Bakı Masaj Məktəbi

  • Home
  • Bakı Masaj Məktəbi

Bakı Masaj Məktəbi Bakı Masaj Məktəbi keyfiyyətli təhsilə zəmanət verir. Məqsədimiz peşəkar, savadlı müt? Bakı masaj məktəbi 2020-ci il fevral ayında yaradıldı.

Səhifəmə xoş gəlmisiniz!

Əvvəlcə Bakı Masaj Məktəbi haqında məlumat verim. Məktəbin təsisçisi mən- həkim fizioterapevt-reabilitoloq, refleksoterapevt Dr. Aynur Əhmədovayam. Bu məktəbi yaratmaqda məqsədim, peşəkar, savadlı mütəxəssislər yetişdirməkdir. 2014-cü ildən masaj tədrisi ilə məşğulam. Masaj təhsilimi ilk olaraq Bakıda 2012-ci ildə sonra isə rusiyada almışam. Rusiyada təhsil almaq məni bu sahə üzrə çox inkişaf etdirdi. Orada olduğum müddətdə masaj üzrə tədris və mütəxəssislərin bacarığı, savadı məni valeh edirdi. « Bakıya qayıdım mən də eynən belə bir sistem quracam» deyə düşünürdüm və bunu etdim. Ətrafımızda çoxlu sayda masaj kursları mövcuddur. Bu kursların təxmini deyəcəm 90% i qeyri — ixtisas və qeyri — peşəkar insanlar tərəfindən keçirilir. Yəni 2-3 ay kurs keçib diplom alırlar və artıq özlərini mütəxəssis hesab edərək dərs verməyə başlayırlar. Qürurla deyə bilərəm ki , kimin yolu Bakı Masaj Məktəbinə düşübsə demək ki , çox şanslıdır. Niyə? Çünki, Bakı Masaj Məktəbi keyfiyyətli təhsilə zəmanət verir, tələbələrin daim inkişafı üçün mütəmadi olaraq seminarlar , master klasslar təşkil edilir, dərslər nəzəri və praktik şəkildə tələbələrin tam mənimsəyə biləcəyi formatda keçilir. Həmçinin gəlmək imkanı olmayanlar üçün də, onlayn təlimlər keçirilir. Masajçı olmaq sadəcə olaraq bədən səthində hansısa bir əzmə, sığallama və s. elementləri icra etmək deyil, masajçının pasiyentə qoyulmuş diaqnoz haqqında bilikləri olmalıdır, təyin olunmuş masaj növünü sərbəst şəkildə icra etməli və ya özü sərbəst şəkildə pasiyentə hansı növ masaj, hansı dozada, nə qədər müddətə və.s . tətbiq olunmalı olduğunu bilməlidir, vizual diaqnostika bacarığı olmalıdır . Baxın burda nə qədər alqoritm sadaladım. Sizcə bunları qeyri — həkim, qeyri — tibb təhsilli, bu sahə üzrə çox az iş praktikası olan bir şəxs gələcəyin masaj üzrə mütəxəssisini yetişdirə bilərmi ? Suala elə özüm də cavab verəcəm : əlbəttə yox !. Bakı Masaj Məktəbində aşağıdakı kurslar keçirilir:

-Masaj Kursları : Müalicevi masaj, klassik masaj, uşaq massajı, loqopedik masaj, kosmetoloji üz və sellülit masajı, arıqlama masajı, nöqtəvi reflektor masaj;

-Ümumi Kosmetologiya Kursları;
- İnyeksion Kosmetologiya Kursu
Botoks Kursu;
Plazmoliftinq Kursu;
Mezoterapiya Kursu;
Mikrobladinq Kursu;

-Bədən şəkilləndirmə üzrə Kurs;
-Lazer Epilyasiyası;
-Fizioterpiya Kursları;
-Müalicəvi İdman Kursları;
-Refleksoterpiya Kursları; Pediatrik Refleksoterapiya;
-Kinezio Lentləmə Kursu
-Akupunktura Kursları;
-Hirudoterpiya Kursları;
-Hicama Kursları;
-Manual Terapiya Kursları;
-Ailə Tibb Bacısı Kursu;
-Əczaçılıq Kursu;
-Əczaçı köməkçisi Kursu;

RAHAT QEYDİYYAT:

Kurslar qrup və fərdi şəkildə, işləyən xanımlar üçün axşam qrupları şəklində (şənbə və bazar günləri də daxil olmaqla), həmçinin vaxt darlığı olanlar üçün kurslarımız intensiv tezləşdirilmiş formada həyata keçirilir. Birinci gün keçirilən dərs ödənişsizdir, bu da, qərar verməkdə tərəddüd edən tələbələr üçün gözəl bir fürsətdir ki, davam edib-etməmələri barədə rahatlıqla qərar verə bilsinlər. Tələbələr bütün dərs vəsaitləri ilə təmin olunur. Onlayn dərslər zamanı nəzəri hissə canlı onlayn, praktik hissə isə video görüntüləmə, video dərslər şəklində aparılır. Xüsusi praktik bacarıqların mənimsənilməsi məqamlarında isə tələbələr bir necə gün mərkəzə gələrək xəstələr üzərində praktika keçirlər. DİPLOM VƏ SERTİFİKATLAR:

Kursu bitirən tələbələrimiz səhiyyə dəstəkli və beynəlxalq dərəcəli diplom və sertifikatlarla təmin olunur. Xüsüsi müvəffəqiyyət göstərən tələbələrimizə "Qırmızı Diplom" təqdim olunur.


ÜSTÜNLÜKLƏRİMİZ:

- Dərslər yüksək dərəcəli ixtisaslaşmış həkim fizioterapeft-reabilitoloq, refleksoterapevt tərəfindən keçirilir;
- Dərslər nəzəri və xəstələr üzərində canlı praktika şəklində keçirilir;
- Kursun ilk birinci dərsi ödənişsizdir, bu da, başlamağa tərəddüd edən tələbələrin qərar verməsi üçün gözəl fürsətdir;
- Kursu bitirən tələbələrə digər kurslarda 20% endirim, həmçinin seminar və master klasslarda ödənişsiz iştirak etmək imkanı verilir;
- Sonda tələbələrimiz səhiyyə dəstəkli və beynəlxalq dərəcəli diplom və sertifikatlarla təmin olunur;
- Kursu bitirən tələbələrə işlə təmin olunmaqda dəstək olunur;

BAKI MASAJ MƏKTƏBİ TƏHSİLƏ ZƏMANƏT VERİR!

11-14 noyabr tarixlərində  Yaponyada 🇯🇵və bir neçə ölkədə fəaliyyət göstərən Naoru  şirkətinin Bakı masaj məktəbi🇦🇿 ilə ...
17/11/2025

11-14 noyabr tarixlərində Yaponyada 🇯🇵və bir neçə ölkədə fəaliyyət göstərən Naoru şirkətinin Bakı masaj məktəbi🇦🇿 ilə birgə hazırladığı təhsil layihəsi uğurla tamamlandı .
Bu 4 gün ərzində tələbələrimizə verdiyiniz bilgi və əmək üçün sizə dərin təşəkkürümüzü bildiririk 🇯🇵
Növbəti layihədə görüşənədək 🤝

16/11/2025

6 dekabr tarixində keçiriləcək olan ilin yekun masaj üzrə çempionatında "İlin ən peşəkar mütəxəssisi " nominasiyasının qalibi olmaq uğrunda yarışın və kuboku qazanın 🏆🤝🇦🇿💪
İştirak edən hər kəsə uğurlar arzulayırıq.

Qeydiyyat üçün ⤵️
📲0519122432
Ünvan : Ramada by Wyndham(şıxov )

Təşkilatçı : Bakı Masaj Məktəbi

6 dekabr tarixində keçiriləcək olan Master class və seminarların  mövzusu ✅İdman masajı Saat: 14.30 təlimçi :  Ramin Həm...
06/11/2025

6 dekabr tarixində keçiriləcək olan
Master class və seminarların mövzusu

✅İdman masajı Saat: 14.30
təlimçi : Ramin Həmzəyev
✅SPA və relaks masajı
Saat 15.00
təlimçi: Azər Əliyev
✅️Üz baxımı
Saat 15.30
təlimçi :
İbrahimova Xəyalə
✅️Üz masajı
Saat : 16.00
Təlimçi : Aynur Əhmədova
✅️Kineziologiya
Saat 16.30
Təlimçi: Həsənova Fəhimə
✅️Boyun - kürək ağrıları zamanı masaj
Təlimçi Cavadova Nurlana
Saat 17.00

01/11/2025

============================
Asia Massage Championship 2026
✨ボランティア募集開始✨
============================

舞台を一緒に創り上げてくれる仲間を探しています🔥

・セラピスト同士で交流を深めたい方
・憧れのトップ講師・選手の近くで学びたい方
・大会運営を支え、成功に貢献したい方
・マッサージ業界を盛り上げたいという想いを持っている方
・同じ志を持つ仲間と繋がりたい方

経験・性別・年齢は問いません🙌
誰でも気軽にご参加いただけます🙋🏻‍♀️♪
1日だけの参加もOK、もちろん全日サポートも大歓迎✨
もちろんお友達との参加も可能です!🎉

あなたの力が、世界を癒すステージを動かします。

たくさんのご応募、お待ちしています!

28/10/2025
13-14 sentyabr tarixlərində Serbiyada keçirilən Balkan Masaj çempionatında Azərbaycan komandası komandalar arasında 2️⃣ ...
16/09/2025

13-14 sentyabr tarixlərində Serbiyada keçirilən Balkan Masaj çempionatında Azərbaycan komandası komandalar arasında 2️⃣ ci yerə layiq görüldü 🏆🇦🇿💪

Azərbaycan respublikasını masaj kompitensiyası üzrə dünyaya tanıtdığım üçün özümlə və komandamla fəxr edirəm . 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Qeyd edim ki Serbiya bizim beynəlxalq masaj çempionatında 3 il ərzində iştiraka etdiyimiz 7 ci ölkə oldu .
Bu gözəl çempionatın təşkilatına , bizə verilən dəyərə , diqqətə və hörmətə görə Olja Pilic Dobric sonsuz təşəkkürümü bildirirəm 🥰

Address

Şahin Mustafayev 118 A , Nərimanov Montin Plaza

AZ1134

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+994513172978

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Masaj Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Masaj Məktəbi:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram