23/02/2026
🌀 Mantra Günü & Çay Seremoniyası 🌀
Bu şənbə saat 12:00-da studiyamızda mantra, dua və çay seremoniyası ilə xüsusi bir çevrə açılır.
Mantra — niyyətlə səsləndirilən vibrasiyadır. Təkrarlanan səs bədəndə gərginliyi yumşaldır, sinir sistemini sakitləşdirir və diqqəti indiki ana qaytarır. Səs vasitəsilə nəfəs dərinləşir, daxili ritm bərpa olunur və insan öz mərkəzi ilə yenidən əlaqə qurur.studio
Çay seremoniyası isə yavaşlama və hiss etmə praktikasıdır. Bitkilərin enerjisi su vasitəsilə bədənə ötürülür, diqqətli şəkildə içilən hər qurtum zehni sakitləşdirir və daxili balansı dəstəkləyir. Bu, sadə amma dərin bir dayanmaq ritualıdır.
Bu görüşdə heç nəyi dəyişməyə çalışmırıq — sadəcə diqqəti özümüzə yönəldirik. Diqqət olan yerdə isə sakitlik və bərpa başlayır.
Əgər bir anlıq dayanmağa, daxili səsini eşitməyə və bədəninlə əlaqəni gücləndirməyə ehtiyac hiss edirsənsə, bu çevrə sənin üçündür.
Rəhbərlər: İlhama Babayeva & Farida Qaziyeva
🕛 Şənbə — 12:00
💳 Ödəniş: 45 AZN