnfarkt) - ürək əzələsinə qan axınının qəfil dayanması nəticəsində yaranan və vaxtında müdaxilə edilmədikdə həyati təhlükə yaradan vəziyyətdir. Belə hallarda düzgün ilk yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər.

Əsas əlamətlər:

🔹 Sinədə sıxılma, ağrı və ya təzyiq hissi
🔹 Ağrının çənə, boyun, bel və ya qollara yayılması
🔹 Nəfəs darlığı, başgicəllənmə, soyuq tər
🔹 Ürəkbulanma və ya qusma

Bu əlamətlər müşahidə olunduqda:

➡️ Dərhal təcili tibbi yardım çağırın (103)
➡️ Xəstəni sakit vəziyyətdə saxlayın
➡️ Əgər nəfəs və nəbz yoxdursa, ürək-ağciyər reanimasiyasına (CPR) başlayın

Bu kimi təcili hallarda düzgün müdaxilə etməyi və həyatı xilas edən texnikaları öyrənmək üçün təlimlərimizə qoşula bilərsiniz.

📲 Qeydiyyat və əlaqə:

+994 50 755 11 35
info@medicschool.az

Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) təşəbbüsü və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçi...
06/11/2025

Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) təşəbbüsü və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Ali və Orta Təhsil Müəssisələrində Təməl İlk Yardım” layihəsi çərçivəsində 8 universitet və 2 kollecdə növbəti təlimlər uğurla təşkil olunub.

Təlimlər Amerika Ürək Assosiasiyası tərəfindən akkreditasiya olunmuş Medic School Training Center tərəfindən həyata keçirilib. Hər müəssisədə 20 nəfərdən ibarət müəllim və tələbə heyəti üçün keçirilən təlimlər beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən aparılıb.

İştirakçılar aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar qazanıblar:

🔹 Ürək dayanması zamanı CPR (ürək-ağciyər reanimasiyası) texnikası
🔹 Boğulma hallarında müdaxilə üsulları
🔹 Huş itirmə zamanı ilkin yardım addımları
🔹 Qanaxmalar və yanıqlarda ilkin yardım qaydaları
🔹 Fövqəladə vəziyyətlərdə davranış və ilkin müdaxilə qaydaları

Layihənin həyata keçirilməsi ali və orta təhsil müəssisələrində ilkin tibbi yardım sahəsində bilik və bacarıqların artırılmasına, təhlükəsizlik mədəniyyətinin formalaşmasına və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

🧠 İnsult zamanı beyinə qan axınının pozulması cəmi bir neçə dəqiqə ərzində geri dönməz zədələnmələrə səbəb ola bilər. Əl...
01/11/2025

🧠 İnsult zamanı beyinə qan axınının pozulması cəmi bir neçə dəqiqə ərzində geri dönməz zədələnmələrə səbəb ola bilər. Əlamətlərin vaxtında tanınması və dərhal tibbi müdaxilə göstərilməsi həyati əhəmiyyət daşıyır.

Bu hallarda “FAST” prinsipinə əsaslanın və 103 Təcili Yardım Xəttinə müraciət edin.

̇lkyardımhəyatqurtarır

🚨 Pediatrik Qabaqcıl Həyata Dəstək (PALS) Təlimi Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditə olunmuş beynəlxal...
30/10/2025

🚨 Pediatrik Qabaqcıl Həyata Dəstək (PALS) Təlimi Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditə olunmuş beynəlxalq sertifikatlı proqram.

👶 PALS təlimi körpə və uşaq yaş qruplarında kəskin həyati təhlükəli vəziyyətlərin tanınması və idarə olunmasına yönəlmişdir. Proqram klinik simulyasiyalar əsasında pediatrik reanimasiyanın müasir yanaşmalarını əhatə edir.

📌Kimlər üçün nəzərdə tutulub?

Təlim pediatrlar, reanimatoloqlar, təcili və təxirəsalınmaz yardım həkimləri, pediatrik tibb bacıları, eləcə də pediatriya üzrə intern və rezidentlər üçün hazırlanıb.

📌 Proqrama daxildir:

🔺 Pediatrik ürək-ağciyər reanimasiyası və hava yolu idarə olunması
🔺 Pediatrik şok formalarının differensiasiyası və idarə olunması
🔺 Həyati təhlükəli ritm pozğunluqlarının tanınması və müdaxilə protokolları
🔺 Dərman və defibrilyasiya strategiyaları
🔺 Komanda əsaslı klinik qərarvermə bacarıqları

Proqram beynəlxalq AHA alqoritmlərinə əsaslanır və real klinik ssenarilər ilə praktiki tətbiqi təmin edir.

📲 Qeydiyyat və əlaqə:

+994 50 755 11 35
info@medicschool.az

Address

Q. Qarayev 2380/103
Baku
AZ1118

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994507551135

Alerts

Be the first to know and let us send you an email when Medic School Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medic School Training Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram