Şuşa Rayon Mərkəzi Xəstəxanası

Şuşa Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
,,Şuşa RMX"nın rəsmi səhifəsi.

Bu günkü seminarımızın mövzuzu:Konyuktivit haqqında.Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Fidan Məhərrəmov...
17/04/2026

Bu günkü seminarımızın mövzuzu:
Konyuktivit haqqında.

Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Fidan Məhərrəmova tərəfindən konyuktivit mövzusunda maarifləndirici çıxış keçirilmişdir.
Çıxış zamanı konyuktivitin yaranma səbəbləri, o cümlədən infeksion və allergik amillər, xəstəliyin əsas əlamətləri – göz qızartısı, qaşınma, yaşarma və ifrazat barədə ətraflı məlumat verilmişdir.
Həmçinin xəstəliyin yayılmasının qarşısının alınması üçün şəxsi gigiyenaya riayət olunmasının vacibliyi, gözlərin təmiz saxlanılması və vaxtında həkimə müraciət etməyin əhəmiyyəti vurğulanmışdır.
Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzu ətrafında suallar cavablandırılmışdır.


Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.
07/04/2026

Sağlamlıq təsadüf deyil, düzgün seçimlərin nəticəsidir.



🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️Bu günkü rubrikamızda İnsulin haqqında olacaqdır.İnsan orqanizmdən İnsulin miqdar...
03/04/2026

🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️

Bu günkü rubrikamızda İnsulin haqqında olacaqdır.
İnsan orqanizmdən İnsulin miqdarı az olarsa:
🔸️Artıq çəki
🔸️Daimi acılıq hissi
🔸️Yeməkdən sonra yuxusuzluq
🔸️Menstruasiya dövrü pozuntu
🔸️PKOS ( Polikistik Over Sindromu
🔸️Şirniyyat məhsullarına meyl halları olma ehtimalı yüksək ola bilər.

Orqanizmdə İnsulin miqdarı normal olarsa:
🔸️Gün ərzində stabil enerji
🔸️Yeməkdən sonra yüngüllük
🔸️Təmiz dəri
🔸️Zərif bədən quruluşu
🔸️Hormonal balans olacaqdır.

Hər zaman sağlam qalın.

Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tünzalə Həsənli tərəfindən həzm sistemi xəstəliklərinə həsr olunmuş tə...
31/03/2026

Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tünzalə Həsənli tərəfindən həzm sistemi xəstəliklərinə həsr olunmuş təlim keçirildi.

Təlimdə qastrit, mədə xorası və digər xəstəliklərin yaranma səbəbləri, əlamətləri və profilaktikası haqqında məlumat verildi.

Həmçinin düzgün qidalanma, sağlam həyat tərzi və erkən diaqnostikanın əhəmiyyəti vurğulandı.

Qeyd olundu ki, sağlamlığa laqeyd yanaşma bəzi xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin yaranma riskini artırır.


31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!
31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.Yeganə və əsas əlaməti tək...
26/03/2026

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır.

Hər il martın 26-sı Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü kimi qeyd olunur.

Şuşa Rayon Mərkəzi Xəstəxanasında qarşıdan gələn 🌱Novruz bayramı və🌙 Ramazan bayramı münasibətilə tədbir keçirilib.Tədbi...
19/03/2026

Şuşa Rayon Mərkəzi Xəstəxanasında qarşıdan gələn 🌱Novruz bayramı və🌙 Ramazan bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə xəstəxananın baş direktoru Kəmalə Səfərova və baş həkim Mətanət Bünyadova çıxış edərək kollektivə bayram təbriklərini çatdırıblar.
Baharın müjdəçisi olan Novruz bayramından və adətən-ənənədən danışdılar.Hər kəsə şəxsi və iş yolunda uğurlar arzuladılar.
Eyni zamanda kollektivdə hər kəs öz ürək sözlərini bölüşərək bayram təbrikləri etdilər.



🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️Bildiyimiz kimi Ramazan ayının son günlərini yaşayırıq və bu günlərdə nəyə diqqət...
18/03/2026

🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️

Bildiyimiz kimi Ramazan ayının son günlərini yaşayırıq və bu günlərdə nəyə diqqət etməliyik?

Ramazan bayramında orucdan sonra həzm sistemini qorumaq üçün yüngül, az yağlı və lifli qidalar (tərəvəzlər, qaynadılmış ət, süd məhsulları) üstünlük təşkil etməlidir. Həddindən artıq şərbətli şirniyyat, yağlı kabablar, duzlu və xəmir xörəkləri bədəndə su itkisi, həzm problemləri və çəki artımına səbəb ola bilər.

Bayram Süfrəsi üçün Tövsiyələr:
• Səhər və Günorta: Yüngül səhər yeməyi (yumurta, pendir, zeytun, göyərti) və ya az yağlı tərəvəz yeməkləri ilə başlamaq lazımdır.

• Əsas Yeməklər: Qızartma əvəzinə buğlama, sobada və ya qaynadılmış ət/balıq məhsulları seçilməlidir.

• Şirniyyat: Şərbətli və ağır şirniyyatlar əvəzinə südlü şirniyyatlar, meyvə və ya az miqdarda quru meyvələr tövsiyə olunur.

• İçkilər: Bol su istehlak edilməli, duzlu və şəkərli içkilərdən (qazlı sular) qaçınılmalıdır.

• Hissə-hissə Qidalanma: Bayram günlərində birdən-birə çox yemək əvəzinə, az-az və tez-tez qidalanmaq mədəni rahatladır.

Ramazandan çıxan bədən üçün ağır, xəmir və həddindən artıq yağlı yeməklər köp və həzm çətinliyi yarada bilər.
Buna görə də qidalanmaya diqqə etmək vacibdir.
Allah bütün niyyətlərinizi qəbul etsin.



Torpaq çərşənbəsi – Novruz bayramı ərəfəsində qeyd olunan dördüncü və sonuncu çərşənbədir və xalq arasında “İlaxır çərşə...
17/03/2026

Torpaq çərşənbəsi – Novruz bayramı ərəfəsində qeyd olunan dördüncü və sonuncu çərşənbədir və xalq arasında “İlaxır çərşənbə” kimi tanınır. Bu gün torpağın dirçəlişininin, təbiətin yenidən canlanmasının və baharın gəlişininin simvoludur. 🌱

Torpaq çərşənbəsi evinizə bolluq, süfrənizə ruzi, qəlbinizə isə sevinc gətirsin! ✨

Bu gün Yel çərşənbəsidir! 🍃Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbi...
10/03/2026

Bu gün Yel çərşənbəsidir! 🍃

Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbiəti dirçəldir.🌱 Xalq arasında bu gün “Küləkli çərşənbə”, “Badi çərşənbə” və “Nəfəs çərşənbə”si kimi də tanınır. 🌬️

Bu gündən etibarən əsən külək torpağı canlandırır, od alovlanır, su hərəkətə gəlir, baharın nəfəsi daha çox hiss olunur.

Yel çərşənbəsi evinizə bərəkət, qəlbinizə ümid və sevinc gətirsin!

Şuşa Rayon Mərkəzi Xəstəxanasında 🌹8 Mart – Beynəlxalq Qadınlar Günü 🌹münasibətilə bayram tədbiri keçirildi.Müəssisənin ...
07/03/2026

Şuşa Rayon Mərkəzi Xəstəxanasında 🌹8 Mart – Beynəlxalq Qadınlar Günü 🌹
münasibətilə bayram tədbiri keçirildi.

Müəssisənin direktoru Kəmalə Səfərova və baş həkimi Mətanət Bünyadova tibb müəssisəsində çalışan qadın əməkdaşların əməyinə yüksək qiymət verərək, onların səhiyyənin inkişafındakı rolu vurğuladı.

Xüsusilə tibb sahəsində çalışan qadınlar öz bilik və mərhəmətləri ilə xəstələrə ümid və şəfa bəxş edirlər. Onların zəhməti, qayğıkeşliyi və peşəkarlığı cəmiyyət üçün çox böyük əhəmiyyət daşıyır.
Tədbirdə qadın tibb işçilərinə xoş arzular çatdırılaraq və bayram münasibətilə təbriklər səsləndirildi.



🔹️ Tibb bacılarımızı tanıyaq rubrikası 🔹️  Həsənova Nigar Çingiz qızı 29.02.1984-cü ildə Şuşa rayonun, Malıbəyli kəndind...
04/03/2026

🔹️ Tibb bacılarımızı tanıyaq rubrikası 🔹️

Həsənova Nigar Çingiz qızı 29.02.1984-cü ildə Şuşa rayonun, Malıbəyli kəndində anadan olmuşdu.
1990-cı ildə Malıbəyli kəndin 1 N°-li tam orta məktəbi bitirmişdi.
2001-ci il orta məktəbi bitirdikdən sonra, Bakı Baza 2 saylı tibb kollecində təhsil almışdı.
2004-cü ildə müalicə işi ixtisası üzrə kurs keçmişdi.
2005-ci ildən hal-hazıradək Şuşa Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsini icra edir.



Address

Əsəd Əhmədov 26
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 14:00

Telephone

+994124327305

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şuşa Rayon Mərkəzi Xəstəxanası:

Share

Category