Dr. Intiqam Alshanov

Dr. Intiqam Alshanov Dəri xəstəlikləri üzrə üst mütəxəssis həkim dermatoloq İntiqam Alşanov'un rəsmi Facebook hesabı

💥 Aktual mövzular asudə vaxtlarda belə nəzərimdən qaçmır.
24/03/2023

💥 Aktual mövzular asudə vaxtlarda belə nəzərimdən qaçmır.

16/03/2023

🔸 Dərinin cilalanması prosedurlarından biri də vakkum hidropilinqdir. Prosedurun aşağdakı üstünlükləri var:

✅ Dərinin tonusu və elastikliyi yüksəlir
✅ Dəri yenilənir, nəmliliyi artır
✅ Məsamələr (poralar) yığılır
✅ Dəridə olan qırışlar hamarlaşır

📑 Hidropilinq prosedurları həftədə bir dəfə olmaqla 6-8 seans aparılmalıdır. Nəticənin davamlı olması üçün proseduru ayda bir dəfə təkrar etmək tövsiyyə olunur. Prosedurdan sornra iki həftə ərzində ultrabənövşəyi şüalardan qorunmaq vacibdir.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (WhatsApp)

12/03/2023

🔸 Miliumlar qeyri-iltihabi dəri kistləri olub piy və keratin yığıntısından ibarətdir. Ölçüsü əksər hallarda 1-2 mm olur. Çox vaxt dərinin yağlılığı fonunda yaranırlar, bəzən quru dərilərdə də inkişaf edə bilirlər. Hal-hazırda konservativ müalicəsi yoxdur. Miliumların götürülməsi üçün istifadə olunan bir çox dermatokosmetoloji prosedurlar mövcuddur. CO2 lazerlə koaqulyasiya etmək ən effektli prosedurlardan biridir.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

11/03/2023

🔸️ Kriodestruksiya (maye azotla dondurmaq) dəridə olduğu kimi selikli qişalarda inkişaf edən xoşxassəli törəmələrin götürülməsində də uğurla istifadə olunur. Prosedur 20-30 saniyə ərzində 2-3 seansla həyata keçirilir.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

28/02/2023

🔸 Üz dərisində olan məsamələri, incə qırışları, aknelərdən sonrakı çapıqları və piqment ləkələrini bərpa etmək üçün dərinin lazerlə cilalanması (şlifovka) dermatoloqlar arasında ən çox dəbdə olan metodlardan biridir. CO2 lazerlə dəri cilalanması ayda bir dəfə olmaqla, yerli anesteziya ilə 3-5 seans aparılır. Hər seans 15-30 dəqiqə zanan alır. Prosedurdan sonra bir saata qədər “günəş yanığı” hiss olunur. 1-2 gün ərzində qızartı-ödem, 4-5 gün yungül qabıqlama ilə bərpa olur. Tam bərpa prosesi bəzən 7-15 günə qədər uzana bilir.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

13/10/2022

🔸 Onixomikozun lazerlə müalicəsi antifunqal (göbələk əlehinə) dərmanların hepatotoksik təsirlərindən yan keçmək üçün ən çox təbliğ edilən alternativ müalicə metodudur. Lazer prosedurları 2 həftə ara ilə 4-6 seans edilir. Tam ağrısız olmaqla 10-15 dəqiqəlik bir zaman alır.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

21/09/2022

🔸 Ocaqdaxili (intralesional) inyeksiyalar peşəkar həkimlər tərəfindən icra olunan, müalicə zamanı təyin edilmiş dərmanın yan təsirlərini minimuma endirmək məqsədi ilə biləvasitə ocaq daxilinə bir neçə istiqamətdən yeridilmə qaydasıdır.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

19/09/2022

Dr. Intiqam Alshanovun müayinə və müalicə etdiyi əsas xəstəliklər və əlamətlər:

🔸 Dəri, saç və dırnaq xəstəlikləri
🔸 Cinsi yolla keçən xəstəliklər
🔸 Sızanaqların müalicəsi, sızanaqdan sonrakı ləkə və çapıqların götürülməsi
🔸 Adi ziyillərin, papillomaların, kontagioz mollyuskaların götürülməsi (lazer, koter və krio)
🔸 Xoşxassəli dəri törəmələrinin və xalların götürülməsi
🔸 Travma, cərrahi əməliyyat və aknelərdən sonra yaranan keloid çapıqların müalicəsi
🔸 Melazmanın (hamiləlik maskası), lentiqonun (qaraciyər ləkələri) və çillərin müalicəsi
🔸 Dəri biorevitalizasiyası (dəri nəmliliyi və rənginin yaxşılaşdırılması, qırışların profilaktikası
🔸 Mikrodermabraziya və dermapen prosedurları
🔸 Saç mezoterapiyaları və PRP (Platelet Rich Plasma)
🔸 Botulin toksini (Botoks) ilə dəri qırışlarının, hiperhidrozun (çox tərləmə) lokal müalicəsi
🔸 Dermatoskopiya, dəri biopsiyası (punch biopsy) və ocaqdaxili (intralesional) inyeksiyalar.

09/09/2022
09/09/2022

🔸 Üzdəki incə (kılcal) damarların IPL lazerlə müalicəsi 20 gündən bir olmaqla 3-6 seans aparılır. Prosedur tam ağrısızdır, 10-15 dəqiqəlik bir zaman alır.

🔸 Ətraflı məlumat:
◽ Mesaj (DM)
◽ +99450 640 07 09 (Zəng və ya WhatsApp)

Address

Seymur Mammadov Küçəsi
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr. Intiqam Alshanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Intiqam Alshanov:

Share

Category