27/02/2026
Fevral ayı ərzində HƏDƏF 130/80 layihəsi çərçivəsində arterial təzyiq və onun düzgün ölçülməsi mövzusunda maarifləndirici aksiyalar keçirilib. Aksiyalar Azərbaycanın məktəblərində və regionlardakı ASAN mərkəzlərində həyata keçirilib.
Müəllimlərə və ziyarətçilərə risk faktorları, müntəzəm ölçmənin əhəmiyyəti və düzgün ölçmə qaydaları barədə məlumat verilib. Layihə sağlamlıq sahəsində maarifləndirmə və profilaktikanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu təşəbbüsə verdikləri dəstəyə görə aşağıdakı qurumlara təşəkkür edirik:
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Regional İnkişaf” İB, AKCİB və Servye Azərbaycan.
Sosial çarxın Koroğlu Mübadilə Mərkəzində yerləşdirilməsinə dəstək göstərdiyi üçün AYNA‑ya xüsusi təşəkkür edirik.
Bütün iştirakçılara maraq və fəallıqlarına görə təşəkkürlər!