Dr.Vefa Haciyeva

Dr.Vefa Haciyeva Həkim Psixoterapevt, Psixoloq

Psixiatr kimdir?6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş öl...
28/07/2023

Psixiatr kimdir?
6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

Psixoloq kimdir?
4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

Klinik psixoloq kimdir?
Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

Psixoterapevt kimdir?
Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər. Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

📞 +994 99 726 07 98
✉️ dr.vafahaciyeva@gmail.com

Paylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜

📞 +994 99 726 07 98✉️ dr.vafahaciyeva@gmail.comPaylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜
27/07/2023

📞 +994 99 726 07 98
✉️ dr.vafahaciyeva@gmail.com

Paylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜

Təkrarlanan düşüncə və davranışlara səbəb olan obsesif-kompulsiv pozğunluq müalicə edilə bilən bir xəstəlikdir. Gündəlik...
26/07/2023

Təkrarlanan düşüncə və davranışlara səbəb olan obsesif-kompulsiv pozğunluq müalicə edilə bilən bir xəstəlikdir. Gündəlik həyatda obsesif və həyəcanlı düşüncələrlə əlaqəli təkrarlanan davranışlar baş verə bilər. Bu vəsvəsələr və narahatlıqlar insanın saatlarını alırsa və həyatını mənfi təsir edirsə, bu vacib bir pozğunluğun olduğunu göstərə bilər. Düşünmək istəməməyinizə baxmayaraq gün ərzində zehninizi dönə-dönə məşğul edən düşüncələriniz varsa və ya düşüncə vəsvəsələri və vəsvəsələrindən qaynaqlanan narahatlığı azaltmaq üçün eyni şeyi təkrar-təkrar dayandıra bilmirsinizsə, obsesif-kompulsif bir narahatlığınız ola bilər.

Sizin də belə bir narahatlığınız varsa, bizimlə əlaqəyə keçin sizə kömək edək. Unutmayın, obsesif pozğunluq müalicə edilə bilən xəstəlikdir.

📞 +994 99 726 07 98
✉️ dr.vafahaciyeva@gmail.com

Paylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜

Mən, Vəfa Hacıyeva...Sizlərə psixiatriyadan müxtəlif məlumatlar, həmçinin video dərsliklər paylaşacağam, izləmədə qalın....
25/07/2023

Mən, Vəfa Hacıyeva...Sizlərə psixiatriyadan müxtəlif məlumatlar, həmçinin video dərsliklər paylaşacağam, izləmədə qalın. Hər kəsə uğurlar.. 🙂

Psixoterapevt - psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etm...
25/07/2023

Psixoterapevt - psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir. Psixoterapevt olmaq üçün, mütləq psixoterapiya sahəsi üzrə əhatəli təhsil alınmalıdır və əlavə olaraq superviziya (mütəxəssisin nəzarəti altında davam etdirilən terapiya) keçməlidir. Klinik psixologiya dərəcəsi bu istiqamətdə təhsil verən proqramdır.

Paylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜

📞 +994 99 726 07 98
✉️ dr.vafahaciyeva@gmail.com

VAGİNİZM - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlər...
25/07/2023

VAGİNİZM - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar. Əgər siz də belə bir problemlə üzləşmisinizsə bizimlə əlaqə yaradın.

📞 +994 99 726 07 98
✉️ dr.vafahaciyeva@gmail.com

Paylaşımlara Like qoymağı, şərh yazmağı unutmayın 💜


Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Vefa Haciyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category