Bayramli Group LLC

Bayramli Group LLC Invest in your lab success Bayramli Group LLC is a company dedicated to providing cutting-edge laboratory solutions.

Our company specializes in laboratory turnkey solutions, research and development, kit production, as well as training, seminars, and conferences. At Bayramli Group LLC, we are committed to advancing scientific research by providing innovative solutions to complex problems. Our team of experts has years of experience in developing customized laboratory solutions that meet the unique needs of our c

lients. We offer a wide range of services, including custom kit production, specialized training sessions and seminars, and comprehensive turnkey solutions for laboratory construction and design. Our solutions are designed to help our clients save time and money while achieving their research goals. We are proud to have worked with some of the most innovative companies and research institutions in the industry, and we are dedicated to building lasting relationships with all of our clients. Thank you for visiting our page, and we look forward to the opportunity to work with you.

🌍 Ətraf mühit analizində yeni standart!Laboratoriyanız üçün güclü, çevik və yüksək performanslı həll – multi X 2500 AOX ...
30/04/2026

🌍 Ətraf mühit analizində yeni standart!

Laboratoriyanız üçün güclü, çevik və yüksək performanslı həll – multi X 2500 AOX Analyzer artıq Bayramlı Group-da!

Bu çoxfunksiyalı analiz sistemi AOX, EOX, POX, TX/TOX və TOC kimi ümumi parametrlərin təyini üçün ideal seçimdir. Su, çirkab su, torpaq və mürəkkəb üzvi matrislərdə dəqiq və etibarlı nəticələr əldə edin.

✨ Niyə multi X 2500? ✔ Geniş tətbiq sahəsi – ətraf mühit monitorinqindən keyfiyyət nəzarətinə qədər
✔ Şaquli və üfüqi nümunə yükləmə – bir cihazda maksimum çeviklik
✔ Yüksək nümunə tutumu və dəqiq ölçmələr
✔ Aşağı əməliyyat xərcləri və minimal texniki xidmət
✔ İkiqat soba texnologiyası – hər nümunə matrisi üçün optimal uyğunlaşma
✔ 24/7 işləmə imkanı – yüksək effektivlik

💡 Patentləşdirilmiş soyudulmuş titrasiya hüceyrəsi və ağıllı proqram təminatı sayəsində uzunmüddətli sabit performans əldə edin.

🧪 multi X 2500 ilə ətraf mühit analizlərini daha sürətli, daha dəqiq və daha effektiv edin!

📩 Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın.

LabEquipment WaterAnalysis Innovation

🔬 Yeni Vebinar Fürsəti!Bayramlı Group-un tərəfdaşları tərəfindən təşkil olunan növbəti maraqlı vebinara sizi dəvət ediri...
22/04/2026

🔬 Yeni Vebinar Fürsəti!

Bayramlı Group-un tərəfdaşları tərəfindən təşkil olunan növbəti maraqlı vebinara sizi dəvət edirik:

“Turning Complex Molecular Data Into Clinical Advantage”

👨‍🔬 Spikerlər:
Chris Forsdyke – Head of Laboratory Services, hVIVO
Martin Larke – Principal NGS Biostatistician, hVIVO
Chelsea Pratt, PhD – Bio-Rad Laboratories

📅 Tarix: 29 aprel 2026
🕒 Saat: 00:00 (Bakı vaxtı)

Bu vebinarda siz:

✔ Molekulyar məlumatların klinik üstünlüklərə necə çevrildiyini öyrənəcək
✔ NGS, Droplet Digital PCR (ddPCR™) və 3′ RNA-seq (QuantSeq) texnologiyalarının inteqrasiyasını kəşf edəcək
✔ Patogenlərin aşkarlanması, rezistentliyin monitorinqi və biomarker tədqiqatları haqqında məlumat əldə edəcək
✔ Erkən mərhələli tədqiqatlarda daha dəqiq və effektiv yanaşmalarla tanış olacaqsınız

💡 Yoluxucu xəstəliklər sahəsində yüksək keyfiyyətli nəticələri daha sürətli əldə etmək üçün bu vebinar sizin üçün əla fürsətdir.

📌 Elm və innovasiyanın ən son yeniliklərini qaçırmayın!

🔬 Yeni Vebinar Fürsəti!Bayramlı Group-un tərəfdaşı Bio-Rad tərəfindən təşkil olunan maraqlı vebinara sizi dəvət edirik:“...
20/04/2026

🔬 Yeni Vebinar Fürsəti!

Bayramlı Group-un tərəfdaşı Bio-Rad tərəfindən təşkil olunan maraqlı vebinara sizi dəvət edirik:

“Droplet Digital™ PCR Solutions: Elevating PCR to Unparalleled Performance”

👩‍🔬 Spiker: Natalie Henkhaus, PhD
(Field Application Scientist)

📅 Tarix: 21 aprel 2026
🕖 Saat: 22:00 (Bakı vaxtı)

Bu “Before You Buy” formatlı Q&A vebinarda siz:

✔ Droplet Digital™ PCR (ddPCR™) texnologiyası ilə tanış olacaq
✔ Nuklein turşularının dəqiq kvantifikasiyasında ddPCR-in üstünlüklərini öyrənəcək
✔ Ən son ddPCR sistemləri və onların tətbiq sahələri haqqında məlumat alacaq
✔ Laboratoriyanız üçün uyğun həlləri seçməkdə praktiki biliklər qazanacaqsınız

💡 Vebinarda həmçinin resurs effektivliyi, etibarlılıq, davamlılıq və gələcək tədqiqat istiqamətlərinə uyğun iş axınları müzakirə olunacaq.

📌 Müasir laboratoriya texnologiyalarını yaxından tanımaq və biliklərinizi artırmaq üçün bu fürsəti qaçırmayın!

Maraqlı və innovativ vebinar sizi gözləyir!📅 28 aprel tarixində keçiriləcək bu xüsusi vebinarın mövzusu:“Efficiency Revo...
16/04/2026

Maraqlı və innovativ vebinar sizi gözləyir!
📅 28 aprel tarixində keçiriləcək bu xüsusi vebinarın mövzusu:
“Efficiency Revolution – Yeni nəsil Combo Permeation Analyzers”
Bu tədbirdə siz: 🔬 Labthink-in ən son Combo Permeation Analyzer texnologiyaları ilə tanış olacaqsınız
📦 Qablaşdırma sənayesinin bütün sahələri üçün hazırlanmış innovativ həlləri kəşf edəcəksiniz
💡 Effektivlik və dəqiqlikdə yeni yanaşmalar haqqında ətraflı məlumat əldə edəcəksiniz
🎯 Webinar xüsusilə qablaşdırma sənayesində çalışan mütəxəssislər, laboratoriya əməkdaşları və bu sahəyə maraq göstərən hər kəs üçün olduqca faydalı olacaq!
📩 Qeydiyyat linki bio-da!
🤝 Bayramlı Group olaraq sizi bu faydalı tədbirə qoşulmağa dəvət edirik!
Gəlin birlikdə bu innovativ yanaşmanı daha geniş auditoriyaya çatdıraq!
Innovation Efficiency TestingSolutions

🧬 Webinar dəvəti – Bayramlı Group və New England Biolabs ilə biliklərinizi artırın!Yaxın Şərq və MDB ölkələrindən olan t...
14/04/2026

🧬 Webinar dəvəti – Bayramlı Group və New England Biolabs ilə biliklərinizi artırın!

Yaxın Şərq və MDB ölkələrindən olan tədqiqatçıları maraqlı və faydalı bir vebinara dəvət edirik!

📌 Mövzu:
Maqnit silika ilə müxtəlif növ nuklein turşularının (genomik DNA, hüceyrəsiz DNA – cfDNA, viral DNA/RNA) izolyasiyası – New England Biolabs (NEB) kitlərində bu proses necə həyata keçirilir?

🔍 Bu vebinarda aşağıdakı suallara cavab tapacaqsınız:
• Eyni maqnit silika ilə fərqli DNA və RNA növləri necə ayrılır?
• Müxtəlif tətbiqlər üçün hansı yanaşmalar istifadə olunur?
• NEB-in Monarch Mag seriyasının üstünlükləri nələrdir?

🧪 Nümayiş olunacaq məhsullar:
• Monarch Mag PCR & DNA Cleanup Kit (5 µg)
• Monarch Mag Viral DNA/RNA Extraction Kit
• Monarch Mag Cell-free DNA (cfDNA) Extraction Kit

Tarix: 16 Aprel, Cümə axşamı
Saat: 12:00 (Bakı vaxtı)
Məruzəçi: Kermen Bolayeva
✨ Laboratoriya sahəsində çalışan və ya bu sahəyə maraq göstərən hər kəs üçün qaçırılmamalı fürsətdir!

🔗 Qeydiyyat linki bio-da!

NEB Biotexnologiya Elm Tədqiqat

EUROIMMUN Analyzer I — ELISA proseslərində sürət, dəqiqlik və tam avtomatlaşdırma!Laboratoriyanızda ELISA analizlərini d...
13/04/2026

EUROIMMUN Analyzer I — ELISA proseslərində sürət, dəqiqlik və tam avtomatlaşdırma!

Laboratoriyanızda ELISA analizlərini daha sürətli, standartlaşdırılmış və minimum manual müdaxilə ilə həyata keçirmək istəyirsiniz?
O zaman EUROIMMUN Analyzer I sizin üçün ideal həlldir! ✅

🔬 EUROIMMUN Analyzer I nə üçün istifadə olunur?
EUROIMMUN Analyzer I laboratoriyalarda ELISA testlərinin tam avtomatik icrası üçün istifadə olunur:

✔️ Autoimmun diaqnostika
✔️ İnfeksiya diaqnostikası
✔️ Digər seroloji ELISA analizləri
✔️ Routine laboratoriya axını üçün yüksək məhsuldarlıq

Cihazın əsas üstünlükləri
⭐ Tam avtomatik ELISA prosesi- Minimum əl əməyilə maksimum nəticə!
⭐ Sürətli işləmə gücü: 70 test/saat- Gündəlik analiz yükünü ciddi şəkildə azaldır.
⭐ Yüksək təhlükəsizlik və izləmə- Nümunə və reagentlər barkod ilə avtomatik tanınır.
⭐ QC məlumatlarının Data Matrix kodu ilə avtomatik daxili- Keyfiyyətə nəzarət daha rahat və etibarlı olur.
⭐ İstəyə bağlı “Climate Control Unit”- Laboratoriyada temperatur dəyişkən olsa belə, inkubasiya şəraiti stabil qalır.

Nümunə növləri
EUROIMMUN Analyzer I aşağıdakı nümunələrlə işləyir:
🔹 Serum
🔹 Plazma
🔹 CSF (Beyin-onurğa sümüyü mayesi)
🔹 Nəcis

Kimlər üçün uyğundur?
🏥 Kliniki diaqnostika laboratoriyaları
🧬 Seroloji və immunoloji laboratoriyalar
🏢 Referans laboratoriyalar
📈 Gündəlik yüksək ELISA nümunəsi işləyən müəssisələr

📩 Ətraflı məlumat və sifariş üçün Bayramlı Group ilə əlaqə saxlayın!

EUROIMMUN Analyzer I ilə ELISA iş axınınızı daha sürətli, daha dəqiq və daha professional səviyyəyə yüksəldin. ✅

📢 Vakansiya Elanı | Ofis menecerVəzifə: Ofis menecerİş yeri: Bakıİş qrafiki: 09:00–18:00 (5 iş günü)🔹 Vəzifə öhdəlikləri...
01/04/2026

📢 Vakansiya Elanı | Ofis menecer

Vəzifə: Ofis menecer
İş yeri: Bakı
İş qrafiki: 09:00–18:00 (5 iş günü)

🔹 Vəzifə öhdəlikləri:
• Ofisin gündəlik işlərinin koordinasiyası və idarə edilməsi
• Rəsmi yazışmaların aparılması və sənədlərin arxivləşdirilməsi
• Rəhbərliyə inzibati dəstək göstərilməsi
• Görüşlərin və iclasların təşkil olunması
• Ofis ləvazimatlarının təchizatının təmin edilməsi və idarə edilməsi
• Komandanın fəaliyyətinə nəzarət və düzgün əməkdaşlığın təmin edilməsi
• Ofisə gələn qonaqların qarşılanması

🔹 Tələblər:
• Ali təhsil
• Ofis meneceri və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi
• MS Office proqramlarını sərbəst bilmək
• Azərbaycan dili – əla səviyyədə (şifahi və yazılı), rus dili – yaxşı səviyyədə (məcburi tələb), ingilis dili – arzuolunan (işgüzar yazışma və ünsiyyət bacarığı üstünlükdür)
• Məsuliyyətli, detallara diqqətli və nizam-intizamlı olmaq

📩 Müraciət qaydası:
CV-nizi career@bayramligroup.com ünvanına göndərin.
📌 Mövzu hissəsində: “Ofis menecer” qeyd edin.

👉 Komandamıza qoşulmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

31 Mart — Azərbaycanlıların Soyqırımı GünüBu tarix xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuş faciəli bir gündür...
31/03/2026

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü

Bu tarix xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuş faciəli bir gündür. 1918-ci ildə günahsız insanların amansızcasına qətlə yetirilməsi, milli kimliyimizə qarşı törədilən ağır cinayətlər tariximizin unudulmaz səhifələrindəndir.

Bayramlı Group olaraq bu gün günahsız qurbanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Unutmuruq, unutdurmuruq.

Bayramlı Group kimya sahəsində təhsil alan və bu sahədə karyera qurmaq istəyənlər üçün xüsusi təlim proqramları təqdim e...
28/03/2026

Bayramlı Group kimya sahəsində təhsil alan və bu sahədə karyera qurmaq istəyənlər üçün xüsusi təlim proqramları təqdim edir.
Bu proqramlar iştirakçılara kimya laboratoriyalarında işləmək üçün vacib olan praktiki biliklər və əhəmiyyətli təcrübə qazandıracaq. Təlimlər həm qısa müddətli, həm də daha geniş proqram formatında təşkil olunub.
Təlimdə öyrənəcəksiniz:
• Laboratoriyada təhlükəsizlik texnikası qaydaları
• Reaktivlərlə işləmə qaydaları və kimyəvi tullantıların idarə olunması
• Kimyəvi analizlər üçün (xromotoqrafiya, spektrometriya və s.) düzgün metod seçimi
• Müasir laboratoriya avadanlıqları ilə praktiki işləmə bacarığı
• Nəticələrin hesablanması və interpretasiyası
• Keyfiyyətə nəzarət və beynəlxalq standartlarla iş
• Sənədləşmə və hesabatların hazırlanması
• Laboratoriyada prosesin idarə olunması
🔬 Praktiki bacarıqlar:
- Sadə Laboratoriya avadanlıqları (pH metr, Avtopipet, Sentrifuqa, Tərəzi və s.) ilə işləmə və kalibrasiya
- Xromotoqrafiya cihazlarının (LCMS/MS, GC-FİD/MS, HPLC) iş prinsipi və qida nümunələrinin analizi
- Spektrometrik və spektrofotometrik cihazlarında (İCP-MS, UV) toksikoloji analizlər
- Fiziki-kimyəvi və toksikoloji analiz metodlarının real iş mühitində tətbiqi
🧪 Praktiki analizlər:
Rütubət • Kül miqdarı • pH • Turşuluq • Quru qalıq
☣️ Toksikoloji analizlər:
Nitritlər • Ağır metallar • Pestisid qalığı • Konservantlar
📌 Təlim haqqında:
⏱ Hər dərs: 3 saat
👥 Qrup: max 6 nəfər
📊 40% nəzəri / 60% praktiki
👩‍🔬 Təlimlər ən müasir toksikoloji və fiziki-kimyəvi qida laboratoriyalarında təşkil olunur.
🎓 Sonda sertifikat təqdim olunur
Qeydiyyat linki bio-da!
📩 Ətraflı məlumat və qeydiyyat üçün DM və ya əlaqə vasitələrindən istifadə edin.

🔬 Eksozom ilə işləyirsiniz?Sizi əməkdaşımız Letgen Biotechnology tərəfindən təşkil olunan növbəti onlayn seminara dəvət ...
25/03/2026

🔬 Eksozom ilə işləyirsiniz?

Sizi əməkdaşımız Letgen Biotechnology tərəfindən təşkil olunan növbəti onlayn seminara dəvət edirik:

“Eksozom Araşdırmalarında Praktik Yanaşmalar”

Letgen Biotechnology və Norgen Biotek ilə birgə təşkil olunan bu vebinar, eksozom və ekstrasellulyar veziküllər (EV) sahəsində çalışan tədqiqatçılar üçün dəyərli məlumatlar təqdim edəcək 🚀

📅 Tarix: 27 Mart
🕒 Saat: 17:00 (Bakı vaxtı)
💻 Platforma: Microsoft Teams

Seminar proqramında:
🔬 Eksozom izoliyasında praktik yanaşmalar
🧪 EV araşdırmalarında diqqət edilməli əsas məqamlar
📊 Daha etibarlı və təkrarlana bilən nəticələr üçün tövsiyələr

Kanada mərkəzli Norgen Biotek, nüklein turşularının izoliyası və nümunə hazırlama texnologiyaları sahəsində innovativ həlləri ilə dünya üzrə tədqiqat laboratoriyalarının etibar etdiyi brendlərdəndir. Eksozom və EV tədqiqatları üçün yüksək saflıq, etibarlı nəticələr və standartlaşdırılmış iş axınları təqdim edir.

🎤 Bu sahədə ən son yanaşmaları birbaşa mütəxəssisdən dinləmək imkanı əldə edin!

👉 Qeydiyyat linki bio-da!

ℹ️ Qeyd:
• Vebinar ingilis dilində keçiriləcək, sual-cavab hissəsində türk dili dəstəyi olacaq
• İştirakçılara seminar sonunda sertifikat təqdim ediləcək

Zəhərli Qaz Təhlükəsinə Qarşı Real-Zamanlı Həll: ChemSee artıq Bayramlı Group-da!Zəhərli qazlara məruz qalma riski bu gü...
23/03/2026

Zəhərli Qaz Təhlükəsinə Qarşı Real-Zamanlı Həll: ChemSee artıq Bayramlı Group-da!

Zəhərli qazlara məruz qalma riski bu gün bir çox sahədə (sənaye, laboratoriya, istehsalat, neft-qaz, fövqəladə hallar, sərhəd nəzarəti və s.) real və ciddi təhlükədir.

Bayramlı Group, əməkdaşlıq etdiyi ChemSee şirkətinin innovativ məhsullarını təqdim edir — ani aşkarlama, sürətli reaksiya və maksimum təhlükəsizlik üçün!
Mövcud ChemSee məhsulları

1) Toxic Gas Dosimeters (Zəhərli qaz dozimetrleri)
• Ani oxunuş (rəng dəyişimi ilə)
• İstifadəçinin yaxasına bərkidilə bilər və ya sahədə divara asıla bilər
• Real vaxtda həddindən artıq qaz təsirini xəbərdar edir
2) RON™ Multi-TIC Detector
• Birdəfəlik istifadə olunan Multi-TIC detektor
• 5 fərqli zəhərli qaz kateqoriyasını anında müəyyən edir
• Xüsusilə Fövqəladə Hallar, HAZMat və operativ qruplar üçün ideal
• Tələbinizə uyğun konfigurasiya edilə bilər
3) Chemical Warfare Agents Detectors
• VX, Sarin və Mustard Gas kimi kimyəvi döyüş maddələrini aşkarlayır
• Əsasən:
Hərbi, Polis, Sərhəd Mühafizəsi, HAZMat personalı üçün nəzərdə tutulub
4) Radiation (Radiasiya ölçüm həlləri)

ChemSee radiasiyanın aşkarlanması və ölçülməsi üçün tərəfdaşları ilə birlikdə:
• Sadə Geiger sayğacları
• Birdəfəlik dosimetrlər
• Yenidən istifadə olunan dosimetrlər təqdim edir
Təhlükəsizliyinizi şansa buraxmayın!

ChemSee məhsulları ilə:
✅ riskləri vaxtında müəyyən edin
✅ real vaxtda xəbərdarlıq alın
✅ işçi təhlükəsizliyini maksimum səviyyəyə qaldırın
Ətraflı məlumat və sifariş üçün Bayramlı Group ilə əlaqə saxlayın.

Bayramlı Group olaraq Novruz Bayramınız Təbrik Edirik! 🌿Təbiətin yenidən canlandığı, ümidlərin təzələndiyi bu gözəl bayr...
20/03/2026

Bayramlı Group olaraq Novruz Bayramınız Təbrik Edirik! 🌿

Təbiətin yenidən canlandığı, ümidlərin təzələndiyi bu gözəl bayram münasibətilə hər birinizə yeni başlanğıclar, bolluq və uğur arzulayırıq. Novruzun gətirdiyi istilik və sevinc həyatınıza nur, evlərinizə bərəkət gətirsin.

Address

Koroghlu Rahimov 17-2
Baku
AZ1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Bayramli Group LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bayramli Group LLC:

Share