Dr.Ramil Həşimli

Dr.Ramil Həşimli Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Ramil Həşimli, Doctor, Əhməd Rəcəbli, 19K, Baku.

Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasında Qulaq, burun,  boğaz xəstəlikləri kafedrasının təşkilatçılığ...
19/02/2026

Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasında Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının təşkilatçılığı ilə keçirilən “Pediatrik otorinolarinqologiya” konfransında “Uşaqlarda qırtlaq anatomiyasının xüsusiyyətləri. Ən çox rastlanan patologiyalar” mövzusunda təqdimatla çıxış etdim.
Dəvətə görə .vafa_panahian və təşəkkür edirəm!

16/01/2026




Tibb və Sağlamlıq Elmləri fakultəsindəki ilk dərsimizin sonunda bir tələbəmiz yaxınlaşıb “siz məni əməliyyat etmisiniz” ...
10/01/2026

Tibb və Sağlamlıq Elmləri fakultəsindəki ilk dərsimizin sonunda bir tələbəmiz yaxınlaşıb “siz məni əməliyyat etmisiniz” dedi.
Xədicə xanımla öncə həkim-pasiyent, sonra müəllim-tələbə olmaq qədərimizdə varmış.
O və həmkursları bu Vətənin işıqlı gələcəyidirlər!


Yenidən, yenə də hər zamankı rutinimiz. Hər uğurlu əməliyyatın kökündə, hər uğurlu cərrahın sağ yanında mükəmməl bir ane...
07/01/2026

Yenidən, yenə də hər zamankı rutinimiz.
Hər uğurlu əməliyyatın kökündə, hər uğurlu cərrahın sağ yanında mükəmməl bir anestezioloq dayanır!fuad_911 o anestezioloqlardandır. Əməyinə sağlıq!

365 yarpaqlı bir yeni təqvimə ayaq basdıq..Vətənimiz, xalqımız, insanlıq üçün xeyirli-uğurlu olsun! #2026
01/01/2026

365 yarpaqlı bir yeni təqvimə ayaq basdıq..
Vətənimiz, xalqımız, insanlıq üçün xeyirli-uğurlu olsun!

#2026

15 il fəaliyyət göstərdiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun .edu.az 90 illik y...
21/12/2025

15 il fəaliyyət göstərdiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun .edu.az 90 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq Elmi-praktiki konqresi uğurla başa vurduq. Təşkilat komitəsi üzvü olduğum konqresdə özümə gözəl dostlar və 10 ildir üzərində çalıştığımız, tam da bu günlərdə artıq testinə başladığımız APDVoice layihəmizi həmkarlarımızla bölüşmə imkanı qazandım.

3 həftə ildırım sürətilə gəlib keçdi. Qazaxıstan, Qırğızıstan və Türkmənistanlı doktorlarımızla maksimum biliklərimizi p...
15/12/2025

3 həftə ildırım sürətilə gəlib keçdi. Qazaxıstan, Qırğızıstan və Türkmənistanlı doktorlarımızla maksimum biliklərimizi paylaşmağa çalışdıq. Ümidvaram hər biri öz ölkəsində bir işıq tutacaq, başladıqları yolda uğurlu olacaqlar! Uca Rəbbimə nəsib etdiyi bu gözəlliklər üçün sonsuz şükürlər olsun!
rəhbərliyinə və komandasına təhsil imkanı üçün təşəkkürlər!

nursultan15 zhanelya


 Tibb və Sağlamlıq elmləri fakultəsi “Sənət və İnsanlıq” fənnimizin ilk blok son dərsini tamamladıq. Gələn həftədən daha...
18/11/2025

Tibb və Sağlamlıq elmləri fakultəsi “Sənət və İnsanlıq” fənnimizin ilk blok son dərsini tamamladıq.
Gələn həftədən daha həyəcanlı hissəyə start verəcək tələbələrimiz. İnanırıq ki, arzuladıqları təhsili alacaq, hər biri bir ümid yeri olacaq..


İllərlə arzusunda olduğumuz bir ilki Qarabağ Universiteti  İncəsənət fakultəsində .eduaz həyata keçirmək nəsibimiz oldu....
18/11/2025

İllərlə arzusunda olduğumuz bir ilki Qarabağ Universiteti İncəsənət fakultəsində .eduaz həyata keçirmək nəsibimiz oldu.
Muğam və klassik vokal təhsili alan tələbələrə səsin fizikası, fiziologiyası, problemləri və həll yollarını tədris etdiyim Vokalogiya fənni gözlədiyimdən də maraqla qarşılandı. Əminliklə deyə bilərəm ki, bu auditoriyadakı tələbələr ölkədəki bütün həmkarlarından daha bilikli, həm sənətçi, həm müəllim kimi gələcək karyeralarında daha fərqli, daha uğurlu olacaqlar!
Başda fakultə dekanı, ilk söhbətimizdəcə bu fənnin tədrisi fikrimi çox müsbət qarşılamaqla qalmayıb, həm də ölkəmizdə ilk dəfə tədris planına salınmasında ciddi rol alan Türkər Qasımzadə müəllim başda olmaqla bütün akademik heyətə və yoluma işıq salan, hər zaman dəstəkləyən, bu fənnin Türkiyədə tək tədrisçisi olan İlter Denizoğlu hocama dərin təşəkkürlərimi bildirirəm!











46-cı Türk Ulusal Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresi 2 paneldə çıxışım, Vitse-Prezidenti olduğum Mərkə...
07/11/2025

46-cı Türk Ulusal Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresi 2 paneldə çıxışım, Vitse-Prezidenti olduğum Mərkəzi və Qərbi Asiya QBB BBC Birliyinin (CWASOS) İdarə heyətinin illik iclası və dostlarla görüşlərlə geridə qaldı. Ard-arda 16-cısında iştirak etsəm də, bu il Qarabağ Universitetini təmsil etməyin qüruru ilə bu konqres daha fərqli oldu.
eduaz

Şuşaya neçə dəfə getsəm də, ilk gündəki kimi, ilk ayaq basıdğım andakı kimi hər addımı şəhid, qazi qanı ilə sulanmış şəh...
29/10/2025

Şuşaya neçə dəfə getsəm də, ilk gündəki kimi, ilk ayaq basıdğım andakı kimi hər addımı şəhid, qazi qanı ilə sulanmış şəhərin o insavari ruhunu sezməmək imkansız olur. Dünən də müəllim və tələbə heyəti ilə o hissləri yaşadıq.
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri fakultəsi tələbələrimizlə birgə dünənki Art&Humanity dərsimizi Şuşada yerləşən Mehmandarovların malikənəsi, Bülbülün ev muzeyi, Xalça muzeyinə səfər şəklində keçirdik. Cıdır düzünü ziyarət etmədən olmaz fikri ilə səfərimizi o gözəlim məkanda birlikdə şəhidlərimizin ruhunu anmaqla bitirdik.
Hər zamankı qonaqpərvərliklərini sərgiləyən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Mədəniyyət nazirliyi aidiyyatı qurumları başda olmaqla hər üç müzeyin əməkdaşlarına təşəbbüsümüzə həmən müsbət cavab verməklə göstərdikləri doğmalıq, səmimiyyətə görə bütün kollektivimiz adından dərin təşəkkürlərimizi bildirmək istəyirik. Ayrıca olaraq Səməd bəy başda olmaqla mehriban Şuşa polisinə hamılıqla təşəkkür etmək istəyirik.
Həqiqətən buraların havası maddi, mənəvi çox fərqlidir..

#

21/10/2025


Address

Əhməd Rəcəbli, 19K
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

+994556575750

Alerts

Be the first to know and let us send you an email when Dr.Ramil Həşimli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category