AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ

  • Home
  • Azerbaijan
  • Baku
  • AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ

AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ, Hospital, Məmmədəli Şərifli 163, Baku.

15/05/2026

Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib. Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.

Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.

Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.

Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılacaq.

Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqının ...
14/05/2026

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı və nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun dəstəyi ilə tədbir keçirilib.

Tədbirin mahiyyəti müəssisələrin SƏTƏM üzrə cavabdeh şəxslərinin bilik və bacarıqlarının yoxlanılması olub. Həmçinin Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı mövzuyla bağlı təqdimat edib.

İclasda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Cavid Məmmədov, Nizami rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Nailə Alzamanova, Nizami rayon üzrə tibb müəssisələrinin Səhiyyə İşçiləri Həmkarlar İttifaqlarının sədrləri və müəssisələrin SƏTƏM üzrə məsul şəxsləri iştirak edib.

12/05/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi 12 May – Beynəlxalq Tibb Bacıları Günü münasibətilə, tibb bacılarına ünvanlanladığı təbrik mesajı


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 12 May - Beynəlxalq Tibb Bacıları Günü Münasibətilə tə...
12/05/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 12 May - Beynəlxalq Tibb Bacıları Günü Münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan, nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, tibb bacıları səhiyyə sisteminin ən vacib dayaqlarından biridir. Sizlər hər gün böyük məsuliyyət və fədakarlıqla insanların sağlamlığının keşiyində dayanır, xəstələrə qayğı və diqqət göstərirsiniz. Xəstələrin müalicəsində həkimlərlə birlikdə göstərdiyiniz əməyin rolu danılmazdır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb bacıları hər zaman peşəkarlığı, intizamı və qayğıkeşliyi ilə seçiliblər. Xüsusilə ağciyər xəstəlikləri ilə mübarizədə göstərdiyiniz xidmət çox böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə İnstitutun struktur bölmə rəhbərləri də iştirak edib. Onlarda eyni zamanda 12 May - Tibb Bacıları Günü münasibətilə, tibb bacılarını təbrik ediblər.

Sonda videoçarx nümayiş edilib və nümunəvi tibb bacılarına hədiyyələr təqdim edilib.

11/05/2026
09/05/2026


Türkiyə Respublikası İstanbul şəhərində Siemens Healthineers şirkəti tərəfindən “Atellica CL” “biokimyəvi və immunokimyə...
08/05/2026

Türkiyə Respublikası İstanbul şəhərində Siemens Healthineers şirkəti tərəfindən “Atellica CL” “biokimyəvi və immunokimyəvi analizatorunun proqram təminatından istifadə üzrə” adlı təlim təşkil edilib.

Tədbirdə ölkəmizi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları təmsil edib. Digər ölkələrin nüməyəndələri ilə fikir mübadilələri aparıblar, təcrübələri ilə bölüşüblər. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda aparılan elmi-kliniki araşdırmaların nəticələri də bu tədbirdə nümayiş edilmişdir. Poster təqdimatları ilə İnstitutun baş direktorun elmi işlər üzrə müavini Könül Kərimova və Laboratoriya şöbəsinin müdiri Qəmər Əhmədzadə uğurla çıxış ediblər.

Təlim çərçivəsində “Atellica CL” analizatorunun texniki xüsusiyyətləri və iş prinsipi, cihazın proqram təminatının funksional imkanları, laborator analizlərin aparılması və nəticələrin interpretasiyası, keyfiyyətə nəzarət və kalibrasiya prosedurları, həmçinin laboratoriya proseslərinin optimallaşdırılması məsələləri ətraflı şəkildə təqdim olunmuşdur. Təlim zamanı cihazın proqram interfeysi ilə praktiki iş, analizlərin avtomatlaşdırılmış şəkildə icrası və nəticələrin sistemləşdirilməsi üzrə bacarıqlar əldə edilmişdir.
Ezamiyyət müddətində müasir laborator analizatorların proqram təminatı ilə işləmək bacarıqları, analitik proseslərin avtomatlaşdırılması və idarə olunması, laboratoriyada keyfiyyətə nəzarət sistemlərinin tətbiqi, eləcə də diaqnostik proseslərin sürətləndirilməsi və nəticələrin dəqiqliyinin artırılması istiqamətində biliklər əldə edilmişdir.

Ümumilikdə, ezamiyyət çərçivəsində keçirilmiş təlim peşəkar bilik və bacarıqların artırılması ilə yanaşı, İnstitutun elmi və strateji inkişafına töhfə verə biləcək təcrübə mübadiləsi kimi qiymətləndirilib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlini...
06/05/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

05/05/2026

5 May - Ümumdünya Astma Günü ilə bağlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun İntensiv terapiya şöbəsinin müdiri həkim-pulmonoloq Sevda Aslanovanın, İTV-yə müsahibəsini təqdim edirik!

Address

Məmmədəli Şərifli 163
Baku
AZ1118

Telephone

+994124214498

Website

Alerts

Be the first to know and let us send you an email when AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ:

Share

Category