MemorialHospital.az

MemorialHospital.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MemorialHospital.az, Medical Lab, A. M. Cümə küç. 46E, Baku.

Yay mövsümündə ailələr körpələrlə hovuzlara tez-tez üz tutur. Ancaq bir vacib məqam unudulmamalıdır:   Körpələr üçün xüs...
23/07/2025

Yay mövsümündə ailələr körpələrlə hovuzlara tez-tez üz tutur. Ancaq bir vacib məqam unudulmamalıdır: Körpələr üçün xüsusi üzmə bezi istifadə olunmalıdır!
Körpələr nəcis və ya sidik tutmağı bilmədiyindən hovuz suyunun çirklənmə riski yüksəkdir. Nəcisdə olan mikroblar (xüsusilə rotavirus, E. coli və s.) hovuz suyuna keçə və digər uşaqlara da yoluxa bilər.
Adi bezlər suyu hopdurur və şişir. Bu, həm körpənin rahatlığını pozur, həm də hovuz filtr sistemini zədələyə bilər. Üzmə bezləri isə suyu hopdurmur və ifrazatın sızmasının qarşısını alır.
Valideynlərə tövsiyə: Yalnız çox kiçik yaşlı körpələr üçün deyil, 3 yaşa qədər olan bütün uşaqlar üçün üzmə bezi istifadə edin. Hovuzdan əvvəl və sonra uşağınızı duş aldırın. Üzmə bezi ilə belə, uşağı mütəmadi olaraq yoxlayın və bezini dəyişin.

Constructor University Bremen, Germany - 2-ci kurs tələbəsi Kamal Məhərrəmov -  8 iyun-8 avqust tarixlərində Memorial Ho...
21/07/2025

Constructor University Bremen, Germany - 2-ci kurs tələbəsi Kamal Məhərrəmov - 8 iyun-8 avqust tarixlərində Memorial Hospitalın Laboratoriya şöbəsində təcrübə proqramı keçmişdir. Tələbəmizə təhsilində və gələcək karyerasında uğurlar arzu edirik!

21/07/2025

Tam qanda toksik metalların təyini.

Kişi reproduktiv sağlamlılığ üçün vacib nutrientlər1. Selen (Se) və Sink (Zn) testosteronun normal sintezi üçün lazımdır...
18/07/2025

Kişi reproduktiv sağlamlılığ üçün vacib nutrientlər
1. Selen (Se) və Sink (Zn) testosteronun normal sintezi üçün lazımdır. Bu elementlər həmçinin antioksidantlardır, hüceyrələri zərərli maddələrdən, o cümlədən kanserogenlərdən qoruyurlar. Spermatik kordon bədəndə selenin ən çox toplandığı yerlərdən biridir, sink toplanması isə prostatda baş verir.
2. Manqan (Mn) bütün metabolik proseslərdə iştirak etməklə yanaşı, ən çox sperma hərəkətliliyinə və onların mayalanma qabiliyyətinə təsir göstərir.
3. Nikel (Ni) və xrom (Cr) bədəndə az miqdarda olur, spermin əmələ gəlməsində iştirak edirlər və nuklein turşularının (RNT və DNT) sintezinə təsir göstərirlər ki, bu germ hüceyrələri də daxil olmaqla genetik məlumatın qorunması və ötürülməsi üçün vacibdir.
4. Dəmirin (Fe) əsas funksiyası reproduktiv sistemin hüceyrələrini dəmirlə və oksigenlə təmin olunması üçün vacibdir.
5. Kobalt (Co) vitamin B12-nin bir hissəsi kimi DNT, amin turşularının sintezində və hematopoez prosesində iştirak edir.
6. Vitamin A (retinol) testosteronun sintezinə, normal potensialın saxlanmasına, seminal mayenin sintezinə kömək edir. Reproduktiv sistem orqanlarının hüceyrələrinin bərpasına, onların iltihabi proseslərdən zəhərli maddələrin təsirindən qorunmasına kömək edən antioksidant xüsusiyyətlərə malikdir.
7. C vitamini (askorbin turşusu) testosteronun formalaşmasında da iştirak edir və libidodan məsul olan dopaminin sintezinə təsir göstərir. Güclü antioksidantdır, hüceyrələri zədələnmədən qoruyur.
8. Vitamin B9 (fol turşusu) potensiya, normal xüsusiyyətlərə malik spermatozoidlərin sintezi, müxtəlif mutasiya və patologiyaları olan mikrob hüceyrələrinin məhvi üçün lazımdır.
9. Vitamin B12 (sianokobalamin) seminal mayenin keyfiyyətinə və miqdarına təsir göstərir.

Memorial Hospitalda 16 iyul tarixində müəssisənin hüquqşünası Anar Ramazanov tərəfindən idarə heyəti və həkimlər üçün “T...
16/07/2025

Memorial Hospitalda 16 iyul tarixində müəssisənin hüquqşünası Anar Ramazanov tərəfindən idarə heyəti və həkimlər üçün “Tibbi qanunvericiliyin əsasları” mövzusunda təlim təşkil edilmişdir.

16/07/2025

Adenozin Deaminaza fermentinin çatışmazlığı simptomları.

Yay aylarında günəş altında uzun müddət qalmaq və ya çox isti mühitdə olmaq günvurma və isti vurmasına səbəb ola bilər. ...
14/07/2025

Yay aylarında günəş altında uzun müddət qalmaq və ya çox isti mühitdə olmaq günvurma və isti vurmasına səbəb ola bilər. Bu hallar ciddi sağlamlıq problemi yarada bilər və təcili müdaxilə tələb edir.
Günvurma nədir?
Günəş şüalarının uzun müddət başa birbaşa təsiri nəticəsində bədənin istilik tənzimi pozulur. Ən çox uşaqlar, yaşlılar və açıq havada çalışan insanlar risk altındadır.
Istivurma nədir?
Bədənin yüksək temperaturda və rütubətli şəraitdə öz istiliyini tənzimləyə bilməməsi nəticəsində yaranır. Bu, bəzən qapalı, havasız yerlərdə də baş verir.
Əlamətləri:
• Baş ağrısı
• Qızarmış və quru dəri
• Qusma və ürək bulanması
• Gücsüzlük, halsızlıq
• Tez-tez nəbz, nəfəs darlığı
• Bəzdə huşun itməsi və qızdırma (40°C-yə qədər)
Nə etməli?
✓ Zərərçəkəni kölgəyə və ya sərin bir yerə aparın
✓ Üzünü, boynunu və bədənini sərin su ilə silin
✓ Soyuq kompreslər tətbiq edin
✓ Su və ya elektrolit məhlulu içirin (huşu yerindədirsə)
Əlamətlər ağırdırsa — TƏCİLİ YARDIM çağırın!
Qorunmaq üçün:
• Günün ən isti saatlarında (11:00–16:00) açıq havada olmayın
• Geniş kənarlı papaq, gün eynəyi və açıq rəngli geyimlər geyinin
• Bol su için, qazlı və şəkərli içkilərdən uzaq durun
• Havasız və isti yerlərdə uzun müddət qalmayın
Unutmayın: Sadə tədbirlər böyük fəsadların qarşısını ala bilər!

İonizə kalsiumun təyini, total (ümumi) kalsium təyini ilə müqayisədə klinik praktikada bəzi hallarda daha üstün və daha ...
11/07/2025

İonizə kalsiumun təyini, total (ümumi) kalsium təyini ilə müqayisədə klinik praktikada bəzi hallarda daha üstün və daha dəqiq məlumat verir. Bunun əsas üstünlükləri aşağıdakılardır:
Bioloji aktiv formadır: İonizə kalsium, qan zərdabında sərbəst olan və fizioloji olaraq aktiv olan kalsium formasıdır. Total kalsium isə həm ionizə, həm zülallara (əsasən albüminə) bağlı, həm də kompleksləşmiş kalsiumu ehtiva edir. Yəni total kalsiumun yüksək olması, həmişə bioloji olaraq aktiv kalsiumun da yüksək olduğunu göstərmit
Albümin səviyyəsindən təsirlənmir: Total kalsium səviyyəsi zülal (xüsusilə albümin) miqdarına çox bağlıdır. Albümin aşağıdırsa, total kalsium da aşağı görünə bilər, amma ionizə kalsium normal ola bilər. İonizə kalsium zülal səviyyələrindən asılı deyil, buna görə də hipoalbuminemiya, qaraciyər xəstəlikləri, nefrotik sindrom və ya kronik xəstəliklər zamanı daha etibarlı nəticə verir.
Kritik vəziyyətlərdə daha önəmlidir: Reanimasiya, əməliyyat sonrası dövrlərdə və ya metabolik pozuntularda (məs., sepsis, DKA, pH dəyişiklikləri) ionizə kalsium təyini daha dəqiq klinik qərarlar üçün vacibdir. Məsələn, xəstənin total kalsiumu aşağı ola bilər, amma albümin də aşağı olduğuna görə bu, yanlış hipokalsemiya təəssüratı yarada bilər. Ionizə kalsium normal çıxarsa, əlavə müdaxiləyə ehtiyac olmayacaq.

09/07/2025

Fenilketonuriyalı uşaqlarda erkən pəhrizin mental inkişafda rolu.

İş qabiliyyətinin (performansın) azalması bir fəaliyyətin nəticəsində, ona sərf olunan səy ilə bu fəaliyyətin yaratdığı ...
07/07/2025

İş qabiliyyətinin (performansın) azalması bir fəaliyyətin nəticəsində, ona sərf olunan səy ilə bu fəaliyyətin yaratdığı yorğunluq arasında uyğunsuzluğun olması vəziyyətidir. Əgər insan həqiqətən çox çalışıbsa, performansın müvəqqəti azalması təbiidir və psixofiziki bərpa ehtiyacı ilə bağlıdır. Çalışmadan dözümlülük və performansın azalması halı isə patoloji hesab olunur; bir sıra amillərin və daxili proseslərin təsiri ilə müəyyən edilə bilər.
İş qabiliyyətinin (performansın) azalmasına təsir edən amillər:
✓ Artan qan viskozluğu və ya kapilyar pozğunluqlar səbəbindən hüceyrələrə oksigen tədarükünün pisləşməsi
✓ Əzələlərdə həddindən artıq miqdarda sərbəst radikalların aktiv formalaşması
✓ Zəifləmiş immunitet
✓ Psixo-emosional yüklənmə səbəbindən sinir sisteminin işində pozğunluqlar
✓ Kəskin və xroniki yoluxucu xəstəliklər
✓ Normal yuxunun olmaması
✓ Balanssız qidalanma
✓ Vitaminlərin qeyri-kafi qəbulu
✓ Zərərli vərdişlər

Hovuz infeksiyaları yay aylarında tez-tez gündəmə gələn böyük bir sağlamlıq problemidir. Bu mövzuda insanların diqqət et...
04/07/2025

Hovuz infeksiyaları yay aylarında tez-tez gündəmə gələn böyük bir sağlamlıq problemidir. Bu mövzuda insanların diqqət etməli olduğu bəzi vacib məqamları vurğulamaq vacibdir:
Hovuz gigiyenası: Suyun keyfiyyətini qorumaq üçün hovuzların müntəzəm təmizlənməsi və dezinfeksiya edilməsi vacibdir. Qeyri-kafi gigiyena bakteriya və mikrobların çoxalmasına səbəb ola bilər.
Suyun keyfiyyəti: Hovuz suyu mütəmadi olaraq yoxlanılmalı və kimyəvi balansı təmin edilməlidir. Suyun təhlükəsizliyi üçün pH səviyyəsi və xlor səviyyələri nəzarətdə saxlanılmalıdır.
Şəxsi gigiyena: Hovuza girməzdən əvvəl duş qəbul etmək və təmiz üzgüçülük paltarı geyinmək bakteriya və mikrobların suya keçməsinin qarşısını alır.
Uşaqlar və hovuz təhlükəsizliyi: Hovuz ətrafında uşaqlar üçün təhlükəsizlik tədbirləri görülməlidir. Onlar nəzarətsiz qalmamalı və dərin sulara girməzdən əvvəl üzgüçülük bacarıqlarını inkişaf etdirməlidirlər.
Hovuz suyu ilə təmasdan sonra: Hovuzdan çıxdıqdan sonra duş qəbul etmək, gözlərinin, burnunun və ağzının suya dəyməməsi infeksiya riskini azaldır.
Hovuz infeksiyaları və simptomları: Hovuz yoluxucu infeksiyalar adətən ishal, ürəkbulanma, qulaq və ya göz infeksiyaları kimi simptomlarla özünü göstərir. Bu simptomlar görünəndə bir sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir.

02/07/2025

Memorial Hospitalin Nərimanov filialında Rentgen müayinəsi xidməte verildi.

Address

A. M. Cümə Küç. 46E
Baku
AZ1033

Telephone

+994122101050

Website

Alerts

Be the first to know and let us send you an email when MemorialHospital.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category