Psychoscienceaz

Psychoscienceaz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psychoscienceaz, Psychologist, Baku.

Dünən baş tutan "Atçe terapiyası" təlimimizdən. Qatılan hər kəsə uğurlar! ________________________Psychoscience PMTəliml...
22/04/2024

Dünən baş tutan "Atçe terapiyası" təlimimizdən.
Qatılan hər kəsə uğurlar!
________________________
Psychoscience PM
Təlimlər

#2024

Psixi İnkişaf LəngiməsiUşaqların psixi inkişafı zamanla emosional, koqnitiv və sosial bacarıqların necə inkişaf etdiyini...
15/04/2024

Psixi İnkişaf Ləngiməsi
Uşaqların psixi inkişafı zamanla emosional, koqnitiv və sosial bacarıqların necə inkişaf etdiyini təsvir edir. Bu, uşaqların şəxsiyyətlərini formalaşdırdığı və dünyanı dərk etmək qabiliyyətini inkişaf etdirdiyi bir prosesdir. Buraya dil bacarıqlarının əldə edilməsindən tutmuş problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinə qədər hər şey daxildir.
Psixi inkişaf ləngiməsinin səbəbləri nələrdir?
Uşaqlarda psixoloji inkişafın ləngiməsi müxtəlif səbəblərdən baş verə bilər. Onların arasında:
Genetik faktorlar: Uşağın intellekt səviyyəsinin, dil bacarıqlarının və digər qabiliyyətlərinin ləngiməsinə səbəb ola bilər.
Ətraf mühitə təsirlər: Yaxşı dəstək şəbəkəsi olmayan uşaqlar psixoloji inkişafda ləngiyə bilər. Əlverişsiz ətraf mühit şəraiti uşağın emosional və idrak inkişafına mənfi təsir göstərə bilər.
Sağlamlıq Problemləri: Bəzi sağlamlıq problemləri, xüsusilə erkən yaşda müalicə olunmazsa, uşaqların inkişafına təsir göstərə bilər. Məsələn, eşitmə və ya görmə problemləri dil və s.
Psixoloji İnkişaf Ləngiməsinin Simptomları
Psixoloji inkişaf geriliyi olan bir uşağın göstərə biləcəyi simptomlar aşağıdakıları əhatə edə bilər:

Dil inkişafında gecikmə
Sosial qarşılıqlı əlaqədə çətinliklər
Emosional problemlər və ya nəzarətsiz davranış
Zehni gerilik və ya öyrənmə əlilliyi
Diqqət çatışmazlığı və hiperaktivlik
Əsasən məktəb dövründə özünü göstərir, vaxtında təlim görülmədikdə getdikcə daha da ağırlaşa bilər.
____________________________
Psixoloq Samir Rüstəmov
Psixi İnkişaf Ləngiməsi
Əlaqə: 0506807716
#2024

Uşaq söyüş söyürsə buna necə reaksiya verməli?Övladı məktəbə bağçaya gedən valideynlər axır əvvəl bu problemlə üz-üzə qa...
15/04/2024

Uşaq söyüş söyürsə buna necə reaksiya verməli?

Övladı məktəbə bağçaya gedən valideynlər axır əvvəl bu problemlə üz-üzə qalır Uşaqların sosial ünsiyyət məkanından gətirdiyi p*s sözlər və ya valideynin söyüşləri ilə nə etməli?
1)təmkininizi itirməməyə çalışın. Valideynlər nəqədər çox hirslənərlərsə uşaq bu cür sözlərlə bir o qədər maraqlanmağa başlayır.
2)Uşağa başa salın ki ailənizdə bu cür sözlər yolverilməzdir.Əgər nəsə uşağın xoşuna gəlmirsə qoy o öz narazılığını başqa yolla ifadə etməyə çalışsın.
3)Alternativ təklif edin. Sizi qıcıqlandıran sözləri daha yumşaqları ilə əvəz etməyə çalışın və uşağa onu alternativ variant kimi təklif edin.
4) Uşağın kiməsə sataşdığını gördükdə ona özünü incidilənin yerinə qoymağı təklif edin.
5)Əgər kobud sözlər sizə yönəlibsə bunun sizi incitdiyini və xoşagəlməz olduğunu söyləyin.Uşaq tez-tez söylədiyi sözün mənasına varmır.
6) Övladınız yanınızda söyüş söyərsə onun ədəbsiz davranışına görə siz üzr istəyin.Bu zaman o nəsə p*s hərəkət etdiyinin fərqinə varar.
7) Unutmayın ki bu sadəcə övladınızın inkişafında bir mərhələdir,o ya tezliklə ötüb keçəcək,ya da sizin üçün əhəmiyyətini itirəcək
________________________
Psychoscience PM
Ünvan: 28 may, Af Mall, 3 mərtəbə
Əlaqə: 0506807716

Uşaqlarda isterika müxtəlif cür olur:1) döşəməyə sərələnib bağırmaq;2)susaraq döşəməyə sərəlmək;3) başını divara və döşə...
13/04/2024

Uşaqlarda isterika müxtəlif cür olur:
1) döşəməyə sərələnib bağırmaq;
2)susaraq döşəməyə sərəlmək;
3) başını divara və döşəməyə vurmaq;
4) uşaqlar hər kəsdən uzaqlaşıb tənha qala bilirlər;
5) uşaqlar yerə yıxılmadan ciyildəyir və qışqırırlar;
6) uşaqlar ətrafdakılara qarşı aqressiya nümayiş etdirirlər.
Uşağın isterikası ilə mübarizənin bir neçə metodları var:
1)rəhm göstərmək-istənilən yaşa uyğundur
2) iştirak effekti- 3 yaşınadək uşaqlara uyğundur.Ona emosinal yükünü boşaltması üçün 3-4 dəqiqə tələb olunur. Ağlamasına icazə verin müddət bitdikdən sonra yaxınlaşıb onu əzizləyə bilərsiz
3) pıçıltı ilə danışmaq metodu -3 yaşdan yuxarı uşaqlar üçün uyğundur.
4) yayındırma metodu -3 yaşdan yuxarı uşaqlar üçün uyğundur.məsələn-quş uçdu.
5)məhəl qoymamaq metodu - otağı tərk edib isterikanı izləmirsiz.Bu üsuldan uşağın tanıdığı mühitdə istifadə edirsiz. Uşağı öz otağında tək qoyub çıxın nə günahlandırın,nədə sakitləşdirin . Sükut rejimi yaradın

Əgər bu metodlar sizə yardım etməzsə mütləq mütəxəssissə müraciət edin...
_______________________________
Psychoscience PM
Psixoloq Aygün Kərəmova k_va
Bizimlə əlaqə: 0506807716
#2024

Psychoscience PM təşəkilatçılığı ilə Psixoloq Nəsimi Qiyasovun təqdimatında "Psixoloji Konsultasiyada Koünitiv və Davran...
13/04/2024

Psychoscience PM təşəkilatçılığı ilə Psixoloq Nəsimi Qiyasovun təqdimatında "Psixoloji Konsultasiyada Koünitiv və Davranışçı terapiyaların tətbiqi" adlı kurs baş tutacaq.
Təlim 3 aylıqdır, həftə sonları (20:00) və Zoom proqramı vasitəsi ilə keçiriləcək.
Təlim sonunda material (azərbaycan dilində), sertifikat və dərslərin video kide ilə təmin olunacaqsız.
Ətraflı məlumat üçün:
✓ Şəxsidə yaza bilərsiz;
✓ Rəyə "+" ata bilərsiz.
_______________________________
Psychoscience PM
Cbt
#2024

Yeniyetmələrlə konsultasiyamızdan_______________________Psychoscience PMÜnvan: Bakı ş, Nəsimi r, S.Vurğun küç, 34.(28 ma...
11/04/2024

Yeniyetmələrlə konsultasiyamızdan
_______________________
Psychoscience PM
Ünvan: Bakı ş, Nəsimi r, S.Vurğun küç, 34.(28 may m/s, Sahil m/s yaxınlığı)
Əlaqə: 0506807716
#2024

1. “Hər şey və ya heç nə” tərzində düşünmə. Bu düşüncə zamanı insan özü üçün ən mükəmməl seçdiyi şey olmadıqda bunu tama...
01/04/2024

1. “Hər şey və ya heç nə” tərzində düşünmə. Bu düşüncə zamanı insan özü üçün ən mükəmməl seçdiyi şey olmadıqda bunu tamamilə bacarıqsızlıq kimi görür.
2. Həddindən çox ümumiləşdirmə. Bu düşüncə xətasında şəxs baş verən kiçik bir problemdə “hər zaman, hər kəs, əsla” kimi ifadələrdən istifadə edir. Bu zaman baş vermiş tək hadisəyə əsasanaraq digər bütün hadisələr üçün də ümumiləşdirmə edir.
3. Zehni filtr. Bu zaman insan yaşanılan hər hansı vəziyyətdə yalnız bir detal üzərində düşünüb digər detalları göz ardı edir. Çox sayda düzgün seçim varkən bir yalnış seçimə fokuslanır.
4. Emosional nəticə çıxarma. Bu düşüncə xətası zamanı insanlar mənfi bir duyğu yaşadıqları zaman hadisələri qiymətləndirərkən real olanı göz ardı edirlər.
5. Şəxsiləşdirmə və günahlandırma. Bu zaman şəxs ətrafında baş verən hadisələrin onunla heç bir əlaqəsi olmadığı halda öz üzərinə götürür və mənfi hallar olduqda özünü günahkar hesab edir.
6. “Olmalıdır” ifadələri. Bu düşüncə xətasında insan dəyişməz olan qərarlar ilə qiymətləndirmə edir və bunun əsasında müəyyən gözləntiləri olur. İnsanlar həm özləri, həm də ətrafındakı insanlar üçün müəyyən qaydalar qoyur və buna əməl olunmasını tələb edir. Bu qaydalar yerinə yetirilmədiyi halda baş verə biləcək mənfi hadisələri daha da böyüdərək düşünür.
7. Böyütmə və ya kiçiltmə. Bu zaman şəxs baş vermiş hadisədə mənfi informasiyalara fokuslanaraq onu böyüdür, müsbət informasiyaları görməzdən gəlir. Eyni zamanda bəzən bir hadisədə yönəldiyi mənfi düşüncələr keçmişdəki mənfi informasiyalar və hadisələri də xatırladır.
8. Nəticələrə qaçma. Bu zaman insan gələcəkdə baş verəcək hadisə və ya insanların onun haqqında olan düşüncələri ilə bağlı fikirlər söyləyir. Problem odur ki, bu fikirlər reallıqda olub-olmaması məlum olmayan,sadəcə öz içimizdə,hisslərimizlə formalaşdırdığımız duyğulardır.
9.9.Pozitiv düşüncəni göz ardı etmək. Mənfi fikirlərlə özümüzü yoraraq müsbət fikirləri özümüzdən uzaqlaşdırırıq. Kimsə iltifat edirsə, onun nə isə çıxarımın olduğunu və ya sadəcə özünü nəzakətli g0stərmək istədiyini insanlar var.
10. Məsələyə yalnız öz mövqeyindən baxmaq. Məsələlərə adekvat baxmaq əvəzinə öz mövqeyindən baxır və yorumlayır.
__________
#2024

Psychoscience PM təşkilatçılığı ilə Klinik Psixoloq Samir Rüstəmov təqdimatında "Kəkələmə" adlı təlim baş tutacaq. Təlim...
31/03/2024

Psychoscience PM təşkilatçılığı ilə Klinik Psixoloq Samir Rüstəmov təqdimatında "Kəkələmə" adlı təlim baş tutacaq.
Təlim 1 günlük nəzərdə tutulub.
Təlim 15 .04.2024 tarixində 20:00 baş tutacaq.
Təlimi qatılaraq sonda siz kəkələmənin psixoloji tərəfdən korreksiyasını öyrənəcəksiz.
Təlim sonunda material, texnikalar, video yazı əldə edəcəksiniz.
Təlimə qatılmaq üçün:
✓ Rəydə "+" qoya;
✓ Direktdə yaza bilərsiz.
__________________________
Psychosicence PM

#2024

SOSIAL FOBIYA NƏDIR ?İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biri...
29/03/2024

SOSIAL FOBIYA NƏDIR ?
İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən p*s qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.
Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.
Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez –tez alkoqolizmdən də əziyyət çəkə bilərlər.

Sosial fobiyanın əlamətləri:
Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır:
üzün qızarması,
ürəkdöyünmə,
tərləmə,
ağız quruluğu,
boğulma,
əzələ gərginliyi
ayaqyoluna getmək istəyi ola bilər.
Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır:
insanlar çox olan yerlərdən uzaq durmaq,
tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək,
dərs zamanı ən arxa partada oturmaq,
sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək və s.
Ən çox yeniyetmələrdə görülür. Yaranma səbəbləri həm bioloji (serotonin hormonunun əskikliyi, həm genetik, həm də psixoloji ola bilər. Bəzən adi sonradan keçər kimi düşünülsə də əslində ciddi problemdir, şəxsin həyatını iflic edə bilir. Bu səbəbdən psixoloji dəstək almaq mütləqdir.
________________________
Psychoscience PM
Klinik Psixoloq Samir Rüstəmov
Əlaqə: 0506807716
#2024

Psychoscience PM təşkilatçılığı ilə Psixoloq Ezgi Şahinij təqdimatında "ATÇE terapiya" adıı təlim baş tutacaq. Təlim 1 g...
28/03/2024

Psychoscience PM təşkilatçılığı ilə Psixoloq Ezgi Şahinij təqdimatında "ATÇE terapiya" adıı təlim baş tutacaq.
Təlim 1 günlük nəzərdə tutulub.
Təlim 21.04.2024 tarixində 20:00 baş tutacaq.
Təlimi qatılaraq sonda siz tiklərlə, dəri yolma, saç yolma, dırnaq yemə və s. problemlərinin korreksiyasını öyrənmiş olacaqsız.
Təlimə qatılmaq üçün:
✓ Rəydə "+" qoya;
✓ Direktdə yaza bilərsiz.
__________________________&
Psychosicence PM

#2024

Qorxu yoxsa fobiya?Bu iki anlayış bir-birinə bənzəsədə bəzi nüanslarda fərqlənir. Qorxular normaldır və real şeylər əsas...
27/03/2024

Qorxu yoxsa fobiya?
Bu iki anlayış bir-birinə bənzəsədə bəzi nüanslarda fərqlənir. Qorxular normaldır və real şeylər əsasında olur. Yəni qorxunun bir real səbəbi var və faktlara əsaslanır. Bəzi qorxular heç də p*s deyil bizim üçün həyati əhəmiyyət rolu oynayır. Məsəlçün, hündürlükdən qorxmaq qorxusu bizi həyatda tutur, biz hündür yerlərə çıxmırıq, isti şeylərdən qorxmaq bizi həyatda tutur biz isti şeylərə toxumçuluq və ya ehtiyyatla toxunuruq. Hamımızın mütləq ki bir qorxuları var. Əgər biz qorxularımızı biliriksə fərqindəyiksə həll etməyə çalışırıq və ya bunu qəbullanırıqsa o zaman həyat bizim üçün rahatlaşır. Bir də bu qorxuları biz anlamamaq, fərqinə varmasaq və ya daha çox takılırıqsa bu qorxular get-gedə silsiləsi bir şeyə çevrilir daha dərinləşir və fobiya halını alır. Fobiyalar qorxulardan fərqli olaraq real faktlara əsaslanmır, əsasən düşüncə şəklində özünü göstərir. Fərq kimi izah etsək əgər biz balinadan qorxmaq bir qorxu hesab olunursa, balinanı hər gün yuxuda görmək, onunla bağlı mənfi düşüncələr, hətta suya belə yaxınlaşmırıqsa birdən balina olar mənə zərər vurar deyiriksə bu artıq ifrat qorxu, fobiya hesab olunur. Başqa bir misal çəksə böcəkdən qorxmaq qorxudursa, birdə böcək şəklindən, böcək olan otağa girməmək, yuxulara böcəyin girməsi, böcəklə bağlı mənfi fikirlər, fantastik fikirlər varsa bu fobiyadır.
Qorxular və fobiyalar psixoloji problemdir, psixoloqla seanslar əsasında keçir.
_________________________________
Psixoloq Samir Rüstəmov
Psychoscience PM
Əlaqə: 0506807716
#2024

Psychoscience PM təşkilatçılığı ilə psixoloq Samir Rüstəmovun təqdimatın 01.04.2024-cü il tarixdə "Obsessiv-Kompulsiv Po...
23/03/2024

Psychoscience PM təşkilatçılığı ilə psixoloq Samir Rüstəmovun təqdimatın 01.04.2024-cü il tarixdə "Obsessiv-Kompulsiv Pozuntu" adlı vebinar baş tutacaq.
Vebinar ödənişsizdir, qatılanlara sonda iştirakçı sertifikatı təqdim olunacaq.
Vebinara qatılmaq üçün:
✓ Rəydə "+";
✓ Direktdə bizə yazmaq bəs edir ki əməkdaşlarımız sizə qrupun linkini atacaq.
#2024

Address

Baku

Telephone

+994509643743

Website

Alerts

Be the first to know and let us send you an email when Psychoscienceaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category