
03/08/2025
İrsi angiyonevrotik ödem. Bu xəstəlik çox zaman Kvinke ödemi ilə səhv salınır ama Kvinkeden fərqli olaraq antihistamin və hormon terapiyaya cavab vermir.
Çox ağır və ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Simptomlar : kəskin ödəm əsasən bir travma sonrası yaranır. Qarında kəskin ağrı, adətən apendisit ilə səhv salınır. Ödem çox sürətli şəkildə artır və qırtlaq ödem yaradaraq olümlə nəticələnə bilər.
Müalicəsi təssüf ki ,yoxdu. Atak zamanı İkatiban vurulmalı hansı ki bizim ölkədə yoxdu. Dərhal plazma köçürülməlidi reanimasiya şəraitində. Əhtiyac olduğu zamanı traxeostoma qoyulmalıdı tənəffüsü bərpa etmək üçün.
Bu xəstəlik haqqında paylaşın ki, kimdə buna oxşar simptomlar varsa müraciət etsin və biz TƏBİB-ə müraciət edərək xəstələr üçün dərman ala bilək.