15/05/2020
Kardionevrozun yaranma səbəbləri..Patologiya polietioloji xəstəliklərə aid edildiyindən onun aparıcı əlamətini təyin etmək çətinlik törədir. Cavanlarda sinir sisteminin labilliyi, hiperhəssaslıq, isteriya və ya depressiyaya meyillik, yaşlılarda isə qeyri-stabil psixoemosional reaksiyalara səbəb olan MSS xəstəlikləri kardiosklerozun inkişafı üçün qənaətbəxş fon hesab olunur. İrsi meyillik, orqanizmin funksional və morfoloji xüsusiyyətlərinin: beynin bəzi şöbələrinin fəaliyyətinin çatışmazlığının, metabolizmin individual fərqliliyinin rolu istisna olunmur. Yuxarıda sadalanan hallarda xəstəlik aşağıdakı səbəblərdən yarana bilər: 🔵Psixogen amillər. İfadəli neqativ emosional çalarlı hadisələr və ya vəziyyətlər patologiyanın inkişafına təkan verir. Onlara nevrotik səviyyəli bəzi psixi pozğunluqlar (nevroz, fobiya), ağır sarsıntılar (təbii fəlakət, yaxınlarının itkisi), kəskin və xroniki stresslər, qeyri-qənaətbəxş sosial-ekonomik həyat tərzi aiddir.
🔵Qeyri-stabil hormonal fon. Cinsi hormonların: estrogen, progesteronun disbalansı ilə əlaqədar bu xəstəlikdən əsasən qadınlar əziyyət çəkir. Cinsi yetişkənlik, klimaks, hamiləlik dövrü, doğuş prosesi, hormonal preparatların (xüsusən oral kontraseptivlər) qəbulu, hormonal hasil edən şişlərin yaranması zamanı simptomların yaranma ehtimalı yüksəlir. Kişilərdə kardionevroz pubertat dövrdə, endokrin pozğunluqlarda aşkarlana bilər.
🔵Fiziki, kimyəvi təsirlər. Xəstəlik xroniki yorğunluq nəticəsində, o cümlədən hipodinaniya fonunda zehni işlə məşğul olan şəxslərdə inkişaf edə bilər. Provokasiyaedici amillər sırasına vibrasiya, səs, günəş şüalarının davamlı təsiri, temperaturun enməsi, eləcə də məişət zəhərləri, ağır metalların duzları, narkotik vasitələr və bəzi dərman qrupları ilə xroniki intoksikasiya, alkoqol və kofein tərkibli içkilərdən sui-istifadə daxildir.
🔵İnfeksion proseslər. Kardionevroza əsasən yuxarı tənəffüs yolları və sisnir sisteminin ocaqlı infeksiyaları: xroniki tonzillit, sinusit, rinosinusit, faringit, traxeit, kəskin respirator xəstəliklər, meningit, ensefalit, neyrosifilis, müxtəlif lokalizasiyalı nevritlər səbəb olur. İnfeksiyalar virus, bakteriya, göbələk, ibtidailər tərəfindən törədilir.