20/05/2025
Yan profildən qadınların üzünə baxarkən “Alın burun keçidinin” 4 əsas önəmini xüsusi başlıqlar altında sizlərlə paylaşıram.Sizin üçün maraqlı olarsa dostlarınıza göndərin🙂
1. Üz Simmetriyası və Balansı.
Doğru alın-burun keçidi, üzün simmetriyasını təmin edərək daha harmonik görünməsinə kömək edir. Bu, qadın üzündə estetik görünümü artırır.
2.Yaşlanma Əlamətlərinin Azaldılması.
Bu keçid, cərrahi müdaxilələr zamanı nəzərə alınırsa, yaşlanma əlamətlərini azaltmağa və daha gənc bir görünüm əldə etməyə kömək edə bilər.
3. Təbii Görünüş.
Plastik cərrahiyyədə məqsəd hər zaman təbii bir görünüş əldə etməkdir. Alın-burun keçidinin düzgün planlanması və icra edilməsi bu məqsədə çatmaq üçün vacibdir.
4.Duygusal Təəssürat.
Üzün forması insanda müəyyən bir duygusal təəssürat yaradır. Alın-burun keçidinin harmonik olması insanın daha dostcanlı və cəlbedici görünməsinə səbəb ola bilər.
P.S - şəklini paylaşdığım dəyərli pasiyentimizin istəyi maksimal olaraq təbiilikdən yana üzünə uyumlu sağlam burun idi